Ça. İyn 18th, 2019

Gün: İyun 12, 2019

70-ci illərdə yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?

Ötən əsrin 70-ci illərində Yaponiya SSRİ-dən tonlarla şüşə qırıqları alıb, sonra onu dənizə tökürdü. Sovet İttifaqında uzun müddət bu qəribə ticarətin sirrini öyrənməyə çalışırdılar. Sovetlər böyük məmnuniyyətlə böyük həcmdə şüşə qırıntısını taxta yeşiklərdə qablaşdırıb göndərirdi. Lakin yaponların dərhal tədarük edilən malı dənizə tökməsi də sirr olaraq qalırdı.

Əslində isə məsələnin məğzi başqaydı. Yaponlara şüşə deyil, şüşələrin qablaşdırılaraq, göndərildiyi taxta yeşiklər lazım idi. Küknar ağacından hazırlanan bu yeşiklər yaponlar üçün çox qiymətli xammal idi. O illərdə Yaponiyanın iqtisadiyyatı çətin günlər yaşayırdı və taxta istehsal etmək imkanı yox idi. SSRİ-nin ucsuz-bucaqsız Tayqa meşələri isə istənilən məhsulu taxta taralarla ixrac etməyə imkan verirdi. Qeyd edək ki, həmin illərdə Azərbaycanın “Badamlı” mineral suyu da yaponlar tərəfindən həvəslə alınırdı. Sonradan məlum olduğu kimi, suya və şüşəyə görə deyil, taxta yeşiklərə görə.

O ki, qaldı, dənizə tökülən şüşə qırıqlarına. Yaponlar şüşənin dənizin ekologiyasına zərər verməyəcəyini düşünmüşdülər. Onilliklər sonra dəniz sularının yuyub hamarladığı bu şüşələr bütün dünyada məşhur rəngli şüşələrdən ibarət çimərliyin yaranmasına səbəb oldu.

/oxu.az/

Evlənmək istəyən 12 nəfərdə sifilis, 4 nəfərdə QİÇS aşkarlandı

Bu ilin may ayı ərzində nikaha daxil olmaq üçün 13062 nəfər müayinədən keçib. Onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4  nəfər təşkil edib.

Ümumiyyətlə, 2015-ci ildən indiyədək 555 100 nəfərdə qan müayinəsi aparılıb. 19635 cütlükdən birində talassemiya daşıyıcılığı, 1789 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1789 nəfərdə sifilis, 500 nəfərdə HİV(QİÇS) qeydə alınıb.   /oxu.az/

Bakıda 76 metro stansiya olacaq, bəzilərinin adı və ünvanı bəllidir

“Köhnə Günəşli, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbələrində yeni metro stansiyalar istismara veriləcək” – Bəxtiyar Məmmədov

 “2030-cu ilədək Bakının bəzi ərazilərində yeni metro xətləri istifadəyə veriləcək. 2020-ci ilə qədər hansı ərazilərdə metro stansiyaların fəaliyyətə başlaması isə yəqin ki, “B3″ xəttinin istifadəyə verilməsindən sonra bəlli olacaq”. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O, 2030-cu ilədək olan plan haqda da məlumat verib: “Ümumilikdə 76 metro stansiyanın fəaliyyət göstərməsi nəzərdə tutulur. Perspektiv inkişaf planının isə 2030-cu ilədək reallaşdırılması planlaşdırılır. Lakin bu plan gözlənilən müddətdən bir qədər tez, yaxud da gec reallaşa bilər. Bütün bu işlər tikintinin sürətindən, relyefin mürəkkəbliyindən asılıdır”.

“Perspektiv inkişaf planına müvafiq olaraq Yeni Günəşli qəsəbəsində də bir metro xəttinin istismara verilməsi planlaşdırılır. Lakin hələlik bu istiqamətdə hər hansı işə başlanılmayıb. Sadəcə olaraq metrostansiyanın hansı ərazidə tikiləcəyi bəllidir” – deyə mətbuat katibi əlavə edib.

B.Məmmədov digər tikilməsi planlaşdırılan digər metro stansiyalarla bağlı da məlumat verib: “Ağ şəhər adlanan ərazidə “Y14”, “Y15” metro stansiyasının tikilişi üçün bəzi ərazilər artıq hasara alınıb. Konseptual inkişaf sxemini götürsək, görərik ki, metro sxeminin yaşıl dairəvi xəttində “Xətai” metrostansiyasından sonrakı iki stansiya məhz “Y14” və “Y15″dir. Həmin dairəvi xətdə daha sonrakı stansiyanın isə “Nargilə kafesi” adlandırılan ərazinin yaxınlığında, yəni Xətai rayonunda tikilməsi planlaşdırılır. Bundan sonra isə “Həzi Aslanov 2” stansiyasının tikintisi nəzərdə tutulub. Tikintisi planlaşdırılan həmin stansiyadan da “Həzi Aslanov” xəttinə keçid olacaq”.

“Daha sonra Köhnə Günəşli, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbələrində yeni metro stansiyalar istismara veriləcək. Sonrakı planda isə “Koroğlu” metro stansiyasından Bakı Olimpiya Stadionuna da keçid olacaq. “1”, “2”, “3” adlandırdığımız bu stansiyalar “Dərnəgül” xəttinə birləşəcək. Beləliklə də dairəvi yaşıl xətt yaranacaq”.

Qeyd edək ki, hazırda “Bakı Metropoliteni” QSC-nin 25 stansiyası fəaliyyət göstərir.

 

İstanbulu “sel apardı”, leysan şəhəri iflic etdi – Fotolar

İstanbulun Pendik rayonunda güclü yağış nəticəsində məktəblərdən birinin zirzəmisini və birinci mərtəbəsini su basıb.

Bununla əlaqədar olaraq məktəbdən uşaqlar təxliyə edilib.

Bundan başqa, təhlükəsizlik məqsədilə bölgədəki uşaq bağçaları da təxliyə olunub. Bir sıra mağaza və müəssisələri də su basdığı deyilir.

 

Yağışın günün sonunadək yağacağı proqnozlaşdırılır.   (bizimyol.info)

“WhatsApp”dan gözlənilməz qadağa: Bunu edənlər məhkəməyə veriləcək

“Facebook”un tərkibində fəaliyyət göstərən “WhatsApp” yeni qərarı ilə gündəm olub.

Turkustan.info xəbər verir ki, sosial şəbəkə bu dəfə istifadəçilərə qadağa qoyub.

Belə ki, 1.5 milyard aktiv istifadəçisi olan şəbəkə istifadəçilərin bir-birini narahat etməsi halları ilə bağlı qadağa qoyub. “WhatsApp” rəhbərliyi istifadəçiləri narahat etdiyi təsdiqlənən şəxsləri məhkəməyə verəcəyini bildirib.  /yenicag.az/

Məşhur onkoloq xərçəngin əmələgəlmə səbəblərini AÇIQLADI

Son illərdə onkoloji xəstəliklərin təsadüf olunma göstəriciləri artıb. Ən çox yayılanı kişilər arasında ağciyər, prostat vəzi, qadınlar arasında süd vəzi xərçəngidir. Bəzi şiş növləri arasında isə azalma və stabillik görünür. Məsələn, əvvəllər ən çox mədə xərçəngi ilə qarşılaşırdıq, amma son illər bu stabilləşib.

Bunu məşhur onkoloq, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Baxmayaraq ki, mən özüm onkoloqam, bu sahənin mütəxəssisiyəm – deyə bilərəm ki, onkoloji xəstəliklərin əmələ gəlmə səbəbini dəqiq bilmirik”, – deyən komitə sədrinin sözlərinə görə, bütövlükdə dünyanın aparıcı klinikalarında bir neçə min xəstə üzərində aparılan genişmiqyaslı tədqiqatlar təsdiq edib ki, onkoloji xəstəliklərin əmələ gəlməsində birinci yeri qida faktoru tutur.

“İkinci yerdə siqaret çəkmək və ətraf mühit, üçüncü reproduktiv münasibətlərin pozulması – reproduksiyadır. Repruduksiya dedikdə, övlad dünyaya gətirmək, körpəyə süd vermək, qadınların ailə qurmaq yaşı və s. başa düşülür. Bu faktorlar xərçəngin əmələ gəlməsinin təxmini 65-70 faizini təşkil edir.

Bizim qəbul etdiyimiz qidalar hətta mədə-bağırsaqla əlaqəli olmayan onkoloji xəstəliklərin yaranması ilə nəticələnir. Həddindən artıq heyvani piylərlə zəngin, konservləşdirilmiş, qızardılmış qidalar, qırmızı ət ölkəmizdə qida rasionunun əsasını təşkil edir.

Hansı ölkələrdə ki balıq və ağ ət adlandırdığımız toyuq ətindən istifadə olunur, meyvə-tərəvəz qida rasionunda xüsusi yer tutur, bitki mənşəli qidalardan daha çox istifadə edirlər, həmin ölkələrdə bir çox onkoloji patologiyaların sayı azdır.

Bunu mən demirəm, dünya statistikası təsdiqləyir. Ona görə şiş əleyhinə mübarizə dünyanın bir çox ölkələrində dövlət proqramı var. Bizdə də bu hazırlanır. Həmin proqramlarda qida faktoruna xüsusi yer ayrılır və insanlar bu istiqamətdə maarifləndirilir.

Məsələn, ABŞ-da hesab edirlər ki, həftənin azı dörd günü zəngin meyvə və tərəvəz yeyilməlidir. Bu cür sistemli qidalanmaqla bir çox şişlərin qarşısını almaq olar. Ətraf mühit də onkoloji xəstəliklərin artmasında rol oynayır.

Atmosferə atılan tullantılar, yuxarı tənəffüs yolları, ağciyər xərçənginin əmələ gəlməsində ətraf mühit faktorunun xüsusi rolu var”, – deyə komitə sədri əlavə edib.   /oxu.az/

Bu ölkəyə portağal boyda dolu yağdı – Foto

Sloveniyanın cənub bölgəsində fırtına ilə müşayiət olunan portağal boyda dolu düşüb, əraziyə ciddi ziyan dəyib.

Turkustan.info xəbər verir ki, ​Fövqəladə Hallar Mərkəzinin məlumatına görə, Koçevye, Çrnomel, Ribnitsa və digər yaxın ərazilərə yerli əhaliyə yardım etmək üçün ümumilikdə 79 yanğınsöndürən briqada cəlb olunub.

Şimali Afrikadan Avropa istiqamətində hərəkət edən tropik hava kütləsi Cənubi Sloveniya və Şimali Xorvatiyada fövqəladə hava şəraitinin yaranmasına səbəb olub. Alp dağlarından hərəkət edən soyuq hava kütləsi ilə toqquşma nəticəsində yaranan onlarla fırtına özəkləri yaşayış məntəqələri və şəxsi təsərrüfatlara zərər vurub. Kəskin hava şəraiti saatda 130 km sürətlə hərəkət edən külək və güclü yağıntı ilə müşayiət olunub.

Sosial şəbəkələr və mətbuatda binalara və bitki örtüyünə ziyan dəydiyini göstərən məlumatlar paylaşılsa da, təsərrüfatlara dəyən zərər hələ dəqiqləşdirilməyib.  /Axar.az/

ABŞ İran qarşısında gücünü itirdi – Prezidentdən SENSASİON ÇIXIŞ

“Donald Tramp hökumətinin Tehrana təzyiq göstərmək üçün əlindəki bütün vasitələri istifadə edib və tükədib. Bu gündən etibarən təzyiqlərlə, təhdidləri sona çatdırmağa başlayacaq”.

Bunu İran prezidenti Həsən Ruhani deyib.

Prezident İran xalqına müraciət edib: “İran xalqına bunu demək istəyirəm ki, ABŞ-ın əlində İrana təzyiq göstərmək üçün başqa variantı qalmayıb. Bu dövrdə ölkəmizə təzyiq göstərmək üçün əllərindəki bütün vasitələri istifadə ediblər. Bu gündən etibarən təhdid və təzyiqləri sona çatacaq. Təzyiq və təhdidlər öz gücünü itirdi. Bundan sonra daha da gücsüz olacaq. Bunları tarix yazacaq. İran xalqının maksimum təzyiqə qarşı sağsağlam dayanması tarixə keçəcək.”

Almaniyanın Xarici işlər naziri Heyko Maasın İrana səfəri zamanı ona ABŞ-ın yanlış yol seçdiyini xatırladan Ruhani belə davam edib: “Avropanın ən ali diplomatlarının bunu deməsi digərlərinin İran xalqının böyüklüyünü və aliliyini etiraf etdiyini göstərir. Pisliyimizi istəyənləri haqq, ədalət və müzakirə masasına çəkəcəyik. Şübhə yoxdur ki, girdikləri yanlış yoldan geri addım atacaqlar”.

Qeyd edək ki, Həsən Ruhani bu gün Yaponiyanın baş naziri Şinzo Abe ilə, sabah isə Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatı toplantısında önəmli görüşlər keçirəcək. (publika.az)

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı AÇIQLANDI

“Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 790 nəfər daimi əsaslarla işə qəbul olunub”.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. 
O bildirib ki, 2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib: “2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1210 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib. 2019-cu ilin aprel ayında Təhsil Nazirliyi tərəfindən təşkil edilən daimiləşmə prosesində müddətli müqavilə ilə çalışan 269 müəllimin 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib”.
BŞTİ müdirinin sözlərinə görə, İdarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib: “Bunlardan 492 nəfəri əvvəlki illərdə, 503 nəfəri isə cari tədris ili ərzində çalışmanın yaş həddinə çatmış şəxslər olub”.
O qeyd edib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 580 manat təşkil edir. (bakupost)

SON DƏQİQƏ: Səlim Müslümov yeni vəzifəyə TƏYİN OLUNDU

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə təyinat alıb.

Turkustan.info bildirir ki, Redaktor.az öz mənbələrinə istinadən xəbər verir ki, sabiq nazir Milli Aviasiya Akademiyasında Dünya İqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Səlim Müslümov məlumatı Redaktor.az-a təsdiq edib.

Professor Səlim Müslümova elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

 

“Bakcell” gənclərin karyera və məşğulluq imkanlarını artırır

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə “Gənclər üçün Əmək Yarmarkası – 2019” tədbirinə qatılıb.

Şirkətdən verilən məlumata görə, çoxsaylı tələbə, magistr və məzunların, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak etdiyi əmək yarmarkasının əsas məqsədi Azərbaycan gənclərinin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.

Əmək yarmarkası zamanı gənclərə Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə ətraflı məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına mütəmadi olaraq dəstək göstərir. Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, dövlət qurumları və digər təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük və ən innovativ şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7500-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

"Bakcell" gənclərin karyera və məşğulluq imkanlarını artırır

Beriyanın kabinetindən çıxan qadın paltarları – Sifilisə yoluxmuş marşalın son etirafı

1953-cü ildə Lavrenti Beriyanın həbs olunması Kremlin ən uğurlu “əməliyyat”ı sayılmaqla yanaşı, sıravi Moskva sakinləri üçün də əlamətdar bir hadisə idi. Daha dəqiq ifadə etsək, paytaxt sakinləri marşalın həbsini qurtuluş kimi qəbul edirdilər. Siyasilərdən fərqli olaraq, sıravilər üçün Beriyanın həbsi siyasi xarakter daşımırdı, onlar sadəcə özlərini və doğmalarını əxlaqsız və manyak kimi tanınan nazirdən xilas olmuş kimi hesab edirdilər. Çünki Beriya haqqında danışılanlar, gəzən söz-söhbətlər hər bir ailəni narahat edirdi və onlar hər dəqiqə bu təhlükəli insandan “sürpriz”lər gözləyirdilər.

Lavrenti Beriyanın həbsindən sonra üzə çıxan ən maraqlı məqamlardan biri onun xidməti kabinetindəki axtarışlar zamanı aşkar olunan əşyalardır.

Həmin dövrdə Nikita Xruşovun rəsmi göstərişi ilə Mərkəzi Komitənin katibi Nikolay Şatalin partiya xətti ilə Beriyanın xidməti kabinetində axtarış aparan xüsusi qrupun rəhbəri təyin edilib. Əsas məqsəd marşalın kabinetindəki seyfdən məxfi və digər sənədləri əldə etmək olub. Sənədlər öz yerində, amma axtarış qrupu kabinetdə və kabinetdəki bir neçə seyfdə tamam fərqli bir mənzərənin şahidi olublar.

1953-cü ildə Mərkəzi Komitənin iyul plenumunda Nikolay Şatalinin axtarışlarla bağlı məruzəsi plenum iştirakçılarını sözün əsl mənasında heyrətə gətirib. Düzdür, plenumda iştirak edən dövlət məmurları Beriyanın “əxlaq keyfiyyətləri”nə, azyaşlı qızlar və qadınlarla seks əyləncələrinə yaxşı bələd olublar, amma axtarış zamanı onun kabinetindən tapılan əşyaları ağıllarına belə gətirməyiblər. Nikolay Şatalinin geniş məruzəsində aşağıdakı ifadələr da öz əksini tapıb:

“Lavrenti Pavloviç Beriyanın xidməti kabinetində aparılan axtarış zamanı qeydiyyatdan keçən və keçməyən məxfi sənədlərlə yanaşı, xidməti işə aidiyyatı olmayan bir çox əşyalar da tapılmışdır. Belə ki, axtarış zamanı qrup üzvləri kabinetdəki seyflərdə və şkaflarda aşağıdakıları aşkar etmişlər:

15 ədəd qadın idman kostyumu

12 ədəd yay qadın koftası

11 cüt xaricdə istehsal olunan qadın corabı

7 dəst xaricdə istehsal olunmuş qadın alt paltarı

5 ədəd süni kişi cinsi orqanı

İçərisində 12 ədəd olmaqla iki qutu “rezin qoruyucu”

6 dəst uşaq alt paltarı

5 ədəd uşaq uşaq paltarı və s.”

Təbii ki, kiçik bir univermağı xatırladan nazir kabinetindəki bu əşyaların hansı məqsədlə istifadə olunmasının şərhə ehtiyacı yoxdur.

Lavrenti Beriyanın məhkəməsi zamanı marşalın baş mühafizəçisindən də bu əşyalar haqqında soruşunda, polkovnik Sarkisov “şef”ini çox rahatlıqla satmağa başlayıb:
“Bu əşyaların, demək olar ki, hamısını Beriyanın göstərişi ilə mən almışam. İstifadə etdikcə həmin əşyalar yeniləri ilə əvəz olunurdu. O ki qaldı onların hansı məqsədlə istifadəsinə, bu suala cavab vermək gülünc olar. Aydın məsələdir ki, onların hamısı Beriyanın sevgililəri üçün istifadə olunub. Özü də çox tez-tez. Yalnız “rezin qoruyucular”dan az istifadə olunurdu. Ümumiyyətlə, əvvəllər heç vaxt Beriya mənə onu almağa dair göstəriş verməmişdi. Beriya sifilis xəstəliyinə tutulduqdan sonra “rezin qoruyucular”dan istifadə etməyə başladı. Bunu Kreml xəstəxanasındakı həkim ona tövsiyə etmişdi. Sifilis xəstəliyinə tutulanda Beriya məhz orada müalicə olunurdu. Bu hadisədən onun həyat yoldaşı da xəbərdar idi…”

Mühafizəçiyə uşaq geyimləri ilə bağlı verilən suala isə erməni polkovnik belə cavab verib:
“Yəqin ki, bu sualın cavabını məhkəməyə üz tutan zərərçəkmiş azyaşlı qızların valideynləri cavab verəcək. Beriya indi azadlıqda deyil ki, ondan qorxub çəkinsinlər…”

Axtarış zamanı Beriyanın kabinetindən xeyli sayda məktublar da aşkar olunub. Bu məktublar sevgi və ehtiras dolu sətirlərlə qadınlar tərəfindən Beriyaya ünvanlanıb. Sözsüz ki, Beriya onlardan kimlərəsə öz “səxavət”i ilə cavab verib, kimlərsə isə marşala olan sevdasına çatmayıb.

Ən baçlıcası isə haqq və ədaləti qoruyan qurumun başında dayanan Lavrenti Beriya ömrünün son günlərində, heç olmasa bir dəfə də olsun kişi kimi ədalətli olmağı bacarıb, o, məhkəmədə qadınlara qarşı etdiyi cinsi zorakılıqları etiraf edib. (musavat.com)

“CBC Sport”un şərhçisinin biabırçı məğlubiyyətlə bağlı sözləri REKORD QIRIR – VİDEO

Azərbaycan millisinin Slovakiya ilə oyunda böyük hesablı məğlubiyyəti geniş müzakirələrə səbəb olub.
Matçla bağlı ən kəskin tənqidlərdən birini “CBC Sport” kanalının şərhçisi Rüstəm Əfsərli edib. 

Şərhçi millinin meydançada mübarizə aparmadığını vurğulayıb: 

“Niyə şərhçi futbolçuların yerinə çıxıb üzr istəməlidir? Üzr istəməli olanlar futbolçu, məşqçi və məşqçilər korpusudur. Sən kimə olur olsun bu cür 1:5 hesabı ilə uduzursansa, üzün qapqara olmalıdır. Başqa heç bir bəhanə qəbul edilməzdir”. 
“CBC Sport” kanalının şərhçisi Rüstəm Əfsərlinin bu sözləri qısa zamanda sosial şəbəkələrdə böyük marağa səbəb olub. Onun bu şərhinin videosu hazırda minlərlə baxış toplayır və izlənmə rekordları qırır.  
Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Slovakiya ilə qarşılaşıb. Qarşılaşmadan qonaqlar 1:5 hesablı qələbə ilə ayrılıb. 

(baku.ws)

SON DƏQİQƏ: Moskva qarışdı – Yüzlərlə polis hərəkətə keçdi – VİDEO

Moskvada etiraz aksiyası keçirilib.

Turkustan.info yerli mənbələrə istinadən xəbər verir ki, yüzlərlə etirazçı bir araya gələrək, həbs edilən jurnalist İvan Qolunova dəstək nümayiş etdirib. İcazəsiz aksiya olduğuna görə, polis nümayişçilərə müdaxilə edib. Azı 35 nəfər saxlanılıb. Onların arasında blogger Aleksey Navalnı və bir neçə jurnalist var.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyindən araşdırmaçı-jurnalist İvan Qolunova qarşı irəli sürülmüş ittihamların geri çəkildiyi, onun azad olunacağı bildirilib. Bir neçə saat sonra isə İvan Qolunov sərbəst buraxılıb. O, narkotik ticarətində ittiham edilirdi. Lakin ittihamlar sübut olunmayıb.   /Redaktor.az/

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı çıxış edib – FOTO

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva AMEA Radiasiya Problemləri İnstitutunda 15 iyun – Milli Qurtuluş günü ilə bağlı geniş məruzə ilə çıxış edib.

AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, deputat Qənirə Paşayeva AMEA Radiasiya Problemləri İnstitutunda 15 iyun – Milli Qurtuluş günü ilə bağlı geniş məruzə ilə çıxış edib və alimlərə, ziyalılara çağırış edib. Tədbirdə çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun direktoru professor Oqtay Səmədov, AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva bildiriblər ki, 15 iyun xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Taleyin hökmü ilə sınaqlara çəkilən, parçalanmaq həddinə çatan dünya azərbaycanlılarının ümid yeri – Vətənimiz Azərbaycan 1993-cü ilin əvvəllərində ağır vəziyyətlə  üzləşib. Lakin bu çətin məqamda Heydər Əliyev xalqın səsinə səs verərək 1993-cü il iyunun 9-da xilaskarlıq missiyası ilə Bakıya qayıtmış və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilərək bir daha öz xalqına ləyaqətlə xidmətə başlamışdır və ölkəmizi inkişaf etdirmişdir. Bu gün isə ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimiz böyük uğurlar qazanır.

Tədbirdə millət vəkili AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru Qənirə Paşayeva 15 iyun- Milli Qurtuluş gününün xalqımız və dövlətimiz üçün əhəmiyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Millət vəkili Q.Paşayeva 15 iyun – Milli Qurtuluş günü, onun tariximizdəki yeri, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün böyük xidmətlərindən danışaraq gəncləri ondan örnək almağa, yaxşı oxumağa, hansı işdə çalışmalarından asılı olmayaraq öz işlərində peşəkar olmağa, Vətənin, Millətin maraqlarını öz şəxsi maraqlarından və hər şeydən üstün tutmağa, tariximizi, mədəniyyətimizi dərindən öyrənməyə çağırıb.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, kişi və qadın alimlərimiz birlikdə bir ziyalı olaraq, böyüyən gənclərimizin elmə, biliyə daha çox meylli olması istiqamətində çalışmaları daha da artırmalıyıq, eyni zamanda elm sahəsindəki uğurlarımızın daha da artmasına böyük ehtiyac var və inanırıq ki, birlikdə gənc alimlərimiz dövlətimizin elmə getdikcə daha da artan diqqəti və dəstəyindən yararlanaraq daha da böyük uğurlara imza ata biləcəklər. Millət vəkili Q.Paşayeva bildirib ki, həm millət vəkili, həm də ziyalı olaraq hər zaman alimlərimizin yanındadır, onların uğurlarının və fəaliyyətinin KİV-də geniş şəkildə təbliğ olunmasının böyüyən gənc oğlan və qızlarımız üçün vacibliyini vurğulayaraq bu məsələyə xüsusi diqqət yetirilməlidir.

Millət vəkili Q.Paşayeva AMEA-nın Radiasiya Problemləri İnstitutunda uzun illər uğurlu fəaliyyət göstərmiş alimlərimizlə söhbətlərində sizin ölkəmiz və xalqımız üçün fəaliyyətiniz hamımız, xüsusilə minlərlə oğlan və qızlarımız üçün ən gözəl örnəklərdənsiniz deyib. Tədbirdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova iştirak edib.

Millət vəkili Qənirə Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

Redaktor.az

“Nə qədər ki, xalası göyçək futbolçuların hesabına komanda formalaşdıracaqlar…”

“Avro-2020”-nin seçmə mərhələsində Azərbaycan millisinin Slovakiyaya 1-5 hesabı ilə uduzması futbolsevərlər arasında ciddi narazılıqla qarşılanıb. Hətta “Bakcell Arena”ya toplaşan fanatlar rəqibin hər qolundan sonra “istefa” şuarı səsləndiriblər.
Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bizdə futbol oynamırlar, sadəcə tapşırıqla komandaya gələn adamlar bizimlə məzələnir:
“Nə qədər ki, Azərbaycan futbolunda anasının xahiş etdiyi və xalası göyçək futbolçuların hesabına komanda formalaşdıracaqlar, həmişə də belə olacaq. Azərbaycan futbolu kimlərinsə xahişi hesabına, qohumları və yaxınları tərəfindən təşkil olunub. Orda futbolçu yoxdur ki, tapşırıqla komandaya gələn 10-12 nəfər futbol oyanmır, sadəcə bizimlə məzələnir. Nə qədər ki, dostbazlıq, qohumazlıq olacaq Azərbaycanda heç vaxt futbol olmayacaq. Futbolumuz bu günə kimi bu gündə olub və bundan sonra da belə olacaq. Ümumiyyətlə, federasiya rəhbərliyinin futboldan xəbəri yoxdur. Azərbaycanda nəinki futbolu, ümumilikdə bütün sahələri bərbad günə qoyublar. Ancaq bunun nəticəsini fikirləşmirlər. Bu cür adamlara Azərbaycan xalqının ab-havası, səsi çatmır. Hər biri kabinetlərində ikitərəfli qapı qoyublar, katibələri və mühafizə xidmətləri var. Buna görə də vəziyyət bu cürdür”.  (moderator.az)

Fransadan Ermənistana GÖZLƏNİLMƏZ ZƏRBƏ: Hamısı ləğv edilir…

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin Fransanın ayrı-ayrı şəhər və qəsəbə bələdiyyələri ilə imzaladığı “dostluq xartiyaları” məhkəmə qərarları ilə ləğv edilir.
Fransada fəaliyyət göstərən erməni saytı “armenews.com” yazır ki, Qrenobl şəhər inzibati məhkəməsi daha 4 belə “sənəd”in ləğv edilməsi barədə qərar çıxarıb.

Bu, cari ilin mayın 29-da Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qəbul etdiyi birinci qərarın məntiqi davamıdır.
Qeyd edək ki, həmin qərarla Fransanın Arnuvil şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası” ləğv edilib. (publika.az)

Elman Babayev vəzifəsindən AZAD EDİLDİ

Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən azad edilib.

O, işdən öz istəyi ilə çıxıb.

Xatırladaq ki, ötən ayın əvvəlində E.Babayev Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin inspektoru vəzifəsinə gətirilmişdi.

DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov xəbəri “Report”a təsdiqləyib.

Qeyd edək ki, E.Babayev 2001-2008-ci illərdə “Kaspi” qəzetində və “Trend” İnformasiya Agentliyində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008-2012-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, 2012-2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini, 2014-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində işləyib.

Ölkə Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Bu çimərliklərə getməyin! – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıb.

Bunu Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

O bildirib ki, analizlərin nəticələrinə görə, Xaçmaz rayonu Nabran bələdiyyə ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün yararsızdır:

“Lakin Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğu üçün çimərliyə yararlı hesab olunur”.

İdarə rəisi qeyd edib ki, cənub bölgəsindəki çimərlik ərazilərindən götürülən su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə, Lənkəran və Astara rayonlarının inzibati ərazisinə məxsus çimərliklər istifadəyə yararlıdır. (report)

“Qurbanov o futbolçunu komandadan qovdurdu ki…” – İdman jurnalistindən SENSASİON ETİRAF

“Qarabağ”ın U-13 komandasında Vüqar Bağırov adlı bir uşaq vardı. Olduqca istedadlı idi. Hamı ondan danışırdı. Bu uşaqda, gələcəkdə yaxşı futbolçu olmaq üçün bütün xüsusiyyətlər mövcuddur. Qalırdı yaxşı klubda, yaxşı məşqçilərin nəzarəti altında inkişaf etməsi”.

Bunu idman jurnalisti Natiq Muxtarlı qeyd edib.

N.Muxtarlı bildirib ki, hazırda həmin futbolçu “Qarabağ”da deyil: “Səbəbi deyim, gözləriniz bərəlsin. Nə baş veribsə, “Qarabağ”ın məşqçisi Araz Bağırov başlayıb bu istedadı sıxışdırmağa, incitməyə. Soruşanda da deyib ki, mən onu indi sındırmasam, məşqçisini tanımaz. 2017-ci ildə “Qarabağ” Gürcüstanda -Saburtaloda beynəlxalq turnirdə çıxış edərkən gürcülər bu uşağı bəyəniblər, onu komandaya dəvət ediblər. Ancaq həmin vaxt “yox” cavabı alıblar. “Qarabağ”ın məşqçisinin 13 yaşlı uşağı sındırmaq istəyindən sonra valideyni Vüqarı götürərək üz tutub Gürcüstana. “Saburtalo”da onu dərhal akademiyaya qəbul ediblər, yer ayırıblar, valideyninə iş də veriblər”.

İdman jurnalisti qeyd edib ki, təxminən bir il əvvəl də “Qarabağ”da oynayan çox istedadlı bir uşağın valideyni ona müraciət edib: “Bildirmişdi ki, komandanın U-15 komandasına yeni məşqçi təyin edilib. O da özü ilə bir neçə uşaq gətirib. Onlara yer etmək üçün komandanın liderlərindən qurtulmağı lazım bilib, başlayıb onları sıxışdırmağa. Bununla bağlı yazdım. Güman etdim ki, “Qarabağ”da məsələni araşdırarlar, heç bir təhsili olmayan, heç vaxt da futbol oynamayan yeni məşqçinin hoqqalarına münasibət bildirərlər. Bildirdilər. Uşağı məşqlərdən uzaqlaşdırdılar. Həmin vaxt “Qarabağ”ın əsas komandası xaricdə təlim-məşq toplanışında idi. Uşağın valideyninə klubdan deyiblər ki, Qurban Qurbanov zəng edərək o uşağın komandadan uzaqlaşdırılmasını tələb edib. Sonradan öyrəndim ki, həmin təhsilsiz məşqçi Qurbanovun dostunun oğludur”.

Natiq Muxtarlı qeyd edib ki, belə hallar Azərbaycanın əksər klublarında bu hal təkrarlanır: “Nəinki “Qarabağ”da, Azərbaycanda futbolçu yetişməməyin daha 99 səbəbi var”. (publika.az)

Elzadan kişilərin ünvanına ŞOK SÖZLƏR: “Elə bilirlər ki…” – VİDEO

Əməkdar artist Elza Seyidcahan ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində adət-ənənələrimizi tənqid edib.

Müğənni əvvəlcə toy adətlərindən danışıb:

“Toyda ata ilə qızının qucaqlaşıb ağlamasını qəbul etmirəm. Əvvəllər atadan, qardaşdan ayıb edərdilər. İndi xınanı toyun içinə salır, atanın gözü qabağında edirlər. Bir də toylardan ara musiqiləri yığışdırsınlar. Toydan sonra bəylə gəlin gedir bal ayına. Bal ayından artıq boşanıb gəlirlər. Gəlin qayınana və qayınata yanında bir otursun, qorxsun da”.

Elca Seyidcahan kişiləri tənqid etməkdən də qalmayıb:

“Kişinin burnuna pirsinq, qulağına sırğa taxmasını xoşlamıram. Tatu etdirməsi pisdir. Bir də başına tük əkdirənləri bəyənmirəm. Nə olsun ki, saçın tökülür. Əsas ürəyinin tükü tökülməsin. Kişilər elə bilir ki, keçəl olsa, qadın onu sevməyəcək”.

Yaxın Şərqin QORXULU RÖYASI – F-35 qırıcıları Türkiyəyə gəlsə…

F-35 döyüş təyyarələri Türkiyəyə verilməsə, Ankaranın yaxın Şərqdəki statusu bundan təsirlənəcək və bu səbəbdən İsrail üçün gələcəkdəki “potensial təhlükə” aradan qalxacaq.

Bu iddia İsrailin məşhur “Haaretz” nəşrində yayımlanan analizdə yer alıb.

Rusiyanın Türkiyəyə tədarük edəcəyi S-400 zenit raket kompleksinə görə ortaya çıxan ABŞ-Türkiyə gərginliyinə İsrailin perspektivindən yanaşan nəşr bildirib ki, F-35-lərin Türkiyəyə verilməməsi qərarı İsraildə rəğbətlə qarşılanacaq. Analizin davamında Türkiyənin döyüş təyyarələri proqramındakı mövqeyi, üzərində götürdüyü vəzifələr və verəcəyi faydalar xatırladılıb. Bu qismdə qeyd edilib ki, Türkiyə proqramdan çıxarsa, İsrail məmnuniyyətlə onun yerini doldurmağa hazırdır.

Nə olmuşdu?

Qeyd edək ki, ABŞ-ın Müdafiə naziri səlahiyyətlərini müvəqqəti icra edən Patrik Şanaxan Türkiyənin Müdafiə naziri Hulusi Akara yazdığı məktubda S-400-lərin tədarükünün dayandırılmaması təqdirində, Türkiyəyə qarşı ciddi addımların atılacağını və F-35 döyüş təyyarələrinin istehsal proqramından çıxarılacağını qeyd etmişdi. Bu açıqlamadan sonra Pentaqonun mətbuat katibi Mayk Endryus türk pilotlarının F-35 təlimlərinin dayandırıldığını açıqlamışdı.

ABŞ-la Türkiyə arasındakı gərginlikdən faydalanmaq istəyən digər bir ölkə isə Polşadır. Bu ölkə ABŞ-ın Türkiyəyə vermək istəmədiyi F-35 təyyarələrini almaq istəyir.

ABŞ-a təhdid

“Defence News”un xəbərinə görə, F-35 təyyarələrinin istehsal proqramında yer alan iki ölkə ABŞ-ı təhdid edib. Bildiriblər ki, təyyarələrdə istifadə olunan “Autonomic Logistics Information System-ALIS”də (Avtonom Logistik İnformasiya Sistemi) çıxan problemə görə layihədən çəkilə bilərlər. Xəbərdə ölkələrin adları açıqlanmayıb.

ALIS nədir?

Avtonom Logistik İnformasiya Sistemi ilə F-35 təyyarələrinin bütün bilgiləri ABŞ-da və təyyarələri istehsal edən “Lockheed Martin” şirkətində toplanır. Mövcud vəziyyətdə F-35 təyyarəsindən istifadə edən ölkələrin ehtiyacı olan bütün logistik dəstək ABŞ-dan təmin olunur. F-35-in istehsalı və ondan istifadə edən ölkə sayı kifayət qədər olanda ölkələr arasında qurulması planlaşdırılan sistemdə yenə ana baza ABŞ olacaq. (publika.az)

Murad Köhnəqala həbs edildi

Tovuz Rayon Məhkəməsi şair-yazıçı Murad Köhnəqalanı həbs edib.

Bu barədə yazıçının həyat yoldaşı Şəlalə Göytürk məlumat yayıb. O bildirib ki, M.Köhnəqala keçmiş həyat yoldaşı və qızının alimment tələbini ödəmədiyi üçün həbs edilib.

“Yaşları 20-dən yuxarı, əqli və fiziki qabiliyyətləri olan 3 adam – Muradın keçmiş həyat yoldaşı və qızının tələbi ilə məhkəmə bu cür ədalətsizliyə qərar verib. Evsiz-eşiksiz, işsiz, əlində olan mülkiyyəti heç bir tərəddüdsüz keçmiş ailəsinə verən adamdan 12 min manat pul tələb edirlər. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz. Bu nə vəhşilikdi belə?” – Ş.Göytürk bildirib. (kult.az)

Binəli Yıldırımın xanımı İmamoğluna təşəkkür etdi – ŞOK

İstanbul bələdiyyə sədrliyi uğrunda mübarizə aparan “Millət İttifaqının” namizədi Binəli Yıldırımın həyat yoldaşı Səmiha Yıldırım “Cümhuriyyət İttifaqının” namizədi Əkrəm İmamoğlunun xanımı Dilək İmamoğluna təşəkkür edib.

Binəli Yıldırımın xanımı barəsində yazılan xəbərlərə görə məyus olduğunu bildirib:

“Məni çox suçladılar. Üç gün mobil və ev telefonuna cavab vermədim. Heç bir günahım olmadığı halda məni incitdilər”, – deyə Səmiha Yıldırım bildirib.

Yıldırım Dilək İmamoğluna “Mən hörmətli Səmiha Yıldırımın fotosuna baxanda öz anamı, bacımı görürəm. Yazılanlar heç xoş niyyətli deyil” sözlərinə görə təşəkkür etdiyini söyləyib: “Həqiqətən təşəkkür edirəm. Duyğusuna, düşüncəsinə hörmət edirəm. Təbii ki, adam belə bir situasiya ilə üzləşəndə kədərlənir. Buna görə mətbuatdan bir az uzaq durmağa çalışıram”.

Səmiha Yıldırım həyat yoldaşının rəqibi Əkrəm İmamoğlunun xanımı ilə tanış olmadığını da deyib. (teleqraf.com)

Rövnəq Abdullayev istefa versin? – Deputatlar milli komandanın bərbad oyunundan DANIŞDILAR

Ötən axşam Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunu rəqib komandanın böyükhesablı (1:5) qalibiyyəti ilə nəticələndi. Avro-2020-nin seçmə mərhələsində 3 oyun keçirib hamısında məğlub olan Azərbaycan millisi futbol azarkeşlərinin də etirazı ilə üzləşib. “Bakcell Arena”da keçirilən son oyun zamanı azarkeşlər AFFA rəhbərliyinə qarşı – konkret AFFA  prezidenti Rövnəq Abdullayevə “İstefa!” şüarı səsləndiriblər.

Azərbaycanda futbolun son durumu haqqında danışan deputat Aqil Abbas düşünür ki, AFFA rəhbərliyi dəyişsə belə, Azərbaycan futbolu belə şəraitdə inkişaf etməyəcək:

“Futbolumuzu ayağa qaldırmağın yeganə yolu odur ki, AFFA-nı regionlarda futbolu dirçəltməyə məcbur edək. Azərbaycanda 8 futbol komandası var. Bu çox aşağı göstəricidir. Yığma komanda üçün bir var 50-60 nəfər arasında 20 futbolçu axtarasan, bir də var ki, 100-200 nəfər arasından seçəsən. Say çox olarsa, seçim imkanı da artar.

Azərbaycan regionlarında futbol məktəbləri yoxdur. Gəncə, Tovuz, Lənkəran, Ağdam və digər bölgələr futbolçu yetişdirib, Azərbaycan futboluna verə bilmirsə, hansı inkişafdan danışa bilərik?

Sovet dövründən misal gətirim: Ağdamda 10 orta məktəb var idi. Məktəblərarası, kolxozlararası, kəndlərarası, peşə məktəbləriarası, məhlələrarası çempionatlar keçirilirdi. Görün bunlar, nə qədər hazırlıqlı futbolçunun yetişməsi deməkdir. Ona görə də regionlardan qabiliyyətli futbolçular çıxırdı. İndi yaxşı futbolçular yoxdur, kim oynasın bu halda?”.

A.Abbas hesab edir ki, baş məşqçinin də bu məğlubiyyətlərdə rolu var:
“Xarici ölkələrdən məşqçi dəvət etmək bütün dünyanın praktikasında var. Amma Azərbaycan futbolunun başına gətirilən məşqçi gərək xalqı tanısın. Nikola Yurceviç futbolçularla ünsiyyət üçün 3 nəfər tərcüməçidən istifadə edir. Bu situasiyada futbolçular onu necə tam anlaya, dediklərini icra edə bilərlər?

Məşqçi ilə müqavilə məsələsi də vacib məqamdır. Komanda baş məşqçini dəvət edəndə qarşısına şərt qoysun: ortaya məhsuldarlıq – keyfiyyətli futbol qoyacaqsan. Bunu bacarmasan, müqaviləyə son verilib, ödəniləcək məbləğ dayandırılacaq. Belə olmasa, xaricilər əvvəlki məşqçi Berti Foqts kimi pulumuzu alıb, ortaya heç nə qoymayacaqlar”.

Millət vəkili Fazil Mustafa da həmkarı ilə eyni fikirdədir. O düşünür ki, Azərbaycan futbolunun indiki şəraitdə dirçəlməsi mümkün deyil:
“Bunu həyata keçirmək üçün ölkədə köklü, fərqli özəlləşdirmə, sahibkarlığın inkişafına ehtiyac var. İri sahibkarlığın idmana meyillənməsini stimullaşdırmaq olar. Vergilərdən azad edilən iri şirkətlərin bölgə komandalarını himayə etməsinə şərait yaradılmalıdır. Futbol tək idman deyil, həm də biznesdir. Qərb ölkələri peşəkar şəkildə yetişdirilən futbolçulardan milyardlarla dollar qazanır. Belə futbolçular yetişdirmək üçün küçə futbolu inkişaf etdirilməlidir. Futbol üzərindən bütün vergilər götürülməli, binaların həyətində idman meydançaları salınmalıdır. Orta məktəblərin heç birində idman infrastrukturu istənilən səviyyədə deyil. Xüsusilə, regionlardakı məktəblərdə sağlam, gümrah uşaq yetişdirmək üçün məktəblərin idman siyasəti düzgün qurulmayıb. Orta məktəblərdə heç üzgüçülük hovuzu da yoxdur. Tək futbola diqqət göstərməklə də iş bitmir. Ölkədə basketbol, voleybol, həndbol kimi idman növləri məhv olub. Çempionatlar yoxdur.  Cüdo, güləş kimi idman növlərinin inkişafı ilə iş bitmir.

Bu sahədə əlverişli sistem qurulmalıdır. Belə olmasa, hər il futbol rəhbərliyi dəyişsə də, effektiv nəticə verməyəcək. Xarici ölkələrdən dəvət edilən məşqçilər o zaman fayda verər ki, Azərbaycanda canlı çempionat olsun, rəqabət mühiti yaransın. İndiki halda pulu əcnəbilərə xərcləməyin heç bir mənası yoxdur”.

Deputat Cavid Osmanovun fikrincə, ötən gecə keçirilən oyun milli futbol komandamızda çoxlu çətinliklərin, problemlərin mövcudluğunu sübut etdi:
“Bununla bağlı AFFA rəhbərliyini, eyni zamanda yığmamımızın məşqçisi Nikola Yurceviçi günahlandıranlar çoxdur. Amma bu bir futbnol oyunudur. Heç kim istəməzdi ki, belə hesab olsun.

Ölkəmizdə digər sahələrə olduğu kimi, futbola da qayğı göstərilir, xeyli vəsait ayrılıb, müvafiq qərarlar icra olunur. Bunun nəticəsi olaraq komandamız, futbolumuzdan məsul şəxslər daha yaxşı iş ortaya qoymalıdırlar”. 
C.Osmanov hesab edir ki, Azərbaycdan futbolunu inkişaf etdirmək üçün ilk növbədə uşaq futboluna diqqət artırılmalıdır:

“Futbol elə idman növüdür ki, uşaqlıqdan inkişaf etdirilməsə natamamlıq özünü göstərir. Təəssüf ki, bizdə uşaq idman məktəbləri, professional futbol klublarının azyaşlı yığmaları istənilən səviyyədə qurulmur. Bu və digər məqamları nəzərə almaqla futbolumuzun inkişafına zamanla nail ola bilərik”. (modern.az)

Milli Məclisdə xeyli qanun layihəsi yarımçıq qalıb – SİYAHI

İyunun 13-ü və 14-də Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası keçiriləcək. İclasların gündəliyinə 15 məsələ daxil edilib.

Qeyd edək ki, Milli Məclisin xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.

Maraqlıdır, Milli Məclisin komitələrində müzakirə edilməmiş, yarımçıq qalan qanun layihələri varmı?

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə yarımçıq qanun layihəsinin olmadığını deyib:

“Bizim komitədə yarımçıq qalan qanun layihəsi yoxdur. Bir qayda olaraq dövlət başçısı tərəfindən gələn qanun, yaxud da qanuna dəyişikliklər layihəsidir ki, onu müzakirə edib parlamentə tövsiyə edirik. Daxil olan bütün layihələrə baxılır və parlamentə təqdim edirik. Bu gün bizim qovluğumuzda baxılmamış sənəd yoxdur”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə bildirib ki, yarımçıq qalan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq:

“İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsində “Lombard haqqında” qanun layihəsi yarımçıq qalacaq. Çünki növbəti plenar iclas zamanı qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq. İkinci oxunuşda müzakirəyə çıxarılması isə Milli Məclisin payız sessiyasına qalacaq”.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov  yarımçıq qanun layihəsinin olduğunu bildirib:

“Aqrar siyasət komitəsində elə ciddi yarımçıq qalan qanun layihəsi yoxdur. Sadəcə olaraq “Aqrar sığorta haqqında” qanun layihəsi var ki, onu bu günlərdə qəbul etməliyik. Bir neçə qanun layihəsi var ki, onun üzərində işləməliyik. Güman ki, həmin qanun layihələri payıza qalacaq”.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yarımçıq qalan qanun layihəsini payıza sazladıqlarını söyləyib:

“Əmək və sosial siyasət komitəsində yarımçıq qalan qanun layihəsi var. Bu da “Turizm haqqında”qanun layihəsidir. Qanun layihəsi yarımçıq qaldı. Onu işləyib çatdıra bilmədik. Qanun layihəsi beynəlxalq təşkilatlarla, Prezident Aministrasiyası  ilə müzakirə olunur. Daha təkmil və daha ciddi qanun layihələri üzərində iş gedir. Ona görə də tələsmirik. Biz qanun layihəsini payıza saxlayırıq”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  həll edilməyən qanun layihələrinin payzı sessiyasına qaldığını bildirib:

“Bir neçə qanun layihəsi var ki, həll edilməyib. Qarşıda bir neçə plenar iclaslarımız var. Əgər qanun layihələri həll edilməsə, Milli Məclisin payız sessiyasına saxlanılacaq”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də yarımçıq qalan qanun layihəsindən danışıb:

“Elm və təhsil komitəsi “Ali təhsil haqqında” qanun layihəsi üzərində hazırlıq işləri aparmağa başlayıb. Qanun layihəsinin ilkin variantının formalaşmasına çalışacağıq. Sentyabrda ilkin variant üzərində müzakirələr keçirib, Milli Məclisin payız sessiyasına təqdim etmək fikrindəyik”.

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva  mövzu ilə bağlı öncədən danışmağın tez olduğunu deyib:

“Hələlik bizim komitəyə hansısa yarımçıq qalan qanun layihəsi daxil olmayıb. Çünki iyulun ortasına qədər Milli Məclisin növbədənkənar sessiyası davam edəcək. Öncədən nəsə deyə bilmərik. Ola bilsin ki, yarımçıq qalan da olsun”. (modern.az)

Bakı Tiflis və Ankara ilə razılaşdı, qərar verildi – General

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin Qəbələ görüşü yüksək səviyyədə başa çatıb.

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov görüşdən sonra keçirilən brifinqdə bildirib.

Nazir qeyd edib ki, digər sahələrdə olduğu kimi müdafiə sahəsində də üç qonşu dost ölkə əməkdaşlığı uğurla davam etdirilir:

“Keçən il Türkiyədə memorandum imzalandı. Həmin memoranduma uyğun olaraq bizim üçtərəfli formatda görüşlərimizin hüquqi bazası yarandı. İl ərzində üçtərəfli əməkdaşlığın planında olan məsələlərin icrası müzakirə olunub”.

Z. Həsənov bildirib ki, görüşdə Türkiyənin terrorizmlə mübarizəsini hər üç tərəf dəstəklədiyini bəyan edib:

“Hər üç tərəf Türkiyənin terrorizmlə mübarizəsini dəstəkləyir. Görüşdə həmçinin Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Hərbi əməkdaşlıq sahəsində əməkdaşlıqla bağlı görülmüş işlər müzakirə olundu. Onu da qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Məsələn, 2018-ci ildə Türkiyə ilə birdə yeddi təlim keçirilib. 2019-cu ildə isə 13 birgə təlimin keçirilməsi planımızda var. İlin sonuna kimi bunların hamısı icra olunacaq”.

“Görüşdə biz Gürcüstan tərəfini də bu təlimlərə qatılmağa dəvət etdik. NATO xətti ilə Azərbaycan-Türkiyə-Gürcüstan təlimləri də Gürcüstanda həyata keçirilib. Həmçinin Gürcüstanda dağ təlim mərkəzində çox uğurlu təlimlər icra olunub. Hər üç tərəf bu təlimlərin uğurla həyata keçirilməsinə razılıq verib və təlimlərin davam etdirilməsinə dair qərar qəbul olunub”, – deyə Zakir Həsənov bildirib. (APA)

Prezidentin tənqidindən sonrakı “Yanardağ” – FOTOLAR

Abşeron rayonunun Məmmədli kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu əsaslı təmir və bərpadan sonra istifadəyə verilib.

Aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 64,55 hektar olan qoruğun ərazisində üç tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq turistlərin ixtiyarına verilib.

2007-ci ildən qoruq statusuna malik Yanardağda, həmçinin, ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi yaradılıb.

Bundan əlavə, qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin nümayiş olunduğu kafe, əyləncə zonası, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərəcək. Fiziki məhdudiyyətli şəxslərin Yanardağ alovunun ətrafına enməsi üçün xüsusi yol çəkilib. Bütövlükdə qoruq ərazisi abadlaşdırılaraq müxtəlif ağaclar əkilib.

Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.

Bu gün keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olarkən buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi.

Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. (oxu.az)

Nazirin məhkəməyə verdiyi Teymur Kərimov aksiyanı dayandırdı

Səhiyyə naziri Oktay Şirəliyevin məhkəməyə verdiyi Teymur Kərimov aksiyanı dayandırıb.

Bu barədə  Turkustan.info-ya daxil olan məktubu təqdim edirik:

Anam uzun müddətdir ki, Onkoloji xəstəlik növü olan Mialomadan əziyyət çəkirdi. Bir neçə dəfə Səhiyyə Nazirliyinə telefonla və gedib bildirməyimə baxmayaraq, vəziyyət çox qısa zamanda düzəlirdi. Lakin üzərindən bir müddət keçəndən sonra yenidən dərman vasitələrinin çatışmaması, reaktivlərin olmaması ilə qarşılaşırdıq. Artıq məcbur oldum ki, Səhiyyə Nazirliyinin önündə aksiya edim və mövcud problemləri şəxsən Oktay Şirəliyevin diqqətinə çatdırım. Lakin öncədən ölkə mətubatı olan Xeberfakt.az saytında oxuduğum qeyri- etik ifadələri Səhiyyə Naziri Oktay Şirəliyevin ünvanına səsləndirmişəm. Nazir Oktay Şirəliyev isə məni Nəsimi rayon məhkəməsinə müraciət edərək 147.2 və 148 maddə ilə cinayət məsuliyyətinə cəlb olunmağımı istəyir. Anamın vəfatı ilə əlaqədar Kəlbəcər rayonundan olan millət vəkili Cavid Qurbanovla görüşdüm. Onun məsləhətindən sonra aksiya və sair tələblərimi dayandırdım.

Hörmətlə, Teymur Kərimov

Hulusi Akar: Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir

Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir.

Trend-in məlumatına görə, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Qəbələdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.

H.Akar bildirib ki, bu gün keçirilən görüşdə tərəflər mövcud iş birliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə ediblər.

Onun sözlərinə görə, üç ölkənin yerləşdiyi bu region hamiya bəlli olduğu kimi, neft və təbii qaz kimi enerji qaynaqlarının dünyaya çatdırılması üçün çox ciddi əhəmiyyətə malikdir:

“Bu baxımdan regionda beynəlxalq güclərin maraqlarının toqquşur. Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə bir yerdə əməkdaşlıq edərək çalışması çox önəmlidir”.

Türkiyəli nazirin sözlərinə görə, iş birliyi müdafiə, hərbi və təhlükəsizlik mövzuları ətrafında olmaqla üç ölkənin maraqlarına xidmət edir.

“Əməkdaşlıq hər il daha da möhkəmlənir və genişlənir. Mən inanıram ki, əlaqələrimiz yalnız müdafiə, hərbi və təhlükəsizlik deyil, eyni zamanda bütün sahələri əhatə edəcək. Bu əlaqələr digər ölkələr üçün də ciddi önəm daşıyacaq. Azərbaycan Müdafiə nazirinin qeyd etdiyi kimi, ölkələrimiz arasında müdafiə sahəsində imzalanan müqavilələrin yaxın gələcəkdə nəticələrini görəcəyik”.

Nadirdən qalmaqallı açıqlama: İndi əxlaqsızlara hörmət edirlər – VİDEO

Müğənni Nadir Qafarzadə yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

ARB TV-də yayımlanan “Səhər-Səhər” verilişində danışan müğənni yaxşı insanlara hörmət edilmədiyini deyib:

“İndi başa düşmüşəm ki, nümunəvi olmaq dəbdə deyil. Həyat o qədər tərsinə dönüb ki, pisin, əxlaqsızın hörməti var. İnsanlar normal qadın, kişi görəndə fikirləşirlər ki, yəqin, bunun nəsə qüsuru var”.

Xatırladaq ki, Nadir Qafarzadə bir müddət öncə türkiyəli kişilərə ərə gedən qızları tənqid edib. Müğənninin əcnəbi vətəndaşla ailə quran qızların xoşbəxt olmadıqları barədə qalmaqallı çıxışı müzakirə predmetinə çevrilib.

 

Vasif Talıbov nə demək istədi? – Türkiyə ordusu Naxçıvanda yerləşdirilib?

Əslində Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, sadəcə bunu rəsmiləşdirmək lazımdır.  

“Atlas” Araşdırmalar Mərkəzinin təhlilində Türkiyənin müdafiə naziri Hulusi Akarın Azərbaycan səfərinin pərdəarxası detallarına aydınlıq gətirilib.

Təhlildə bildirilib ki, Vasif Talıbovun Hulusi Akarla görüşündə səsləndirdiyi fikirlər bir çox məqamlardan xəbər verir:

“Hulusi Akar əvvəlcə Naxçıvanda azərbaycanlı həmkarı Zakir Həsənovla “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş təlimlərini müşahidə etdi. Təlimi izləyənlər arasında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da var idi. Talıbov daha sonra Hulusi Akarla görüşdə Türkiyənin Naxçıvana verdiyi hərbi dəstəklə bağlı maraqlı rəqəmlər söylədi. Diqqət çəkən məqamlardan biri 1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbçisinin xidmət keçməsi olub. Eyni zamanda Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərib. Bunların açıq sölyənməsi olduqca vacibdir, mesaj xarakteri daşıyır”.

Təhlildə qeyd edilib ki, onsuz da ermənilər Türkiyənin Naxçıvanda hərbi varlığının onlarda şübhə doğurmadığını və son hərbi təlimlərin Ermənistana qarşı yönəldiyini açıq-aşkar deyir:

“Bu fikirdə həqiqət ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirdiyi birgə hərbi təlimlər Ermənistanı Naxçıvana qarşı mümkün təxribatlardan çəkindirməlidir. Türkiyənin Naxçıvanda hərbi bazası məhz ona görə Azərbaycan üçün vacibdir ki, Dağlıq Qarabağ və ətraf rayonların azad olunması uğrunda hərbi əməliyyatın başlanması halında Naxçıvanın təhlükəsizliyi tam təminat altında olmalı və Naxçıvana əlavə hərbi qüvvələrin göndərilməsinə ehtiyac qalmamalı, həmin qüvvələr işğal altındakı ərazilərin ətrafında cəmləşməlidir. Ermənilər də eyni siyasətdən çıxış edir. Ermənistanın Türkiyə və İranla sərhəddini Rusiya qüvvələri qoruyur. Bu da Ermənistana imkan verir ki, qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda və Azərbaycanla sərhəd boyu yerləşdirsin”.

Təhlildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafizə nazirlərinin Qəbələdə keçirdiyi görüşə də diqqət çəkilib:

“Qəbələdə keçirilən görüşdə Z.Həsənov ayrı-ayrılıqda Türkiyə və Gürcüstan müdafiə nazirləri ilə görüşdü. Zakir Həsənov hər iki görüşdə də önəmli fikirlər söylədi. Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşündə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə diqqət çəkən Zakir Həsənov NATO ilə əməkdaşlığı da unutmadı. Gürcüstan NATO üzvü olmaq istəyir, Azərbaycanın belə bir hədəfi hələ ki, yoxdur. Buna baxmayaraq, Zakir Həsənov iki ölkənin NATO proqramlarında birgə iştirakına diqqət çəkir, o cümlədən boru xətlərinin birgə qorunması vacibliyini vurğulayır. Boru xətlərinin qorunması məsələsində də Azərbaycanla Gürcüstanın NATO-nun imkanlarından istifadəsi nəzərdə tutula bilər. Bu isə o deməkdir ki, Azərbaycanın müdafiə naziri gürcü həmkarı kimi NATO ilə sıx inteqrasiyanın tərəfdarıdır. Qəbələdəki ikitirəfli və üçtərəfli görüşlər həm də ona görə vacib idi ki, rəsmi Tblisi Azərbaycanla strateji münasibətlərə diqqət yetirsin, bu əməkdaşlığa xələl gətirən addımlardan çəkinsin. Çünki, rəsmi Tbilisinin Azərbaycan və Türkiyə ilə artan hərbi əməkdaşlığı birinci növbədə Gürcüstanın özünə lazımdır, bu onun maraqlarına xidmət edir”. (redaktor.az)

ADAU-nun rektoru Fransanın Tuluz Universitetinin prezidenti ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Fransanın Tuluz Universitetinin prezidenti, professor Jean Pierre Vinel və Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fabrice Dumas ilə görüşüb.

Qonaqları universitetdə görməkdən məmnunluğunu deyən rektor  İbrahim Cəfərov  dəvəti qəbul edib ADAU-ya gəldikləri üçün onlara təşəkkürünü bildirib. ADAU-nun tarixi, beynəlxalq əlaqələri və fakültələr barədə qonaqlara ətraflı məlumat verib. Rektor İbrahim Cəfərov Fransa universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu görüşü əməkdaşlığın ilk addımı kimi qiymətləndirib. Fransa universitetləri ilə daha geniş əməkdaşlıq arzusunu söyləyib. İbrahim Cəfərov Tuluz universiteti ilə ikili diplomlar və  tələbə mübadiləsi istiqamətində əməkdaşlığn səmərə verəcəyinə əminliyini də diqqət çatdırıb, elmi araşdırmalar və doktorantura üzrə  əlaqələrin qurulması üçün hər cür imkanın olduğunu vurğulayıb. Deyib ki,  ADAU indi mükəmməl bir universitetdir və beynəlxalq səviyyədə kifayət qədər tanınır. Burada təhsil alan gənclər ən müasir tələbə evlərində yaşayırlar. Dövlət, eləcə də Kənd Təsərrüfatı naziri hər an bizim yanımızdadır və aqrar təhsilin inkişafına böyük dəstək verilir. Əslində ADAU bu gün ən şanlı dörünü yaşayır.

ADAU-ya səfərindən məmun olduğunu bildirən, hər iki ölkənin  təhsildə bir çox ümumi maraqlarınını qeyd edən Fransanın Tuluz universitetinin prezidenti, professor Jean Pierre Vinel rəhbərlik etdiyi universitetdə əməkdaşlığa daim yüksək dəyər verildiyini deyib və ADAU ilə mümkün əməkdaşlıq istiqamətlərindən danışıb. Əməkdaşlıqda düzgün istiqamət seçməyin əhəmiyyətli oldğunu vurğulayan  professor Jean Pierre Vinel  birgə daha böyük işlər görülə biləcəyini qeyd edib. Qonaq onu da əlavə edib ki, biz bilirik Azərbaycan Dövləti sizə böyük dəstək verir və əməkdaşlıqda 1-ci olmaq istəyirik. Sizin də dediyiniz kimi birgə tədqiqatlar apara bilərik, tələbə-müəllim mübadiləsi edərik.

Sonda Jean Pierre Vinelə xatirə hədiyyəsi təqdim edilib və qonaqlar universitetin maddi-texniki bazası ilə ətraflı tanış olublar.  

“Ermənistan Rusiyadan bu günə kimi heç bir silah almayıb” – “Bu silahlar təmənnasız verilib”

Elman Məmmədov: “Rusiya çar dönəmindən erməniləri silahlandırmaq və qorumaqla məşğuldur”

Rusiyanın Ermənistanı silahlandırması, işğalçı ölkəyə müasir artilleriya sistemləri, qırıcı təyyarələr və s. verməsi torpaqları işğal altında olan Azərbaycanda daim narahatlıqla qarşılanan məsələlərdən biridir. Paşinyanın bir müddət bundan öncə Rusiyadan yeni silahalr alacağı ilə bağlı məlum bəyanatı isə bu narahatlığı bir qədər də artırmaqdadır.

Məsələ ilə bağlı millət vəkili Elman Məmmədov Ermənistanın Rusiyadan silah alacaq qədər vəsaitinin olmadığını, bu silahların zaman-zaman düşmən ölkəyə qarşılıqsız olaraq verildiyinə diqqət çəkdi:

“Ermənistan Rusiyadan bu günə kimi heç bir silah almayıb. Bu gündən sonra da Ermənistan Rusiyadan heç bir silah almayacaq. Onlara silahı hər zaman Rusiya özü verib və bundan sonra da verəcək. Ermənistanın guya bu silahları alması ilə bağlı deyilənlər gözə kül üfürməkdən başqa bir şey deyil. Ermənistanın silah alacaq maddi gücü yoxdur. Rusiya tarix boyu, çar Rusiyası dönəmində də erməniləri silahlandıraraq qoruyub. Sovetlər İttifaqında da onları silahlandırıb qoruyub. Rusiya bu gün də eyni işi görür. Bu, bizim üçün yeni bir şey deyil.

Rusiyanın müsir silahlarla silahlanmış böyük bir ordusu Ermənistan ərazisində yerləşir. Onlar Ermənistanın sərhədlərini, eləcə də hava məkanını qoruyur. Erməniləri lazımi silah-sursatla təmin edir. Reallıq bundan ibarətdir”. (moderator.az)

Rusiyada azərbaycanlını amansızlıqla öldürən qatil tutuldu – Dəhşətli cinayətin SƏBƏBİ İSƏ…

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü haqda məlumat vermişdik.

30 yaşlı Elmir Əhmədovun qətlə yetirmiş 26 yaşlı Aleksandr Qorşkov həbs olunub. Samara Prokurorluğu əvvəllər oğurluq maddəsi ilə məhkunluq yaşamış Qorşkovun Əhmədovu qısqanclıq zəmində qətlə yetirdiyini ehtimal edir. Belə ki, onun 2 aydır ki, birgə yaşadığı Yekaterina İ. uzun müddət Elmir Əhmədovla eşq macərası yaşayıb.

Bundan xəbər tutan Aleksandr Qorşkov qızın telefonundan Elmir Əhmədova zəng edərək onu gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində görüşə çağırıb. Özünə məxsus “Qazel” markalı avtomobildə hadisə yerinə gələn azərbaycanlı gənc qısqanc rus kişinin bıçaqlı hücumuna məruz qalıb. O aldığı xəsarətlərdən yerindəcə keçinib. Bundan sonra, Qorşkov Elmir Axundovu öldürdüyü gizlətmək üçün “Qazel”ə od vurub. Cəsədin yanması ilə cinayətdəki izinini itəcəyinə ümid edən Qorşkovun istəyi baş tutmayıb. Hazırda o, həbs olunub.

Elmir Əhmədovun Qarabağdan olan məcburi köçkün ailəsində böyüdüyü və 3 qardaşı ilə birlikdə 1999-cu ildən Samara vilayətində yaşadıqları məlumdur. (modern.az)

Silahlar bizdən çox danışır

Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir.

Bunu bu gün Milli Məclis (MM) sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən kofransda bildirib.

“Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqlar və dini konfessiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrin həllidir”, – deyən B.Muradovanın sözlərinə görə,  hərbi münaqişələr artıb, silahlar bizdən çox danışır.

“Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa bölgələrinin iştirakı ilə belə təşəbbüslərin ortaya çıxması təsadüfi deyil.

Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə böyük töhfələr verə bilər.

Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir”, – deyə o əlavə edib.

Azərbaycan-Türkiyə-Gürcüstan hərbi birliyi niyə vacibdir?

“Türkiyənin müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri iki hissədən ibarət oldu”.
Bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Hulusi Akar əvvəlcə Naxçıvanda azərbaycanlı həmkarı Zakir Həsənovla “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş təlimlərini müşahidə etdi: “Təlimlər 4 gün davam etdi. İki ölkənin birgə keçirdiyi təlimlərdə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olundu.

Təlimi izləyənlər arasında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da var idi. Vasif Talıbov daha sonra Hulusi Akarla görüşdə Türkiyənın Naxçıvana verdiyi hərbi dəstəklə bağlı maraqlı rəqəmlər söylədi: “1997-ci ildən bu günə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərib”.

Bunların açıq sölyənməsi olduqca vacibdir, mesaj xarakteri daşıyır. Əslində Vasif Talıbovun səsləndirdiyi rəqəmlər ondan xəbər verir ki, Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, sadəcə bunu rəsmiləşdirmək lazımdır. Onsuz da ermənilər də açıq deyirlər ki, Türkiyənın Naxçıvanda hərbi varlığı onlarda şübhə doğurmur və son hərbi təlimlər Ermənistana qarşı yönəlib. Bu fikirdə həqiqət ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirdiyi birgə hərbi təlimlər Ermənistanı Naxçıvana qarşı mümkün təxribatlardan çəkindirməlidir. 

Türkiyənin Naxçıvanda hərbi bazası məhz ona görə Azərbaycan üçün vacibdir ki, Dağlıq Qarabağ və ətraf rayonların azad olunması uğrunda hərbi əməliyyatın başlanması halında Naxçıvanın təhlükəsizliyi tam təminat altında olmalı və Naxçıvana əlavə hərbi qüvvələrin göndərilməsinə ehtiyac qalmamalı, həmin qüvvələr işğal altındakı ərazilərin ətrafında cəmləşməlidir. Ermənistan da eyni siyasətdən çıxış edir. Ermənistanın Türkiyə və İranla sərhəddini Rusiya qüvvələri qoruyur. Bu da Ermənistana imkan verir ki, qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda və Azərbaycanla sərhəd boyu yerləşdirsin”.


E.Şahinoğlu qeyd edib ki, Hulusi Akar Azərbaycana səfərinin ikinci mərhələsində Qəbələyə gəldi.

“Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirildi. Qəbələdə Azərbaycanın və Türkiyənin müdafiə nazirləri ikitərəfli danışıqlar apardılar. Zakir Həsənov bir daha qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub, bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir. Zakir Həsənov daha sonra Qəbələyə gələn Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşüb. Zakir Həsənov bu görüşdə də önəmli fikirlər söyləyib. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə diqqət çəkən Zakir Həsənov NATO ilə əməkdaşlığı da unutmayıb: “Əməkdaşlığımız NATO-nun keçirdiyi proqramlar çərçivəsində və digər sahələrdə aparılır və bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsi vacibdir”. Görüşdə Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Gürcüstan NATO üzvü olmaq istəyir, Azərbaycanın belə bir hədəfi hələ ki, yoxdur. Buna baxmayaraq, Zakir Həsənov iki ölkənin NATO proqramlarında birgə iştirakına diqqət çəkir, o cümlədən boru xətlərinin birgə qorunması vacibliyini vurğulayır. Boru xətlərinin qorunması məsələsində də Azərbaycanla Gürcüstanın NATO-nun imkanlarından istifadəsi nəzərdə tutula bilər. Bu isə o deməkdir ki, Azərbaycanın müdafiə naziri gürcü həmkarı kimi NATO ilə sıx inteqrasiyanın tərəfdarıdır. Qəbələdəki ikitirəfli və üçtərəfli görüşlər həm də ona görə vacib idi ki, rəsmi Tbilisi Azərbaycanla strateji münasibətlərə diqqət yetirsin, bu əməkdaşlığa xələl gətirən addımlardan çəkinsin. Çünki, rəsmi Tbilisinin Azərbaycan və Türkiyə ilə artan hərbi əməkdaşlığı birinci növbədə Gürcüstanın özünə lazımdır, bu onun maraqlarına xidmət edir”, – deyə politoloq bildirib. (publika.az)

“WhatsApp”dan ŞOK QƏRAR: Azərbaycan da daxil olmaqla…

Ən populyar mesajlaşma platforması olan “WhtasApp” istifadəçiləri məhkəməyə verməyə hazırlaşır.
Xarici KİV xəbərlərinə görə, bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirlib. Şirkətin dünya üzrə istifadəçiləri məhkəmə ilə hədələməsinə səbəb isə şirkətlərin mesencer vasitəsi ilə kütləvi reklam mesajları yollamasıdır. Şirkət rəsmilərinin sözlərinə görə, bu, onların qaydaları ziddir və kobud qayda pozuntusudur. (news24.az)

Düyü suyunun saça inanılmaz faydaları – 20 dəqiqə kifayət edir

Sağlam və gözəl saça sahib olmaq istəyənlər üçün mükəmməl vasitə…

Çin, Yaponiya və Cənub-Şərqi Asiyadakı qadınlar uzun illərdir düyü suyundan saça qulluq üçün istifadə edirlər. Düyü suyu düyü bişirildikdən və ya isladıldıqdan sonra qalan karbohidratlı sudur. Düyü suyu saçların sürətlə uzanmasını, ipək kimi gözəl saçlara qovuşmanızı təmin edir.

Saçları düyü suyu ilə yumaq Asiyanın bir çox yerlərində gözəllik baxımıdır. Bu gözəllik baxımı artıq dünya miqyasında məşhurdur. Tarixi faktlarda düyü suyunun saçların gücünü, toxumalarını və böyüməsini yaxşılaşdırdığı göstərilməkdədir.

Turkustan.info bildirir ki, saçların tökülməsini azaltmaq və uzatmaq üçün düyü suyundan daha yaxşı vasitə yoxdur. Düyü suyunda olan amin turşular saçların yenidən çıxmasına və daha sürətlə böyüməsinə kömək edir. Həmçinin düyü suyu saçların böyüməsinə kömək edən B, C və E vitaminləri ilə zəngindir. Belə ki çimdikdən sonra saçlarınızı düyü suyu ilə yuyun. Bunu həftədə ən azı 2 dəfə tətbiq etsəniz nəticəni gözlərinizlə görəcəksiniz.

– Düyü suyu saçın köklərini gücləndirir, həcmini artırır, saçı parlaq və hamar edir.

– Düyü mineralar, antioksidantlar, B, C və E vitaminləri, 8 ədəd amin turşularla zəngindir ki, təkcə orqanizmin sağlamlığına deyil, saçlarınız üçün də faydalı qaynaqdır.

– Araşdırmalar düyünün tərkibində zədələnmiş saçları bərpa edən inositol maddəsinin olduğunu göstərir. Odur ki, düyü hər tərəfli şəkildə saçlarınızın üçün mükəmməl vasitədir və heç bir əks təsiri yoxdur.

– Düyü suyu saç qırıqlarını müalicə etməkdə də yararlıdır. Çünki qırılmış saçlarınızın bərpa edilməsi üçün proteinə ehtiyacı var. Düyünün suyunda isə bol protein var. Saçlarınızın uclarında yaranan qırılmalara başlıca səbəb yaxşı baxmamaq və çirkli saxlamaqdır. Lakin düyü suyunda olan amino turşular dərhal köməyinizə gələrək saçlarınızdakı nöqsanları tez aradan qaldıracaq. Belə ki, saçlarınızın ucunu düyü suyuna batırın, 15-20 dəqiqə gözlədikdən sonra yuyun.

– Düyü suyunun tərkibində inositol adlı karbohidrat vardır ki, zədələnmiş saçları bərpa edərək onların elastikliyini artırır.

– Kim ipək kimi zərif və parlaq saçlara sahib olmaq istəyirsə, düyü suyu ilə xəyalındakı arzusunu reallaşdıra bilər. Yeganə edəcəyiniz şey saçlarınızı 20 dəqiqə düyü suyunda saxladıqdan sonra yaxalamanızdır.

Bəs düyü suyu necə hazırlanır? – 2 üsul var

1-ci üsul:

Yarım stəkan bişməmiş düyünü yuyun, 2-3 stəkan su ilə dolu qaba tökün. 30 dəqiqə gözləyin ki, suyu özünə çəksin. Daha sonra düyü suyunu başqa bir qaba boşaldın.

2-ci üsul

1 stəkan düyünü su ilə yuyun və 3 stəkan su ilə ağzı bağlı olmayan qazanda bişirin. Düyü bişəndən sonra suyu təmiz bir qaba süzün. Soyumasını gözləyin və hava keçməyən qaba boşaldıb 7 gün soyuducuda saxlayın. İstifadə edərkən həmin düyü suyundan 1-2 qaşıq götürüb 1 stəkan suda qarışdırıb istifadə edinb.

/TurpKimi.com/

Qəbələdən ABŞ-a sərt mesaj: “Cavab hazırlayırıq”

“Lazımi işləri görürük. Cavab hazırlanır”.

Bunu Qəbələ şəhərində səfərdə olan Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

O, 7-ci Azərbaycan-Türkiyə-Gürcüstan Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. ABŞ Müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanaxanın ötən həftə göndərdiyi məktubla bağlı danışan nazir bildirib ki, sabah onunla telefonda müzakirə aparacaq, ay sonunda isə Brüsseldə təkbətək görüşəcək: “Bildiyiniz kimi, Patrik Şanaxandan bir məktub aldım. Məktubda mövcud problemlərə strateji ortaqlıq çərçivəsində və əhatəli təhlükəsizlik əməkdaşlığını mühafizə edərək həll yolunun tapılması istiqamətində gözləntilər ifadə edilmişdi. Lakin məktubun üslubu müttəfiqlik ruhuna uyğuna olmadığını ilk andan etibarən gördük. Lazımi işləri görürük, cavabı hazırlayırıq. Məsələ ilə əlaqədar qurum və təşkilatlarla lazımi işlər davam edir. Bu ayın sonunda Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısı var. Orada da Şanaxanla bir araya gələcəyik”.

Nazir bildirib ki, Türkiyə ortaya qoyduğu mövqeyin qətiyyətli şəkildə arxasında dayanıb: “Bütün görüşlərdə mövqelərimizi açıq şəkildə ifadə etməyə, tələblərimizi bildirməyə davam edirik. Bundan sonra da eyni mövqedə olmağa davam edəcəyik. Burada strateji müttəfiqlikdən bəhs edilir. Onun ruhuna uyğun hərəkət edilməsi üçün tələbələrimizi demişik. Biz bu günə qədər NATO məsələsində, ABŞ-la marahatlıqlarımız mövzusunda hər hansı çatışmazlığa yol vermədən öhdəliklərimizi yerinə yetirmişik. Dolayısı ilə qarşımızdakıların da bənzər şəkildə öhdəliklərini yerinən yetirmələrini gözləyirik”.

Qeyd edək ki, ABŞ Müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanaxan ötən həftə Hulusi Akara Türkiyənin Rusiyadan tədarük edəcəyi S-400 müdafiə kompleksi və birgə istehsal olunan F-35 döyüş təyyarələri ilə bağlı qayğılarını qələmə aldığı məktub göndərmişdi. (publika.az)

Acqarına su içmənin 10 vacib FAYDASI – 1001 dərdin dərmanı

İnsan bədəni əsasən sudan təşkil olunub. Əzələlərin 75 faizi, beynin 90 faizi, sümüklərin 22 faizi və qanın 83 faizini su təşkil edir. Bəs acqarına su içməyin insanlara nə kimi xeyri var?

Acqarına su içməyin 10 faydasını təqdim edirik:

1. Səhər yeməyindən əvvəl 1 və ya 2 stəkan su içmək toksitlərdən azad olmağa və bədənimizdən lazımsız maddələri atmağa kömək edir. Belə olduqda su bədəndə gedən maddələr mübadiləsini sürətləndirir və xəstəliklərdən qorunmağımıza kömək edir.

2. Yuxuda olduğumuz müddətdə bədənimiz hüceyrələrimizi bərpa etmək və özünü yeniləmək üçün işləyir. Səhər ac qarnına su içməklə siz lazımsız maddələrin idrar yolu ilə bədəninizdən atılmasına kömək edəcəksiniz.

3. Acqarına su içmək alkoqol, tütün, çirkli hava və düzgün qidalanmamaq nəticəsində bədənimizə daxil olan zərərli maddələrin təsirini azaltmağa kömək edir.

4. Su üzümüzün ən yaxşı dostlarından biridir. Acqarına su içmək üz dərimizin elastikliyini qorumağa köməkçi olur və erkən qırışların qarşısını alır.

5. Səhər tezdən su içmək həyat orqanlarımızın su ehtiyacını qarşılayır və sağlam şəkildə işləməklərinə kömək edir.

6. Boş mədəyə 2-3 stəkan su içmək çəki atmağa yardım edir. Su bədəndəki yağ və kalorini yandırır, həmçinin aclıq hissini öldürür və artıq yeməyin qarşısını alır.

7. Səhərlər su içmək limfa düyünləri və bağırsaqların sağlamlığını qoruyur. Bununla kortizol dəyərlərimizi kontrol etməyimizə kömək edərək bizi infeksiyalardan qoruyur.

8. Acqarına 1 stəkan ilıq su içmək günə enerji ilə başlamağın ən yaxşı yoludur. Səhərlər yuxululuğu və yorğunluğu aradan qaldırır.

9. Səhər yeməyindən əvvəl su içmək bağırsaqda hərəkətlənməni canlandıraraq qəbzliyin qarşısını almağa yardım edir.

10. Əgər qastrit və bu kimi problemlər yaşayırsınızsa su ən yaxşı köməkçiniz ola bilər. Acqarına ən az 3 stəkan su içmək mədənizdəki turşuluq səviyyəsini aşağı salır və qastritə səbəb olan spazmaların qarşısını alır. (report)

Özümüzünkülərlə işiniz olmasın… Aida Eyvazlı “Tokayev” məsələsindən yazdı

Aida Eyvazlı

2009-cu ilin dekabr ayında Qazaxıstanın OSCE (ATƏT)-ə sədirliyi barədə qərar çıxanda, ən çox sevinən ölkələrdən biri də Azərbaycan idi. Mən də həmin dövrdə Az TV-nin xüsusi müxbir postunun rəhbəri kimi Astanada fəaliyyətdə idim. Və bu tarixi hadisəni bütün türkdilli ölkələr kimi Azərbaycan da böyük sevinclə qarşılamışdı. ATƏT-ə ilk dəfə türkdilli bir ölkə rəhbərlik edəcəkdi. 2010-cu ildə rəsmi Astana (İndiki Nur Sultan) fəaliyyətə başlayanda, ATƏT-dən Qarabağ probleminin həllini səbirsizliklə gözləyən bir ölkənin vətəndaşı , həm də ki, Az TV-nin müxbiri kimi bu əlamətdar hadisələrdən ilk xəbərləri göndərən də mən idim. Operativliyimi bütün tv-lər yaxşı bilirlər. Və həmin əlamətdar günlərdə, Astana ATƏT-ə sədrlik edən dövrdə də, bir neçə dəfə Qazaxıstanın yeni seçimiş prezidenti Kasım Jomart Tokayevlə Azərbaycanın maraqları baxımından müxtəlif məsələlərə münasibət bildirməsini xahiş etmişəm. Hər zaman bu xahişlərim yüksək dəyərləndirilib, suallarımı cavablandırıb. Həmin müsahibələr AZ TV-nin Xəbərlər departamentinin arxivində mütləq durur. Qazaxıstanın ATƏT-ə sədirlik etmək məsələsi ortaya çıxanda, ilk günlər belə fikir var idi ki, Qazaxıstanda ATƏT PA-nın sədri Qasım Comərd Tokayev olacaq. Həmin günlərdə mən ona “Qazaxıtan ATƏT-in sədri olduğu dövrdə Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun çərçivədə həll olunması üçün hər hansı bir gözləntiniz varmı?” belə bir sual vermişdim. Cənab Tokayev də cavablandırmışdı. Demişdi ki, hüquq normaları çərçivəsində bütün münaqişələrin həllinə çalışacaq. Azərbaycanın isə bizimlə tarxi qardaş və dost ölkə olduğunu bildirmişdi. 
Bizim Qazaxıstanla bütün məsələlərdə tarixi köklərə bağlı dostluğumuz və qardaşlığımız, mədəni, ədəbi birliyimiz, dövlət başçılarının yaxın dostluq əlaqələri səviyyəsində mehribançılığımız və qardaşlıq tellərimiz vardır. Bu hər zaman belə olacaq. Bu gün erməni saytlarının tirajladığı xəbəri manşet edən , ucuz sensasiya gəzən saytlar və onların redaktorlarına üzümü tutub demək istəyirəm ki, iki qardaş dövlətin dostluğunu sizin ucuz və dadsız yazılarınız poza bilməz. Ən azı Türk dünyasının lideri, Elbaşı Nursultan Nazarbayevin Azərbaycana və azərbaycanlılara olan münasibətini xatırlayın. O Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəndə elə bil ki, öz oğlunu bağrına basır.

Qardaş Qazaxıstanın bir bizim işğalda olan torpaqlarımz və ermənilər tərəfindən, böyük imperiyalar tərəfindən oynanılan Qarabağ müharibəsinin çözülməsi prosesində, hər zaman Azərbaycan həqiqətinin yanında olduqlarını unutmayın. Və heç 10 gün tamam deyil. Avrasiya İqtisadi İttifaqının 5 illik yubiley tədbirində iştirakçı dövlətlərin rəhbərlərinin hər birinə medal verildiyi halda, Paşinyan medalsız qaldı. Barı, bu qədər unutqan olmayın. Siyasi məsələləri saytlarda həll etmirlər. Siyasi məsələlərin həll edilmə, müzakirə platformaları var. 
Bu gün Nursulatn Nazarbayevin etibarlı silahdaşı, onun seçdiyi yolun layiqli davamçısı Qazaxıstan prezidenti Qasım Comərd Tokayev illərin təcrübəsi olan diplomat kimi, siyasi xadim kimi nə dediyinin, necə danışdığının fərqindədir. Hamınız yaxşı bilirsiniz ki, Azəraycan torpaqlarında aparılan müharibə erməninin gücü deyil, ona dəstək verən “urus dayısı”dır. Ona görə də, hücum edəndə, hərdən bir ermənilərin “urus dayıları”na, İranda ermənilərə qucaq açan din qardaşlarınıza hücum edin. Özümüzünkülərlə işiniz olmasın.

Pirlərə inanırsınız? – SORĞU

Son günlər sosial şəbəkələrdə yayılan “Qaloş piri” görüntüləri insanların inanclarının yenidən müzakirə obyektinə çevrilməsinə səbəb olub.

Mövzunun aktuallığını nəzərə alaraq, paytaxt sakinləri arasında sorğu keçirdik

Həmin sorğunu təqdim edirik:

(baku.tv)

Donald Trampla eyni gündə anadan olan Azərbaycan bəstəkarı

Hər millətin danışdığı öz ana dili vardır, hər dilin də əlifbası. Hər hansı bir dildə ifadə olunan fikir və yazılan mətn başqalarına da çatsın deyə hökmən tərcümə olunur. Amma hər kəsin anladığı, tərcüməyə ehtiyacı olmayan iki dil də vardır- rəsm və musiqi dilləri. Rəsm yeddi rənglə özünü ifadə edirsə, musiqi isə yeddi notla danışır. Bəli, hansı dildə düşünməsindən asılı olmayaraq hər kəs rəsm və musiqini anlaya bilir

Bu gün sizə bəstələdiyi musiqi əsərləri ilə insanlarla danışan bir bəstəkardan söhbət açmaq istəyirəm. Onunla cəmi bir dəfə görüşsəm də, onu çoxdan, lap çoxdan tanıyıram. Yaratdığı musiqi nümunələrini sevə-sevə dinləməyə başlayandan…

Deyir ki,- “Mən heç vaxt geriyə baxıb keçmişdə olanları xatırlamıram. Bu günlə yaşayıb, gələcək barəsində düşünürəm”…

Nikbin insandır. Çox danışmağı xoşlamır, yüksək mədəniyyəti, kübarlığı ilə seçilir. İnanclılar nahaq yerə seyyidlərə “ağa” demirlər ki. O da peyğəmbər nəslindəndir. Xarizmatik olsa da, həm də həlim adamdır. Yaşı yetmiş ikiyə çatıb, amma gənclik həvəsi ilə yaşayıb yaradır. Dostluqda sədaqətli, ünsiyyətdə mehribandır…

Haqqında danışdığım adam Mirfaiq(Faiq) Miri oğlu Sücəddinovdur. 1947-ci ildə dünyaya gəlib. Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsində oxuyub. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarliq fakultəsini bitirib.
2006-cı ildə ona “Azərbaycan Respublikasının Xalq Artisti” fəxri adı, 2007-ci ildə isə “Şöhrət” ordeni təltif edilib. 2015-ci ildən Prezidentinin fərdi təqaüdünü alır…

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla eyni gündə anadan olublar. Amma Tramp ondan bir yaş böyükdür. Bu gün Trampın hakimiyyəti olsa da müvəqqətidir. Fəqət xalq arasında Faiq Sücəddinov kimi tanınan Mirfaiq Miri oğlunun isə yaratdığı əsərlər əbədi yaşayacaq…

İyunun 14-də bu gözəl sənətkarın doğum günüdür. Onu bu münasibətlə məşhur bəstəkar Lui Moro Qotşalkın vətəni uzaq Amerika qitəsindən təbrik edir, ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
72 yaşınız mübarək!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Qarabağda “müharibə” qızışır – Paşinyana GÖZLƏNİLMƏZ ZƏRBƏ

Ermənistanda Paşinyan hakimiyyəti ilə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejim arasında qarşıdurma davam edir.

Dünən separatçı rejimin “rəhbəri” Bako Saakyan “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı vəzifəsindən kənarlaşdırdı. Buna səbəb Paşinyanın hakimiyyətinin separatçılara maliyyə yardımını davam etdirmək üçün Balasanyanın qovulmasını şərt kimi irəli sürməsidir.

Balasanyan “Qarabağ klanı”nın əsas firuqlarındandır və o, Paşinyana qarşı açıq mətnlə çıxışlar edib. Nikol Paşinyan isə bildirib ki, Balasanyan da daxil olmaqla Qarabağdakı separatçı rejimin hərbi rəhbərliyi Azərbaycanla müharibəni körükləmək istəyirlər.

Saakyan maliyyəni almaq üçün Paşinyanın şərtini yerinə yetirdi, lakin eyni gündə əks-həmlə də etdi. Belə ki, separatçı lider “fövqəladə hallar naziri” Levon Mnasakanyanı “polis rəisi” təyin etdi. Mnasakanyan separatçı rejimdə “müdafiə naziri” idi. Onun bu postdan uzaqlaşdırılmasını da Paşinyan istəmişdi. Çünki Mnasakanyan Paşinyan hakimiyyətinə qarşı “əraziləri Azərbaycana qaytarmaq” ittihamı irəli sürmüşdü. (publika.az)

Gündə bir yumurta sarısı yesəniz… – İNANILMAZ NƏTİCƏ

Tiroid (qalxanabənzər vəzi) xəstəliyinin əsas simptomları əsəbilik və depresiyadır.

Yumurta sarısı yemək tiroid vəzinin finksiyasını yaxşılaşdırmağın ən asan yollarından birdir.

Bu orqanın əhəmiyyəti qiymətsizdir: qalxanabəznər vəzi əsəb sistemi və psixikanın vəziyyətinə, ürək-damar sistemi, həzm yolu, reproduktiv və sümük-əzələ sisteminə görə cavab verir. Əgər qalxanabənzər vəzi sıradan çıxarsa, sağlamlıqda ciddi problemləri başlanar. Bu xəstəlikdən adətən 40 yaşdan yuxarı qadınlar əziyyət çəkir.

Qalxanabənzər vəzin iki əsas hormonu: triyodtironin (T3) və tiroksin (T4), tirozindən və yoddan ibarətdir. T3 bioloji aktiv hormondur, T4 isə T3-ə çevrilməyənə qədər qeyri-aktiv olaraq qalır.

Tiroid vəzi normal kalsium səviyyəsini saxlayan, mineral mübadiləsini aktivləşdirən, sümük toxumasının bütövlüyünü qoruyan və onların bərpasını sürətləndirən başqa bir hormon – kalsitonin ifraz edir. Qanda bu hormonun konsentrasiyası icazə verilən dəyərdən daha yüksəkdirsə, bu, qalxanvarı vəzi, ağciyər, prostat, döş, anemiya və hiperplaziya onkologiyasını göstərir.

Tiroid xəstəliyinin erkən simptomları demək olar ki, yoxdur. Odur ki, ilk mərhələdə diaqnostika mümkün deyildir. Bu baxımdan optimal pəhriz seçmək və tiroid vəzi sağlamlığını əvvəlcədən nəzərə almaq vacibdir.

Tiroid vəzi üçün yumurta sarısının faydaları

Vücudumuzdakı hər hansı bir orqan kimi, tiroid vəzinin düzgün işləməsi üçün mütəmadi olaraq faydalı məhsullarla bəslənmək lazımdır. Yumurta sarısı tiroid üçün ən əhəmiyyətli üç qida mənbəyidir.

Tirozin

Bu, protein qidalarından sovrulur və başqa bir amin turşusu – fenilalanindən orqanizmdə ifraz olunur. Tirozin – yaxşı əhval-ruhiyyənin formuludur, narahatlıq və qorxuları aradan qaldırır, stresslə mübarizə aparır. İki toyuq yumurtasına 0,5 q tirozin və 0,7 q fenilalanin daxildir.

Yod

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yod çatışmazlığı uşaqlarda beyin inkişafının pozulmasının əsas səbəblərindən biridir. Tiroid vəzi hormon ifraz edə bilməsi üçün hər birimiz həyatımız boyunca kifayət qədər yod almalıyıq. Bir yumurtanın sarısı bədəni 12 mq yodla təmin edir, bu, gündəlik 150 mq olan normanın 8%-ni təşkil edir.

Selen

Qalxanabənzər vəzindən ayırılan hormonların 90 %-i T4-dən ibarətdir, hansı ki, sonradan aktiv T3 hormonuna çevrilir. Bu, selen fermentləri sayəsində baş verir. Bununla belə selen T3 hormonunu həm aktivləşdirə, həm də yenidən T4-ə çevriə bilər. Odur ki, selen qalxanabənzər vəzinin hormonları tənzimlənməsi üçün çox əhəmiyyətlidir. Bir toyuq yumurtası orqanizmi 16 mq selenlə təmin edir, bu da birgünlük normanın 29 % təşkil edir.

Stress tiroid vəzini çox çalışdırır. Toyuq yumurtası ilə müalicə xəstəliklərin aradan qaldırılması üçün qeyri-adi, lakin effektiv bir yoldur.

Həmçinin bu orqanın digər vəzlər və biyokimyəvi proseslərlə kompleks bir əlaqədə olduğunu düşünün. Sistemin hər hansı bir hissəsində balansın pozulması bütün sistemə təsir edə bilər. Odur ki, müalicə konkret səbəbə uyğunlaşdırılmış olmalıdır.

Əgər qalxanabənzər vəzi yaxşı işləmirsə, yodun və ya başqa qidalı maddələrin qəbulu heç bir kömək etməyə, hətta problemi ağırlaşdıra bilər. Düzgün diaqnozu almaq üçün endokrinoloqla danışın. (publika.az)

Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində hesabat konsertləri keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində Abşeron rayon Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin kollektivi hesabat konserti ilə çıxış edib.

Konsertdə məktəbin xor kollektivinin ifasında S.Rüstəmovun “Sumqayıt” ,  E.Sabitoğlunun “Azərbaycan”, İ.Abdullayevin “Hepimiz bir günəşin zərrəsiyik”,  H.Xanməmmədov “Aldatmayaq bir birimizi”, nağara çalanlar ansamblının ifasında “Yallı”, xanəndəlik sinfi şagirlərinin ifasında “Qarabağ şikəstəsi”, sazçalanlar ansamblının ifasında “Azərbaycanım” mahnıları, şagirdlərin solo ifalarında P.İ.Çaykovskinin “Yatmış gözəl”, D.Shostokoviçin “Vals № 2” , E.Sabitoğlunun “Gözümdə Leylisən” , F.Əmirovun “Vals”, V.Montinin “Çardaş”, L.Şittenin “Etüd” əsərləri dinlənilib. Konsertdə iştirak edən Sumqayıt regional Mədəniyyət İdarəsinin rəisi mehman Şükürov dərs ilinin müvəffəqiyyətlə başa çatması münasibətilə şagirdləri təbrik edib, yeni dərs ilində uğurlar arzulayıb.

S.Rüstəmov adına 3№-li uşaq incəsənət məktəbində daha bir konsert proqramını məktəbin şagirdlərindən ibarət “Uğur” xalq çalğı alətləri ansamblı (bədii rəhbəri İsmayıl Quliyevdir) keçirib. Konsertdə ansamblın ifasında xalq mahnıları, təsniflər, şagirdlərdən Rövşanə Əliyevanın ifasında “Qaragilə “, Namiq Nuruşovun ifasında “Sudan gələn sürməli qız”, Rəvan Abdullazadənin ifasında ” Gülə-gülə”, Hüseyn Qədirovun ifasında “Yadıma sən düşəndə”, Nigar Kiçikbəyovanın ifasında “Elə bəndəm”, Nəzrin Hüseynlinin ifasında “Ay bəri bax”, Şövkət Alxanlının ifasında “Tellərini yan dara qız” və s. maraqla dinlənilib. Sonda dərs ilində fərqlənən şagirdlər Fəxri Fərmanla təltif olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

Məktəbdə iyrənc olay: Lüt soyundurub başına oyun açdılar – Anbaan VİDEO

Şagird sadəcə ön cərgədə oturmaq istəyib

Hindistanın Uttar Pradesh əyalətində yerləşən Malobar kəndində dəhşətli hadisə baş verib.

Turkustan.info xəbər verir ki, 17 yaşlı şagird Ranjit Singh sinif yoldaşları tərəfindən vəhşicəsinə öldürülüb.

Qətlə səbəb isə onun sinifdə ön sırada əyləşmək istəməsi olub. Sinif yoldaşları əvvəlcə onu soyundurub, sonra isə döyərək öldürüblər. Onu yerə yıxan şagirdlər motosikletlə dəfələrlə üzərində keçiblər.

Hadisə yerinə çağırılan polis tərəfindən xəstəxanaya çatdırılan 17 yaşlı Ranjitin həyatını xilas etmək mümkün olmayıb.

Polis cinayət işi ilə bağlı 4 nəfəri saxlayıb.

/AzNews.az/

Xoşqədəm: “Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər” – VİDEO

“Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər, amma qanun var!”

Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində deyib. 
O, 13 illik ailəsini müğənninin dağıtdığını iddia edən Turanə Nəcəfovanın eks həyat yoldaşı Elçin Oruc oğlu Nəcəfovdan danışarkən belə deyib.
Belə ki, Elçin Nəcəfov fevral ayında imzalanan müqaviləyə əsasən 3 ay ərzində evi keçmiş həyat yoldaşı Turanə Nəcəfovaya verməli idi. Lakin verilən müddət başa çatsa da, o, müqavilənin şərtlərinə əməl etməyib. Aparıcı məsələnin hələ də öz həllini tapmamasında məhkəmə icraçılarını günahlandırıb. O, Elçinin hüquq-mühafizə orqanlarını pul ilə satın aldığını istisna etməyib:
“Mənə minlərlə məhkəmə icraçılarından şikayət gəlir. Bu faktdır. İcraçı əgər işini bilmirsə, onu aldadırlar. Eiçin məni niyə aldada bilmədi? 3 aydır özümü öldürürəm ki, qardaş evin açarını versin. Əgər 6-cı gün icraçılar açarı mənə təhvil verməsəydi, Nərimanov rayon Məhkəməsinin icraçıları ilə bağlı B planımız vardı. Hər şeyi açıb tökəcəkdik.

Olmaz! İcraçıya qanun, səlahiyyət verilib. Bu ev 3 ay ərzində təmir olunub təhvil verilməli idi. Bu nədir? (efirdə Elçinin təmir edərək Turanəyə verəcəyi mənzilin təmirsiz və bərbad görüntüləri nümayiş edilir). Deməli siz işinizi bilmirsən?  Elçin ona-buna pul xərcləyir, amma məhkəmənin qərarına əməl etmir. 
Qanun Elçinin pulounun qarşısında acizdirsə, mən susuram. Yox, əgər qanun şahdırsa, bu gün qanun Turanənin tərəfindədir. Körpə uşağı ilə məhkəmələriŞ polisləri gəzən bir ananın tərəfindədir. Artıq yetər!”
Məlumata görə, iş adamı Elçin Nəcəfov avtomobil satışı ilə məşğuldur. E. Nəcəfov “Auto Gallery” avtomobil salonun və paytaxtın bir neçə yerində maşın salonlarının sahibdir. Onun biri Novxanı qəsəbəsində olmaqla 3 villasının olduğu bildirilir.
Qeyd edək ki, T. Nəcəfova dünən “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtmaqda ittiham etmişdi.

Fazil Məmmədovun velosipedləri: Sabiq nazirin BATAN BİZNESİ

Havalar isindikcə Bakıda velosiped sürənlərin sayı da artır. Paytaxtda velosiped yolu olmadığı üçün velosipedçilərə də daha çox bulvar ərazisində rast gəlmək mümkündür. Onlar ən çox xaricdə istehsal edilən velosipedlərə üstünlük verirlər. 

Ancaq… 2016-cı ilin avqustunda İsmayıllının Diyallı kəndi ərazisində “İsma Bikes” velosiped istehsalı zavodunun açılışı oldu. Açılışına prezident İlham Əliyevin də qatıldığı zavodun istehsal gücünün ildə 20-30 min velosiped olduğu bildirildi. Zavod haqqında məlumatda qeyd olunurdu ki, müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib və zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək. İddialara görə, bu biznes sabiq vergilər naziri Fazil Məmmədovun nəzarətindədir. Bəs hazırda bazarda “İsma Bikes” velosipedlərinə rast gəlinirmi?

Turkustan.info “Yeni Müsavat”a istinadən xəbər verir ki, Bakının kənar ərazilərində, bazarlarda satılan velosipedlərin əksəriyyəti Çin istehsalıdır. Böyüklər üçün olan (26-lıq) bu velosipedlərin qiyməti əsasən 180 manatdan başlayır. Uşaqlar üçün olan velosipedlər isə 30 manatdan başlayaraq, formasına və keyfiyyətinə görə bir neçə manat bahalaşan qiymətlə satılır.

Bu mağazaların heç birində “İsma Bikes” velosipedlərinə rast gəlmədik. Satıcılar bildirdilər ki, belə velosipedlər yerli istehsal olsa da, qiyməti olduqca bahadır. Ona görə də satmaq sərf eləmir. Satıcılar onu da qeyd etdilər ki, Bakıda velosiped yolu olmadığı üçün Çin istehsalı olan mallar belə zəif satılır. Satıcı Rəhman Bayramov aşağıdakıları söylədi:

“Paytaxtda velosipedi olanlar belə sürməyə yer tapmırlar. Çünki illərdir velosiped yolunun çəkiləcəyi ilə bağlı xəbərlər yayılsa da, nəticə görünmür. Ona görə də camaat velosiped almır. Ən çox satdığımız uşaq velosipedləridir. Böyüklər üçün olan velosipedləri alanlar da elə yeniyetmələrdir. Birinci küçəni çəkmək lazımdır, sonra velosiped istehsalı ilə məşğul olmaq gərəkdir.

Biz bildiyimiz qədərilə Bakıda ”İsma Bikes”in 2 mağazası olub. Onlar da hazırda işləmir. Həmin mağazalardan biri Heydər Əliyev prospektində, düz yolun kənarında yerləşirdi. Elə bir yer idi ki, avtomobili saxlamaq mümkün deyildi. Magistral yolun kənarında bu cür mağazanın effekti olmur. Hazırda həmin mağaza bağlanıb. İkinci mağaza da metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşirdi. Orada da iri mağaza var idi. Bu ildən həmin mağaza da fəaliyyətini dayandırıb”.

Deyilən faktı yoxlamaq üçün Heydər Əliyev prospektinə yollandıq. Öyrəndik ki, doğrudan da “İsma Bikes”in mağazası fəaliyyətini dayandırıb. Mağazanın yerləşdiyi obyekt isə icarəyə çıxarılıb.

“İsma Bikes”in sosial şəbəkələrdə də səhifələri mövcuddur. Həmin səhifələrdə qoyulan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin heç bir nömrəyə zəng çatmadı. Bundan əlavə, zavodun saytı da tam işlək vəziyyətdə deyil. Satıcılardan öyrəndik ki, Azərbaycana gətirilən velosiped detallarına heç bir gömrük rüsumu tətbiq edilmir. Yəni ölkəyə gətirilən velosiped detallarının fantastik dərəcədə bahalaşması üçün real səbəb yoxdur.

“İsma Bikes” velosipedləri də xaricdən gətirilən detallar əsasında İsmayıllıda yığılırdı. Lakin buna baxmayaraq, velosipedlərin qiyməti xaricdən gətirilən brend məhsullardan heç də ucuz deyildi. Bu velosipedlər 250 manatdan başlayaraq, 700-800 manata qədər dəyişən qiymətlərlə satılırdı. “Gənclik Mall”da xaricdə istehsal olunan velosipedlər satılır. Onlardan bəzilərinin qiymətlərini təqdim edirik.

Məsələn, Fransa istehsalı olan velosipedlərin qiyməti 650 manatdan başlayır. Almaniya istehsalı olan velosipedlərin ən ucuzunu 1200 manata əldə etmək olar. Mağazadakı mütəxəssislər bildirdilər ki, qiymətlər əsasən materiala (alüminium) görə dəyişir. Almaniya velosipedlərinin baha olmasının səbəbi də məhz materialın keyfiyyətli olmasıdır. Bildirdilər ki, onlar yerli istehsalın satışına yer vermirlər. Ona görə də İsmayıllıdakı zavodun istehsalı barəsində məlumatlı deyillər.

Qısa olaraq qeyd edək ki, velosipedin gövdəsi alüminiumdan düzəldilir. Mağazalarda velosipedin keyfiyyəti ilə maraqlanan zaman satıcılar adətən  “model 6 minlik, 7 minlik alüminiumdan hazırlanıb”, – deyə bildirirlər. 7 minlik alüminiuma sink və maqnezium (qismən mis) də qatılır. Bununla da pasa qarşı müqavimət artır. Alüminiumun 6000-lik ərintisinə isə silisium və maqnezium qatılır. Bunlarda isə pasa qarşı müqavimət aşağıdır. Deyilənə görə “İsma Bikes”də məhz yüksək səviyyəli alüminiumdan hazırlandığı üçün qiymətləri yüksək olub.

Bəs yerli malı haradan əldə etmək olar? 30 min velosiped hara getdi?

Bu ilin aprel ayında İSMA brendinin daxil olduğu “Synergy Group”un Marketinq direktoru Murad Mirzəyev marja.az saytına bildirib ki, Hazırda İSMA velosipedlərinin satışı zavodun dilerləri vasitəsilə həyata keçirilir: “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən mağazamızın fəaliyyətini dayandırması ünvanın dəyişdirilməsi ilə bağlıdır. Yeni əlverişli yer müəyyən edildikdən sonra mağaza yeni ünvanda, yeni konseptdə fəaliyyətini bərpa edəcək. Heydər Əliyev prospektindəki İSMA mağazası isə dilerə məxsus idi. Dilerin verdiyi məlumata görə, həmin ünvan satış üçün əlverişli olmadığından bağlamaq qərarı verib”.

Murad Mirzəyev əlavə edib ki, hazırda İSMA velosipedlərinin satışı ilə Bakı şəhərində “Maqnit” mağazalar şəbəkəsi, regionlarda isə dilerlər məşğul olurlar: “Mağazanın anbarında olan velosipedlər ”Maqnit” mağazalar şəbəkəsinə təhvil verilib. Bu da bizə imkan verir ki, yeni konsepsiya, satış planları və ünvanların seçilməsi barədə rahat düşünək”.

Murad Mirzəyev bildirib ki, İsmayıllı Velosiped Zavodu fəaliyyətini dayandırmayıb.

Onu da qeyd edək ki, zavodun saytında verilən məlumata görə, “İsma Bikes”in Sumqayıt, Bərdə, Naxçıvan, Xaçmazda da dilerləri var. 

Qacar şahzadəsinin fransız zabit əri… (FOTOLAR)

Zaur Əliyev, dosent

Bura Fransanın İl-de-Frans bölgəsində yerləşən məzarlıqdır. Məzar Azərbaycan Cümhuriyyət ordusunda və “Vəhşi diviziya” deyilən orduda xidmət etmiş Şarl Testenuarındır. Onun yanında isə məzar xanımı, Bəhman Mirzə Qacarın nəvəzi Leyla xanım Qacarındır.

Şarlın atası Liondan olan ipək sənayeçisi idi. O, tez-tez Qafqaza gəlir, oğlunu da özüylə gətirirmiş. Ona görə də Şarl Qafqazı sevirmiş. Məhz bu sevgiyə görə birinci dünya müharibəsi illərində Rusiya İmperatoruna məktub yazır :
” Mənim Qafqaza və orda yaşayan Qacar xanlar ailəsi ilə dostluğumu nəzərə almağınızı xahiş edirəm, icazə verin, qafqazlılar arasında vahid düşmənə qarşı vuruşum””
Bu məktubunu alandan sonra İmperator ona izn verir. Alay Ukraynada olan zaman onun tərkibinə Fransa vətəndaşı Şarl Testenuar qatılıb və alayın süvarisi olmaq hüququ ona da verilib. Bu münasibətlə Fransa konsulu Gəncə Qubernatoruna 18 dekabr 1916-cı ildə yazır 
” Diqqətinizə çatdırım ki, 26 oktyabr tarixindən etibarən, Tatar alayı komandasının komandiri, polkovnik Polkovtsevin imzası ilə bir fransız vətəndaşı, ehtiyatda olan əsgər Karl Testenoir, yuxarıda göstərildiyi kimi tatar alayına girdiklərini bildirmişdi”

Qeyd edim ki, alayın heyəti döyüş bayrağı kimi onlara 1-ci atlı müsəlman alayını yola salınan zaman Şuşa qəza idarəsində saxlanılan fəxri bayrağı özləri ilə aparıblar. Milli süvari paltarı ilə bərabər qaragül dərisindən papaq və yapıncı geyən, nizami silahlardan (tüfəng, nizə və şaşka) başqa ənənəvi xəncər daşımaq hüququ olan süvarilərin içərisində Şarl Testenuarın xüsusi hörmətli var idi və onun, alayda ən yaxın dostu şəhzadə İdris ağa Qaflan ağa oğlu Qacar idi. Ailəvi yaxın olan bu iki dost sonradan qohum olurlar. Onun bacısı Leyla xanım Qacarla ailə qurdu. Alay dağılıb, Azərbaycan Cümhuriyyəti qurulandan sonra birlikdə Bakıya qayıdılar. Burada ona Azərbaycan vətəndaşlığı verilir. Lakin 1920-ci il hadisələrindən sonra Fransaya gedir və yoldaşı ilə orda yaşayır.
Şarl Testenuar 11 dekabr 1949-cu ildə rəhmətə gedir.
Leyla xanım Qacar isə 31 mart 1974-cü ildə rəhmətə gedir. Ailəvi məzarlıqda onları birgə dəfn edirlər….
Leyla xanımın bir bacısı Mənicə xanım Qacar da 1991-ci ilin iyulunda ABŞın Texas ştatında dəfn edilib. Bir bacısı Aliyə xanım Qacar isə 1937-ci il represiyyalarının qurbanı olur.

Səhv etmirəmsə ailəsindən Kamran Əmir Təhmasib adlı şəxs qalır ki, hazırda Fransada yaşayır.

Azərbaycan ordusu beynəlxalq miqyaslı terrorçunu məhv edib – 26 il əvvəl

Bu gün “ASALA” terror qruplaşmasının əsas simalarından biri, Qarabağda müharibəsinin aktiv iştirakçılarından olan Monte Melkonyanın məhv edilməsindən 26 il ötür.

Beynəlxalq miqyaslı terrorçu 1993-cü il iyunun 12-də Ağdamın Mərzəili kəndi istiqamətində baş verən döyüş zamanı Milli Ordumuz tərəfindən məhv edilmişdi.

1957-ci ildə ABŞ-ın Kaliforniya ştatında erməni ailəsində dünyaya gələn Melkonyan 1978-ci ildə Livana gələrək vətəndaş müharibəsinə qatılıb, 1980-ci ildə isə Beyrutda “ASALA”ya üzv olaraq türk diplomatlarına qarşı hücumlarda iştirak edib. 1981-ci ildə onun hazırladığı “Van” planı ilə Parisdəki Türkiyə səfirliyi ələ kerçirilmişdi.

Fransa həbsxanalarında 2 dəfə həbs həyatı yaşayan terrorçu 1990-cı ilin avqustunda Ermənistana, ordan isə Qarabağa gələrək Azərbaycan qarşı təcavüzdə aktiv iştirak edib.

Monte Melkonyan Mərzili kəndində məhv edildikdən sonra onun meyiti Yerevana gətirilərək Yerablur hərbi qəbirstanlığında basdırılıb. Ölümündən sonra ona “Ermənistanın Milli Qəhrəmanı” adı verilib. Bu gün Dilicanda yerləşən hərbi lisey də onun adını daşıyır. (modern.az)

Kirayədə qalanların DİQQƏTİNƏ! – Ekspertdən TƏKLİF

İpoteka və Kredit Zəmanət Fonduna yeni səlahiyyətlər verilib.
Səlahiyyətlərin artırılması ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Fondun yeni dəyişikliyə uyğun mənzil bazasının yaradılması və vətəndaşlara təqdim edilməsi məqsədəuyğun ola bilər:
“İpoteka və Kredit Zəmanət Fondunun kirayə evlə bağlı nəzərdə tutulan tələbləri demək olar ki, ipoteka ilə mənzil alan şəxslərə şamil olunan tələblərdir. Fondun tələbinə əsasən, vətəndaşın rəsmi iş yeri olmalıdır. Bu tələblər fonunda rəsmi iş yeri olan şəxs kirayə qalmaqdansa, güzəştli ipoteka krediti ilə mənzil ala bilər. Adətən, köhnə yaşayış binasında ipoteka krediti verilmirsə, deməli, binanın sökülmə ehtimalı var. Buna görə də yaxın 10 ildə binanın sökülmə ehtimalı varsa, həmin evlərə ipoteka krediti ayrılmır və sığorta şirkətləri də uzaq durur. Fond bu şərti kirayə evlərə də şamil edəcəksə, vətəndaşlara təqdim olunan kirayə evlərin qiyməti baha olacaq. 
Rəsmi iş yeri olmayan şəxslərin yeni dəyişikliklərdən yararlanmasına şərait yaradılmalıdır. 
Rəsmi iş yeri olmayan, kirayədə qalan vətəndaşlar ödənişlərini bank vasitəsilə həyata keçirməlidir. Bu, eyni zamanda, vergidənyayınma hallarının qarşısını alacaq. Vətəndaş Fondun təqdim etdiyi kirayə evdən istifadə etmək istəyirsə, ödənişlə bağlı qəbzlərini təqdim edə bilər. Ödənişlər vaxtında edilibsə, bu halda rəsmi iş yerinin olmasına ehtiyac qalmayacaq. 
Hazırda İpoteka və Kredit Zəmanət Fondunun bazası yoxdur.
Fondun özünün mənzil bazası olmalıdır. Fond yeni binalar inşa etməli və bu binaları vətəndaşlara kirayə verməlidir. Avropa ölkələrində bələdiyyələr tərəfindən sosial kirayə evlər tikilir. Bu evlər sosial təminatı aşağı olan vətəndaşlara ucuz qiymətə kirayə verilir. Vətəndaş bu evdə istədiyi müddətə qədər qala bilər. Hətta sonradan o evi almasına icazə var. Ölkəmizdə də bu metoddan istifadə edilməlidir”. 
Qeyd edək ki, Prezident İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib. Dəyişikliyə əsasən, kirayə müqaviləsinin bağlanılması üzrə İpoteka və Kredit Zəmanət Fonduna yeni səlahiyyətlər verilib. (redaktor.az)

“Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır” – Baş Nazir Novruz Məmmədov

“Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır”.

Turkustan.info Azərtac-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov deyib.

Baş Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında həyata keçirilən bütün islahatlar və gələcəkdə görüləcək işlər barədə məlumat verib, bütün ictimaiyyət bu barədə bilir: “Bu gün ölkəmizin davamlı inkişafını təmin etmək üçün çox vacib addımlar atılır. Atılan addımlar və bu sahədə əldə edilən nailiyyətlər göz qabağındadır. Bu gələcək dövrlərdə də belə davam edəcək”.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi bugünkü mötəbər tədbirdə dünyanın bir çox ölkələrinin gömrük xidmətləri öz təcrübələrini bölüşür, konfransın işi informasiya texnologiyaları sahəsinin inkişafına təkan verir. Gömrük sahəsində görülən işlər ölkənin dayanıqlı inkişafı üçün əhəmiyyət kəsb edir. Dövlət Gömrük Komitəsi informasiya sahəsində böyük nailiyyətlər qazanıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Türklərin yaşadığı regionda 40 min illik BOZ QURD başı tapıldı — Tapıntı ALİMLƏRİ ŞOKA SALDI

Rusiyanın Sibir vilayətinin şərqində fil dişi axtaran insanlar maraqlı kəşfə imza atıblar.Araşdırmalar nəticəsində 40 min illik qurd başı tapılıb.Elmi jurnalın məqaləsinə əsasən, Saxa respublikasının Tirektyax çayı sahillərində tapılan qurd başının uzunluğu 41 sm-dir və bu ölçü müasir bir qurdun bədəninin yarısına bərabərdir. Yakutiyanın Elmlər Akademiyasının üzvü Albert Protopopov bildirib ki, iqlim dəyişikliyi səbəbindən havalar isindikcə regionda belə kəşflərin sayı artacaq. “CNN”ə müsahibə verən alim bildirib ki, qütblərdə donmuş qarların əriməsi nəticəsində yeni tarixi kəşflər üzə çıxıb.

Qarabağda müharibə RİSKİ: “Azərbaycan həmin obyektlərin ətrafını vursa…”

Son günlər cəbhə xəttində erməni tərəfinin təxribatları artıb. Bu durum may ayının 30-u Azərbaycan Silahlı Qüvvələrinin mayoru Aqil Omarovun şəhid olmasından sonra daha çox hiss edilməyə başlayıb.

İyunun 9-da isə cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Xəlilov şəhid olub.

Cəbhədəki vəziyyətin gərginləşməsinin Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə necə təsir edəcəyi isə sual altındadır.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, danışıqların olub-olmaması vəziyyətə təsir baxımından o qədər də vacib deyil.

 

Zülfüqarovun fikrincə, Ermənistan rəhbərliyi real danışıqlar prosesini tam şəkildə pozur:

 

“Hətta atəşkəs rejiminə aid razılaşmalar açıq şəkildə pozulub. Deməli, onlar bilərəkdən sülh istəmirlər. Ermənistan fərqli yolu – müharibəni seçib. Düşmən daxildə olan qarşıdurmanın qarşısını almaq üçün müharibəyə can atır. Nikol Paşinyan sonuncu dəfə Qarabağda olarkən əvvəlki rəhbərlərin tərəfdarlarına qarşı sərt addımlar atıb. Nəticədə siyasi böhran baş verib. Bunun qarşısını almaq, müharibə vəziyyətini bərpa etmək, xarici düşmən formalaşdırmaq Paşinyan üçün vacibdir.  Baş nazir başa düşür ki, onu Rusiya tərəfindəki müxalif qüvvələr  dəstəkləyir. Paşinyan və onun tərəfdarları inanmırlar ki, Rusiya tərəfi torpaqların ermənilərdə qalmasına təminat verəcək. Ermənistan cəmiyyətində belə fikir yaranıb, müharibə başlasa, rəsmi Moskva  Ermənistana yardım etməyəcək. Bu cür inamın formalaşması erməni rəhbərliyinə imkan verir ki, qərbyönümlü siyasəti seçsin”.

Eks-nazir bildirib ki, Nikol Paşinyan ictimaiyyəti çaşdırmaq üçün manevr edib, əvvəlcədən “Qarabağ klanı”nı ittiham edir, müharibənin başlamasında onları günahlandırır.

“Əslində isə hərbi əməliyyatların başalması Paşinyan qruplaşmasının xeyrinədir”.

Politoloq Qabil Hüseynli isə düşünür ki, danışıqlar prosesi artıq alt-üst olub:

“Erməni rəsmilərinin son bəyanatları danışıqların predmetinə zərbə vurur. Düşmən tərəf iddia edir ki, hər hansı torpağın qaytarılması danışıqların müzakirə mövzusu ola bilməz. Ermənilər bu cür mənasız bəyanatlarla vaxt udmağa çalışırlar.

ATƏT-in Minsk qrupunun fəaliyyətində sanki pauza yaranıb. Ermənilər isə danışıqlarda bir növ özlərini naza qoyublar. Hazırkı proseslər sübut edir ki, başqa çıxış yolu yoxdur, söz ordunundur. 20 minlik şəxsi heyətlə müharibənin başlamasını nəzərdə tutmuram. Lokal toqquşmalar şəklində cəbhə xəttində vəziyyət dəyişə bilər. Biz bilməliyik ki, müharibəsiz öz niyyətimizə çata bilməyəcik, torpaqlarımızı qaytarmayacağıq. Mən düşünürəm ki, yerli əhalidən ibarət hazırlıqlı partizan qruplarının düşmənin daxilinə göndərilməsi müsbət rol oynaya bilər. Düşmənə zərbə vuracaq mövqelər seçməliyik. Məsələn, Sərsəng su anbarı Dağlıq Qarabağın canıdır. Ordumuz isə Sərsəng su anbarının 4-5 kilometr aralığındadır. Ona görə, həmin obyektlər ətrafında həyata keçirilən əməliyyata heç kim qarışa bilməz. Bu metodu tətbiq etsək, Qərb dövlətləri də işimizə qarışa bilməz. İstənilən halda danışıqlar məsələsi bu gün gündəmdə deyil”-deyə Q.Hüseynli qeyd edib. (modern.az)

Nadir Qafarzadə Qoqolu “Google”la səhv saldı – VİDEO

Müğənni Nadir Qafarzadə insanları hansı halda daha yaxşı tanımağın yollarını açıqlayıb.
İfaçı birini yaxından tanımaq, xasiyyətinə bələd olmaq üçün onun dinlədiyi musiqidən xəbərdar olmağın vacibliyini bildirib: “Ən azından Azərbaycan ədəbiyyatı, poeziyasından, tarixindən xəbərdar olmalıdır. Dünya ədəbiyyatından Dostoyevski, Şekspiri bilməlidir”.

Lakin, Nadir Qafarzadə Rusiya ədəbiyyatının görkəmli nümayəndəsi  Nikolay Vasilyeviç Qoqolun adını çəkərkən onu “Google” axtarış sistemi ilə səhv salaraq “Ququl” deyib.

(news24.az)

“Bizim region problemlər və təhdidlərlə üz-üzə qalıb” – Azay Quliyev

“Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginliyin zəifləməsinə və yeni yaranmış münaqişələrin tezliklə həll ediləcəyinə olan kövrək ümidləri doğrultmadı, əksinə dünyada xüsusilə ATƏT ərazisində dövlətlərarası münaqişələr alovlanmağa, beynəlxalq terrorçuların, silahlı ekstremistlərin, separatçıların fəaliyyəti daha geniş vüsət almağa, məcburi köçkün və qaçqınların, qanunsuz miqrasiyanın sayı kəskin artmağa başladı və bu neqativ hal indi də davam etməkdədir”.

Bu fikirləri Azərbaycan Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfrasında səsləndirib. 

Onun sözlərinə görə, beynəlxalq sülhün, kollektiv təhlükəsizliyin və əməkdaşlığın qarantı rolunda çıxış edən, ölkələr üçün davranış qaydaları və öhdəlikləri müəyyənləşdirən beynəlxalq hüququn böhranı aşkar şəkildə özünü büruzə verir. 

“Təssüflər olsun ki, bizim region da uzun müddətdir ki, bu cür problemlər və təhdidlərlə üz-üzə qalıb, bütün cəhdlərə baxmayaraq, ATƏT ərazisindəki, xüsusilə də Cənubi Qafqazdakı münaqişələr öz həllini tapmayıb, sülh və təhlükəsizlik bölgədə hələ də təmin olunmayıb. Bu isə yeni fəlakətlərə, daha təhlükəli və dağıdıcı nəticələr doğuran qarşıdurmalara gətirib çıxara bilər ki, bu da bizi, xüsusilə də beynəlxalq ictimaiyyəti narahat etməlidir”. 

A.Quliyev qeyd edib ki, bölgədə həll olunmayan münaqişələrlə bağlı yaranan hazırki gərgin vəziyyətin bir sıra səbəbləri var: “Bu səbəblərdən biri geosiyasi maraqların bu regionda kəskin toqquşması, problemin həllinə yönəlik təşəbbüslərin monopoliyada saxlanmaq cəhdi və beləliklə, bir sıra regional və qlobal oyunçuların sülh yaratma missiyasından kənarda qalmasıdır. Bu isə region dövlətləri və xalqlarına yaxşı heç nə vəd etmir. Ona görə də düşünürəm ki, mövcud çağırışların birgə həlli, regionda sülh və təhlükəsizliyin bərqərar olması naminə beynəlxalq təşkilatların, regional və qlobal güclərin əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsinə, bu istiqamətdə yeni yanaşmalara və təşəbbüslərə ciddi ehtiyac var. Bu baxımdan ATƏT PA-nın iştirakı ilə Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament konfransının Bakıda keçirilməsinin, Almaniya, Türkiyə və Azərbaycandan olan parlamemtarilərin ilk dəfə olaraq belə formatda bir araya gələrək regionu narahat edən məsələləri müzakirəyə etməyə başlamasının çox böyük əhəmiyyəti və perspektivi var”. (azvision.az)

Bu məhsullar və xidmətlər bahalaşdı – SİYAHI

2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb. 

Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Ay ərzində aşağıdakı məhsulların qiymətində ucuzlaşma müşahidə olunub:

Uzun düyü

Qarabaşaq yarması

Mal, qoyun və toyuq əti

Suda bişmiş kolbasa, sosiska

Təzə balıq

Pasterizə olunmamış üzlü süd, yoğurt, brınza pendiri, kərə yağı.

Bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, sarımsağın, kartofun, quru noxudun, mərcinin, çayın, arağın, pivənin və tütün məmulatlarının da qiymətlərində ucuzlaşma müşahidə olunub.

Yumru düyünün, manna yarmasının, makaron məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, xamanın, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, günəbaxan, qarğıdalı və zeytun yağlarının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, yerkökünün, şəkər tozunun, dondurmanın, qəhvənin, kakaonun, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2019-cu ilin may ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qafqazda ərazi münaqişəsi: Kadırovdan ÇAĞIRIŞ

Çeçenistanla Dağıstan arasında inzibati sərhəd məsələsi ilə bağlı təxribatlara əhəmiyyət verilməməlidir.

Bu sözləri Çeçenistan lideri Ramzan Kadırov deyib.

“Əziz dağıstanlılar, qardaş və bacılar, təxribatlara məhəl qoymayın. Mən dağıstanlıların və inquşların qardaşıyam, həmişə kömək və qardaşlıq əlimi onlara uzadıram. Buna mənim atam, bizim ilk prezidentimiz çağırış edib. Ona görə də deyirəm: İnsan ləyaqətini alçaldan şərhlər yazmayın”, – Kadırov bildirib.

Onun sözlərinə görə, insidentdən sonra Çeçenistanın hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin etmək və gənclər arasındakı münaqişəyə son qoymaq üçün Dağıstanla sərhədə göndərilib.

“Biz hər iki regionun təhlükəsizliyini təmin etdik”, – Kadırov qeyd edib.

Qeyd edək ki, Rusiya hökumətinin qərarına əsasən 2021-ci ilə qədər olan müddətdə sərhədlərlə bağlı məsələlər həll edilməlidir.

İyunun 10-da sosial şəbəkələrdə Dağıstanın Qızılyar bölgəsində yol lövhəsinin üzərində “Çeçenistan Respublikası” yazılması ilə bağlı məlumatlar yayılıb. Bundan sonra bir qrup dağıstanlı gənc əraziyə gedərək yol lövhəsini söküb. Çeçenistan polisinin müdaxiləsi ilə vəziyyət nəzarətə götürülüb. (axar.az)

“Bizsə möcüzələrə ironiya edirik…” – Herisçidən pirlərlə bağlı MARAQLI FİKİRLƏR

Bizdəki paranormal ünvanlar, ocaq və pirlər elm tərəfindən tədqiq edilməyib. Belə ünvanlar adətən xüsusi testlər vasitəsilə tədqiq edilir. BMT-də, Harvard Universitetində araşdırılır. Habelə digər elm ocaqlarında dediyiniz oxşar mövzular araşdırılır. Azərbaycanda buna elmi yanaşmalar sərgilənməyib. Ortada böyük ağ ləkələr var. Parapsixologiya elmi üzrə mütəxəssislər bizdə yoxdur.

Bu sözləri vaxtilə ANS-də “Gizli Azərbaycan” proqramının müəllifi, konspiroloq-yazıçı Həmid Herisçi pirlər, ocaqlarla bağlı danışarkən deyib.

H.Herisçi bildirib ki, Qədim Yunanıstanda adına asklapion deyilən ziyarətlər, şəfa ocaqları zənciri mövcuddur ki, pirlər, ocaqlar da oradan gəlir:

“Oradakı ayinlər aşağı-yuxarı bizim pir-ocaqlardakı mərasimlərlə eyniyyət təşkil edir – orada da qurban kəsdiyin heyvanın dərisinə bükülürdün, orada da pir yuxusuna dalırdın.

Yuxuda gördüklərini ordakı həkimlərə danışırdın. Bunun əsasında xəstəyə müalicə təyin edilirdi. Bu ocaqlarda zəhərli ilanlar da olurdu. Bu zəhərdən də müalicə üçün istifadə edilirdi. Asklapionlarda adətən həmişə endemik – yəni nadir flora-fauna nümunələri də mövcuddur”.

H.Herisçi bildirib ki, Yunanıstan fərqli olaraq Azərbaycandakı belə yerlər həqiqidir, əsldir:

“Yunanıstanda bu sistem indiyədək qalmasa da, oxşar müalicə üsulları Azərbaycanda hələ də diridir. Niyə? Çünki Yunanıstandakı bu sistem görünür kənar təsirdən yaranmışdı. Azərbaycanda bu sistemin indiyədək varlığı göstərir ki, Yunanıstandan fərqli olaraq, bizdəki asklapionlar əsldi, həqiqidi, ilkindi. Belə olmazsa, həmin ocaqlar indiyədək qalmazdı. Yalançı pirlərin ömrü az olur.

İsmayıllıda yadıma gəlir, bir nəfər özü üçün yalançı pir qurmuşdu. Buna cavab olaraq ərazisində “yalanqoz” adlanan bitki yetişmişdi. Yalanqoz, zahirən qoza bənzəyir, ancaq qoz deyil. Yəni təbiət özü həmişə bu yalanlara cavab verir”.

H.Herisçinin sözlərinə görə, təəssüf ki, Azərbaycanda bu cür ünvanların monitorinqi yoxdur, belə yerlər elm tərəfindən tədqiq edilməyib:

“Məsələn, Əshabü-Kəhf Moskva alimləri tərəfindən öyrənilib. Bu tədqiqatlara bu gün Avropa ölkələri, Rusiya maraqlıdır. Bizsə belə möcüzələrə həmişə öz ironiyalarımızla məşhuruq”. (axar.az)

16 yaşlı yeniyetmə kişini bıçaqladı: Anasına “balam” deyib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 2002-ci il təvəllüdlü Əli Qasımovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Turkustan.info xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Elan olunmuş ittihamla Əli özünü təqsirli bilib. Hadisə baş verən vaxt Əlinin 16 yaşı olub. O, Elvin Əliyevi namus üstündə vurduğunu deyib.

“Anamla telefonda danışırdı. Mən də şübhələndim. Sonra səs yazısına qulaq asdım. Bir kişi bir qadına münasibət qurmaq üçün nə demək lazım idisə, deyirdi. Ən çox da sonuncu sözünə görə onu vurdum”, – deyə Əli bildirib. 

“Sonda sağollaşanda anama dedi ki, sağ ol, balam. Bu sözdən sonra əsəbiləşdim. Zəng edib görüşmək istədiyimi dedim. Sumqayıtda “ASAN xidmət”in arxasında görüşdük. Mən ondan bu hərəkətinin səbəbini soruşdum. İnkar elədi. Mən də ona dedim ki, kimsə sənin anana belə hərəkət etsə, xoşuna gələr? Sonra mübahisə elədik. Bıçağı çıxarıb onu vurdum”.

Məhkəmədə zərərçəkmiş Elvin Əliyev də dindirilib. Hazırda səhhətində heç bir problem olmadığını deyən Elvin Əliyev təqsirləndirilən şəxsdən şikayəti olmadığını qeyd edib.  

Proses iyunun 18-də davam etdiriləcək.  /Oxu.Az/

Çiyələk yemək uşağın cinsiyyətini dəyişdirir? – İNANMAYACAĞINIZ FAKTLAR

Hamiləlik zamanı çiyələk yeməyin bir çox fəsadlar yaratması ilə bağlı iddialar var.

Bildirilir ki, hamiləlik zamanı çiyələk yemək dölün cinsiyyətinin dəyişməsinə və ya onun üzərində müxtəlif ləkələr əmələ gəlməsinə səbəb ola bilir.

Hamiləlikdə çiyələk yemək nə qədər zərərlidir?

Vitamin və minerallarla zəngin olan çiyələk yüksək qida dəyərinə malikdir. Bol lifli tərkibi sayəsində uzun müddət toxluq hissi verir. Hamiləlikdə isə çəkinin balansının saxlanmasına yardımçı olur.

Faydaları:

Çiyələyin tərkibindəki B9 vitamini uşağın beyin, kəllə sümüyü və onurğa kimi orqanlarının inkişafına kömək edir. Kalium uşağın ürək funksiyalarını yaxşılaşdırır. Manqan elementi sümüklərin inkişafını təmin edərək skeleti formalaşdırır. A və E vitamini hamiləlik zamanı dəri sağlamlığını və gözəlliyini qoruyur. C vitamini ananın qan təzyiqini normada saxlayır.

Hamiləlik zamanı çiyələk necə yeyilə bilər?

– Çiy meyvə kimi

– Suyunu sıxaraq və ya milkşeyk formasında

– Ara öyünlərdə qatıqla birlikdə

– Mürəbbə kimi

Qeyd: Çiyələyə allergiyası olan hamilə qadınlar qəti şəkildə bu meyvədən uzaq durmalıdır. Əks təqdirdə, ekzema, izhal, dərinin tökülməsi, qusma və şişkinlik yaşaya bilərlər.

Gündə nə qədər çiyələk yeyilməlidir?

Bir öyündə 200 qrama qədər çiyələk yeyilə bilər.

Ləkə mövzusuna gəldikdə, hamiləlik dövründə hər hansı qidanın uşaqda ləkə əmələ gətirməsi iddiası tamamilə uydurmadır. Bu iddianın elmi açıqlaması yoxdur. (publika.az)

“Çox təəssüf ki, mən hələ indi İsa Muğannanın qızı olduğumu dərk edirəm” – MÜSAHİBƏ

Sevinc Muğanna: “Həmişə atamın adından istifadə etməyə utanmışam”

“İsa Muğanna ədəbiyyatımızın ən çox döyülən yazıçısı olub”

12 iyun tarixi görkəmli Xalq yazıçısı, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Hüseynovun (Muğanna) doğum günüdür.

Yazıçının yeganə övladı Sevinc Muğanna  atası haqqında xatirələrini bölüşüb. Onunla söhbəti təqdim edirik:

– İsa Muğannanın qızı olmaq kim olmaq deməkdir?
– Bəlkə də ilk dəfədir ki, belə çətin sualla qarşılaşıram. Bəlkə də çoxlarının maraqlandığı, çoxlarının özündən razı bildiyi, əslində isə həddindən artıq sadə, özünü sıradan biri hesab edən xanımam..

Uşaq yaşlarımdan bu cür sadə olmuşam. Bəlkə də, mənim ən böyük mənfi cəhətim mənim sadə olmağımdır. Başıma gələn çətinliklərin çoxu da sadəliyimdən gəlir. Yalnız son zamanlar dərk edirəm ki, mən kiməm. İndi dərk edirəm ki, mən İsa Muğannanın qızıyam. Təəssüf ki, indi dərk edirəm.
– İsa Muğanna kimi yazıçıları zaman və ədəbiyyat çox az yetirir. Çoxları onu ədəbiyyatımızda ilk fəlsəfi romanın müəllifi kimi tanıyır. Bəs siz necə tanıyırsınız?
– Az əvvəl dediyim kimi, mən onu itirəndən sonra kimin qızı olduğumu dərk etdim. Başqaları bəlkə bundan istifadə edərlər, amma mən həmişə atamın adından istifadə etməyə utanmışam. Atamla vida mərasimi təşkil olunanda, Milli Dram Teatrının qabağındakı izdihamı görəndə, mən atamın necə böyük və əlçatmaz bir yazıçı olduğunu anladım. Mən tək atamı itirmədim, həm dostumu, həm də qardaşımı itirdim.
– Bir oxucu kimi İsa Muğannanın əsərləri ilə tanışlığınız nə vaxta təsadüf edir? İlk oxuduğunuz əsəri hansı olub?
– İlk dəfə çox kiçik yaşlarımda atamın əsərləri ilə tanış olmuşam. İlk oxuduğum hekayəsi “Cığırlar” olub. Mən illər sonra bu hekayə haqqında danışanda atam mənə irad tuturdu ki, “Cığırlar”dan danışma. Onun ruhu məni bağışlasın. Bir də ilk oxuduğum hekayələri sırasında romantik əsərləri də var. O, mənə deyərdi ki, “bu hekayələrin üstündən xətt çək. Bir də onlardan danışma”. Mən atamdan səbəbini soruşduqda deyirdi ki, “onlarda insan şəhvəti öndə verilir. Bu da mənə yaddır”. Atam vurğuladı ki, “mənim məhəbbətim Yunus Əmrə məhəbbətidir”. İsa Muğanna məhəbbəti ilahi sevgidir.


– “Ədəbiyyat tarix, tarix isə hər şeydir” deyərdi İsa Muğanna. Ədibin ən məhşur tarixi romanlarından biri də “Məhşər” romanıdır. Bu roman haqqında nə deyə bilərsiniz?
Deyərdim ki, İsa Muğanna yaradıcılığının ən çox sevilən və oxunan romanlarından biri idi. Atam tarixi çox sevirdi. Tarixi mövzuda əsər yaratmaq, roman yazmaq çox çətindir çünkü tarix dəqiq faktlara söykənir. İsa Muğanna yaradıcılığının özəlliklərindən biri də, onun iti hafizəyə və güclü yaddaşa sahib olması idi. Tarixi dəqiqliklə incələyir və daha sonra bununla bağlı əsərin üzərində işləməyə başlayırdı. Roman bu gün də sevilərək oxunmaqdadır, sadəcə, bu roman “İdeal” romanı qədər səs-küyə səbəb olmadı.

– İsa müəllimin ilk qələm təcrübələri haqqında nə deyə bilərsiniz?
İlk mətbu əsəri 1947ci ildə yazdığı “Arx” hekayəsi olub. Bununla da yaradıcılığa başlayıb. Sovet dövründə yazılan əsərlər mütləq müsbət sonluqla bitməli, xeyir şərə qalib gəlməli idi. “Arx” hekayəsində yazıçı həyatın özünü göstərmişdi. Güləndəm arvad 150 kiloqramlıq çox kök, yaşlı bir qadın olur. Arvadın qarğıdalıları susuzluqdan yanmağa başlayır. Su verən olmur. Oğlanları və həyat yoldaşı müharibədə olur. Güləndəm arvad  gecəylə arxın qabağına gedib onun axarını dəyişir ki, qarğıdalıları yanmasın. Səhər gəlib görürlər ki, Güləndəm arvad can verərək ölüb.

Mən artıq yetkinlik yaşlarında olanda bu əsərlə tanış olmuşdum. Həcmcə kiçik olmasına baxmayaraq, onu çox uğurlu əsər hesab edirəm. Daha sonra “Dan Ulduzu”, “Bizim Qızlar” hekayələrini yazmışdı. Atam bu əsərlərindən imtina etsə də, mən bu imtinalarla barışa bilmirdim.
– Bəs bu imtinaların səbəbi nə idi?
– Sovet senzurasının tələbi ilə yazılmış əsərlər olması idi. Lakin İsa Muğanna senzuraya sığmayan bir yazıçı  idi. Onu bir çərçivəyə salmaq mümkün deyildi. Alimlərdən çox az adam var ki, onu kəşf etsin.

Şair Zəlimxan Yaqub atamın ruhuna çox yaxın idi. Görkəmli elm xadimimiz alim Nizami Cəfərov atamı tam anlamıyla anlayan bir alim idi. Atamın ona məhəbbəti sonsuz idi.


– Xalq yazıçısının bütün dövrlərdə məhşur ola biləcək “İdeal” romanı bu gün ədəbiyyatımızın ən nadir incilərindən biridir. Siz ilk dəfə “İdeal” romanını oxuyanda nə hisslər keçirdiniz, özünüzü hansı aləmdə hiss etdiniz?

– Çox dəhşətli hisslər keçirdim. Biraz bu romanın doğuluşu haqqında danışmaq istərdim. “İdeal”  romanı öncə bir jurnalda “Eşq dəlisi” adı altında çap olundu. Sonra atam onun üzərində bir neçə dəfə işlədi və əsər “İdeal” adı altında çap olundu. Əsərin korrekturası atama çətinlik yaradırdı və bunu mənə həvalə etmişdi. Gecə mətbəxdə oturaraq, əsəri korrektə etməyə başladım. Təbii ki, əsərin Əbədiyyət bölməsinə, əsərin qapalı dünya hissəsinə gəldikdə orada ilişmişdim. Çətinliyə düşmüşdüm. Bu hadisə 1996-1997-ci illərə təsadüf edir.Həmin illərdə mənə çox əziz olan bir insanı – əmimoğlu Mustafanı itirmişdim. Əsərin qapalı dünya hissəsinə çatanda, başıma qəribə bir hadisə gəldi. 
Bunu heç bir müsahibədə deməmişəm. İlk dəfədir ki, sizin rubrikanızda deyirəm. Bilmirəm bu əsərin təsirindən idi ya yox, bir də gördüm ki, əmimoğlu Mustafa öz sevimli kostyumunda, atamın əsərdə dediyi kimi, qəribə bir işığın içində gəlib qarşımda durdu və mənə baxıb gülümsədi. Mən o zaman çox qəribə bir hiss keçirdim. Durub onun dalınca getdim, qışqırmaq istədim, lakin qışqıra bilmədim. O gözümdən itdi. Əsərin korrektəsi çox çətin gedirdi. Bu hadisədən sonra kosmik surətlə əsərin korrekturasını yekunlaşdırdım.
Bildiyimiz qədər İsa Muğannanın çox ağır və məşəqqətli həyatı olub. Həyatı boyunca bir çox çətinliklərlə qarşılaşıb və bu çətinliklər onun əsərlərinə də yansıyıb. Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı…
– Bəli, atamın çox keşməkeşli həyatı olub. Tibb Universitetinə daxil olub və oranı yarımçıq qoyub. BDU-ya daxil olub, sonra oradan da çıxıb. Daha sonra Maksim Qorki adına Ədəbiyyat niversitetini bitirib. Orada Salam Qədirzadə və Nəbi Xəzri ilə  birlikdə oxuyub və çox yaxın dost olublar.

Çoxuşaqlı ailənin ilk övladı olub. Ailənin bütün çətinlikləri onun üzərində olub. Uzun müddət kirayələrdə yaşayıb. İndi yazıçı Afaq Məsudun yaşadığı kommunal layihəli evdə atamın ailəsi və şair Qabilin ailəsi uzun müddət birlikdə yaşayıblar. Lakin bir dəfə olsun belə dalaşmayıblar.


– Oxucu kimi əsərlərində başa düşmədiyiniz məqamlar olurdu? Bu zaman İsa müəllimə  müraciət edirdinizmi?
– Nəyisə izah etmək onun üçün böyük zövq idi. Lakin iş görəndə ona yaxınlaşmaq olmurdu. Evdə onun xüsusi rejimi vardı. Axşam saat 10-11-də mənimlə anam artıq yatırdıq. Atam bu zaman mətbəxə keçərdi və yazmağa başlardı. Mütləq mətbəxdə çaydan mığıldamalı idiÇayını yalnız armudu stəkanda içərdi.Səhər saat 5-də yazı masasından qalxıb yatardı. Gün ərzində cəmi 4-5 saat yatardı.
– İsa Muğannanın müasir ədəbiyyatımızda yerini necə görürsünüz?
– Atam ədəbiyyatımızın əlçatmaz yazıçılarından biri olub. Bununla bərabər ədəbiyyatımızın ən çox döyülən yazıçısı olub. Həmişə də ona qarşı olan əks və yersiz münasibətə gülərək keçib .Heç kimə reaksiya verməyib.
İsa Muğanna iri həcmli romanlar müəllifi olmaqla yanaşı, həmçinin görkəmli ssenarist və kinoredaktor olub. “Tütək səsi”, “Nəsimi” kimi ekran əsərləri məhz onun ssenariləri əsasında çəkilib. Filmlərlə bağlı İsa müəllimin sizə söylədiyi xatirələri olubmu?
– “
Nəsimi” filminin ssenarisini İsa müəllim ulu öndər Heydər Əliyevin istəyi ilə yazmışdı. Rejissor Həsən Seyidbəyli ilə atam çox yaxın olublar. Anam deyirdi ki, “Nəsimi” filminin çəklişi zamanı bir yay atamın üzünə həsrət qalıb. Atam öz ssenarisi əsasında çəkilən bütün filmlərdə əvvəldən sonadək iştirak edib. Bircə “Nizami” filmindən başqa.


– Onun bir oxucu kimi ədəbi zövqü kimlərin üzərdə qurulmuşdu? Sizə oxumaq üçün hansı əsərləri məsləhət görürdü?
Üstünlüyü rus ədəbiyyatına verərdi. İlk növbədə Dostayevski. Dostayevskinin “Bəyaz gecələr”ini mənə oxutdurdu. Tolstoyun, Turgenevin, Çexovun hekayələrini mütamadi olaraq mənə oxutdurardı. Fransız ədəbiyyatını və antik ədəbiyyatı çox sevərdi və oxutduaradı. Şekspri oxuyurdum və bu zaman atam mənə əsərləri anlamaq, aydınlaşdırmaq üçün istiqamət verərdi.

– Atanız müasir ədəbi gəncliyimizdən kimləri bəyənirdi?
Gənc nəsildən tənqidçi Əsəd Cahangiri çox bəyənirdi. Gənc və istedadlı yazıçı Şamil Sadiqi hər zaman vurğulayırdı.

Bəs musiqimizlə bağlı düşüncələri necəydi? Bilirik ki, aşıq sənətini çox sevdiyindən saz havası ilə dəfn olunub…
– Bəli, öz vəsiyyətinə görə “Ruhani” havasıyla dəfn olundu. Xalqımıza, cənab prezidentimizə təşəkkür edirəm ki, “Xalq yazıçısı”, atam İsa Muğannanın dəfnində mənə yaxından kömək göstərdilər. Onu Birinci Fəxri xiyabanda dəfn etdilər.

İfaçılara gəlincə isə Aşıq Kamandarı çox sevərdi. Kamandar oxuyan zaman bəzən atam ağlayardı. Estrada ifaçılarından İlhamə Quliyevanın bütün ifalarını bəyənirdi. Gənclərdən isə müğənni Röya Ayxanın səsini və ifalarını xoşlayırdı.


– Sevinc xanım, heç ədəbi yaradıcılıqda özünüzü sınamısınız?
1991-ci ildə Bakı Dövlət Universitetini bitirmişəm. 1992-ci ildən həmin Universitetdə çalışıram. Hazırda Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimiyəm.

Yaradıcılığa gəlincə, bu qabiliyyətim var, sadəcə onun üzərində işləməmişəm. Uzun illər atam və anam xəstə oldular. Tək övlad olduğum üçün onların bütün çətinliklərini həll etmək, onlara qayğı göstərmək mənim üzərimdə idi. 1994-1995-ci illərdə atam ard-arda infakt keçirdi. Lakin biz onun iniltisini bircə dəfə olsun belə, eşitmədik.
Həyatda ən böyük çətinliyiniz nə vaxt olub?
Bu haqda danışmaq mənə çox çətindir. 2014-cü ildə atam dünyasını dəyişdi. Ondan sonra isə anam yatağa düşdü. Atamdan sonra anam bir dəfə də olsun gülmədi. 

2016-cı ildə həyat yoldaşım qəfildən dünyasını dəyişdi. Elə həmin ildə də anamı itirdim. Ailənin bütün çətinlikləri mənim üzərimdədir. İki övladımla birlikdə yaşayıram. Tək qadına iki övlad böyütməyin nə qədər çətin olduğunu yəqin ki bilirsiniz…
 – İsa Muğanna ölməzdən öncə sizə nə vəsiyyət etdi? Ürəyində qalan arzusu oldumu?
– Mənim ən yaralı yerimə toxundunuz. Atamın ən böyük arzusu Ağstafadakı evində ev-muzeyinin yaradılması idi. O arzu ilə də İsa Muğanna bu dünyadan köçdü. Mənə vəsiyyət etdi ki, həmin  evdəki heç bir əşyaya toxunmayım. Sınıq əşyalar belə olsa saxlayıb, muzeyə təhvil verim. Ən böyük arzum, atamın vəsiyyəti üzərinə Ağstafada ev-muzeyinin yaradılmasıdır.
 Atanızın 90 illik yubileyinin dövlət səviyyəsində keçiriləcəyini eşitdikdə hansı hissləri keçirdiniz?
Çox sevindim. Bunun üçün öncə Azərbaycan mədəniyyəti və incəsənətinin himayədarı, qoruyucusu olan cənab prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. İsa Muğanna sağlığında həmişə cənab prezidentimizin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Mən çox istərdim ki, onun təqaüdünün müəyyən bir qismi ailəsinə verilsin. Çünkü təkbaşına iki övlad böyütmək mənə çox çətindir. Kanallarımızda ara-sıra İsa Muğannanın ssenari müəllifi olduğu filmlər nümayiş olunur, lakin heç bir kanal filmlərin nümayişi ilə bağlı onun ailəsinə qonorar təqdim etmir.

İsa Muğanna sevərlərə rubrikamız vasitəsilə nə demək istərdiniz?
İsa Muğanna yaradıcılığı özü bir məktəbdir. Bütün oxuculara təşəkkür edirəm. Çox xoşdur ki, Modern.az saytı, incəsənətlə bağlı belə bir rubrika açıb. Qələminiz hər zaman iti olsun. Bu rubrikada İsa Muğannanın həyat və yaradıcılığını işıqlandırdığınız üçün çox sağ olun. Ümüd edirəm ki, İsa Muğanna yaradıcılığı Azərbaycan ədəbiyyatı var olduqca,  yaşayacaq və bütün dövrlərdə sevilərək xatırlanacaq. (modern.az)

Əbdürrəhman Fətəlibəyli -Düdənginski – HƏRBÇİ, SİYASƏTÇİ, JURNALİST

Əbdürrəhman Fə­­tə­­li­­bəy­­li-­Dü­­dən­­gins­­ki əs­­lən Nax­çı­v­a­nın Şə­r­ur ra­yo­nun­dan­dır. O, 1908-­ci il iyu­­nun 12-­də Şə­r­u­run Dü­­dən­­gə kən­­din­­də dünyaya gəlib.
A­ta­sı fa­ciə­­li su­rət­­də öl­­dü­­rü­­lən­­də Əb­­dür­­rəh­­man bə­­yin iki ya­şı var­dı. O, gənc yaş­la­rın­­da əs­­gər get­miş, Tiflis hər­­bi pi­ya­da mək­­tə­­bi­­ni bi­­tir­­miş  Azər­­bay­can di­­vi­­zi­y­a­sın­­da za­bit ol­muş­dur. 1935-1936-­cı il­­lər­­də Mosk­va Hər­­bi Aka­de­mi­y­a­sı­n­a oxu­ma­ğa gön­­də­­ril­­miş­­dir. 1937-­ci il­­də Ba­kı­d­a mə­z­u­niy­­yət­­də olar­kən əmi­­si Əh­­məd bə­­yin məs­­lə­­hə­­ti ilə Ley­li xa­nım Qa­zı­ye­va ilə ev­lən­­miş­­dir. Mə­z­u­niy­­yə­­ti qur­tar­dıq­­dan son­ra hə­y­at yol­da­şı­­nı, qa­yı­n­a­na­sı­­nı özü ilə Le­ninq­­ra­da (in­­di­­ki Sankt-­Pe­ter­burq) apar­mış və 1940-­cı ilə qə­­dər bu­ra­da ya­şa­mış­­lar. 1938-­ci il­­də Le­ninq­­rad­da ilk öv­­la­dı Əli ana­dan olub.
Qeyd edək ki, Ə.Fətəlibəyli ol­duq­ca ba­ca­rıq­­lı za­bit idi. O, 1939-­cu il­­də Fin­­lan­di­y­a mü­h­a­ri­­bə­­sin­­də iş­­ti­r­ak et­miş, «Qır­­­mı­­zı Ul­duz» or­de­ni ilə təl­­tif olun­muş­du. O, bir müd­­dət Le­ninq­­rad dai­­rə­­si qə­r­ar­ga­hın­­da 6-­cı şö­­bə­­nin rəi­­si iş­­lə­­miş­­dir. 1940-­cı il­­də So­vet or­du his­­sə­­lə­­ri Pri­b­al­ti­k­a res­pub­li­k­a­la­­rı­­nı iş­­ğal et­dik­­dən son­ra, Ə.Fətəlibəyli Ri­q­a­da yer­lə­­şən hər­­­bi qə­r­ar­ga­ha gön­­də­­ril­­miş, ora­da al­man­la­ra əsir düş­­müş­­dü. 

A­zər­­bay­can Mil­­li Qur­tu­luş Hə­­rə­k­a­tı­­nın bö­­yük ide­o­lo­qu M. Ə. Rə­s­ul­za­də də Ə. Fə­­tə­­li­­bəy­­lini yük­­sək qiy­­mət­­lən­­di­­rir və onun­la ilk gö­­rü­­şü­­nü be­lə xa­tır­­la­yır­­dı: «Hə­r­a­rət­­li və an­la­yış­­lı bir əs­­gər­­lə qar­şı­l­aş­mış­­dım. Mil­­li da­va­nın əsa­s­la­rı­­nı və mü­c­a­di­­lə kad­ro­su­nun proq­ra­mı­­nı mən­­dən duy­muş, məm­­nun ol­muş­du. Mil­­li Azər­­bay­can Ko­mi­­tə­­si, na­sist al­man mə­q­am­la­rı­n­a mə­r­am an­la­da bil­­mə­­di. Hit­­ler «heç bir ko­mi­­tə is­­tə­­mi­­rəm» de­miş, təş­­kil olu­nan mil­­li le­gion­­lar­la or­du qə­r­ar­ga­hı ara­sın­­da ra­bi­­tə və­­zi­­fə­­si­­ni apa­ran məh­­dud və müəy­­yən iş­­lər­­lə bağ­lı olan «Ra­bi­­tə He­yət­­lə­­ri» (Ə­l­a­qə­­lər he­yə­­ti) qu­rul­ma­sı­­nı əmr et­miş­­di. Azər­­bay­can «Rabitə Heyəti”­­nin ba­şı­n­a da mər­­­hum Fə­­tə­­li­­bəy­­li gə­­ti­­ril­­miş­­dir.
İş bu şə­­kil alın­­ca, ma­yor Fə­­tə­­li­­bəy­­li­­yə mü­­vəf­­fə­­qiy­­yət­­lər tə­­mən­­na edə­­rək, fəa­­liy­­yət sa­hə­­sin­­dən çə­­kil­­miş və mil­­li əsa­s­­la­rı­­mı­z­a sa­diq qal­dı­­ğı müd­­dət­­cə, onu mə­­nən dəs­­tək­­lə­­yə­­cə­­yi­­mi­­zi vəd et­miş­­dik».
Mü­h­a­ci­­rət il­­lə­­rin­­də so­vet re­ji­­mi­­nə qar­şı ide­o­lo­ji mü­ba­rizə apar­mış, «Ha­ki­­miy­­yə­­tin tex­no­lo­gi­y­a­sı», «Par­tok­ra­ti­ya», Sta­lin və Be­ri­y­a haq­qın­­da ki­t­ab­lar müəl­­li­­fi ki­­mi ta­nın­­mış, əs­­lən çe­çen mil­­lə­­tin­­dən olan Əb­­dür­­rəh­­man Av­tor­xa­nov Ə.Fə­­tə­­li­­bəy­­li­­ni be­lə də­­yər­­lən­­di­­rir­­di: «943-cü ilin ortalarında Berlində Vermaxtın Ali Baş Komandanlığının qəbulunda mən qafqazlı görünüşündə olan, sovet hərbi əsiri forması geymiş və bütün xarici görünüşündən düşərgədən yenicə azad edilmiş insan təsiri bağışlayan bir zabitlə qarşılaşdım. Bu adam çox qaradinməz görünür və öz daxili qayğıları, fikir­ləri ilə məşğul idi ki, görəsən onu tale indi nə ilə üzləş­dirə­cək. Qəbulda adamlar çox idi və uzun tərəd­düd­dən sonra ona yaxınlaşıb soruşdum: – sən qafqazlı deyil­sən? Göz­lənilmə­yən sualdan həmin adam çaşdı və cavab əvə­zinə mənə sual verdi: Bəs siz qafqazlısınızmı? Mən özü­mü təqdim etdim. O da özünü təqdim etdi: azərbaycanlı Abo Düdənginski, sovet ordusunun keçmiş mayoru. O vaxt­dan bizim dostluğumuz başladı. İnanıram ki, ömründə bir dəfə Abo ilə qarşılaşan şəxs, bu qeyri-adi insanı heç za­man unuda bilməz. Onun müsbət şəxsi keyfiyyətləri, şahza­də­liyi çətinliyə düşənə köməyə hazır olması ha­mı­nı heyran edirdi. Bax  onun bu keyfiyyətlərindən qatil Mi­kayıl İsmayılovu onu öldürməyə göndərmiş “NKVD” is­tifadə etdi.
A­bo Dü­­dən­­gins­­ki (mən heç vaxt on­dan əsl fa­mi­­li­y­a­sı­­nı so­ruş­mur­dum-Dü­­dən­­gins­­ki­­dir, ya­xud Fə­­tə­­li­­bəy­­li­­dir) hər­­bi əsir­­lər dü­­şər­­gə­­sin­­dən azad edil­­dik­­dən son­ra OKV (A­li Baş Ko­man­dan­lıq) ona Azər­­bay­can le­gion­­u­n­a ko­man­dirlik et­mə­­yi tək­­lif et­di (Al­man­lar şərq xalq­la­rın­­dan be­lə le­gion­­lar ya­ra­dır­­dı­l­ar: Tür­­küs­­tan, Azər­­bay­can, er­mə­­ni, gür­­cü, şi­m­a­li qaf­qaz­lı və s.)… Abo doğ­ma Azər­­bay­ca­nı­­nı ürək­­dən se­vir­­di, la­kin şo­vi­­nist de­yil­­di. O, alov­lu və ina­m­lı Qaf­qaz patrio­­tu idi. Qaf­qaz bu gün çox ağır və kə­­dər­­li gün­­lə­­ri­­ni ya­şa­yır. İna­­nı­r­am ki, bi­­zim ümu­­mi Qaf­qaz evi­­miz qar­daş­lıq dün­­ya­sı­n­a qa­yı­d­a­caq və bu, Fə­­tə­­li­­bəy­­li­­yə qo­yu­lan ən yax­şı abidə ola­caq».
Ma­yor Ə.Fə­­tə­­li­­bəy­­linin Al­ma­ni­y­a­da­kı fə­a­­liy­­yə­­ti­­nin ən-mü­­hü­­mü onun Milli Azər­­bay­can Qu­rul­tayı­nı təş­­­kil edib ke­çir­­mə­­si ol­du. M.Ə.Rə­s­ul­za­də ya­zır­­dı: «Mər­­­­hum, üzə­­ri­­nə al­dı­­ğı və­­zi­­fə­­yə baş­lar­kən «Rabitə Heyəti”nin ya­nın­­da bir təb­­li­ğ­at təş­­ki­l­a­tı da vü­c­u­da gə­­tir­­miş, bu məq­­səd­­lə, 6 qa­sım (no­yabr) 1943-­də Ber­lin­­də bir Qu­rul­tay ça­ğır­­mış­­dı. Qu­rul­ta­yın Fə­­tə­­li­­bəy­­li­­nin ra­po­ru üzə­­ri­­nə qə­b­ul et­­di­­yi qə­rar su­rə­­ti mil­­li ana prin­­sip­­lə­­rə uy­ğun bir şə­­kil­­də qə­­lə­­mə alın­­mış­­dır.
Qeyd edək ki, 1943-­cü ilin no­yab­rın 6-11-­də Ber­lin­­də Azər­­bay­can «Mil­­li Bir­­lik» Məc­­li­­si­­nin tə­­şəb­­bü­­sü ilə ça­ğı­­rı­lan Azər­­bay­can Qu­rul­ta­yı­­nın bö­­yük əhə­­miy­­yə­­ti ol­du. Be­lə ki, di­­gər xalq­la­rın mü­h­a­cir və le­gio­­ner­lə­­ri ara­sın­­da il­­kin ola­raq azər­­bay­can­lı­l­ar öz qu­rul­tay­la­rı­­nı ke­çir­­di­­lər. Bu Qu­rul­tayın keçirilməsində Ə.Fə­­tə­­li­­bəy­­li­­nin böyük rolu ol­muşdur.
Mü­h­a­ri­­bə­­nin son­la­rı­n­a ya­xın isə Şərq cəb­­hə­­sin­­də vu­ru­şan Azər­­bay­can le­gio­­ner­lə­­ri­­nin so­vet or­du his­­sə­­lə­­ri­­nin əli­­nə keç­mə­­mə­­si üçün Ə.Fə­­tə­­li­­bəy­­li­­nin tə­­şəb­­bü­­sü ilə bir­­lik­­lə­­rin əv­­vəl­­cə cə­n­ub və qərb cəb­­hə­­lə­­ri­­nə, bir müd­­dət­­dən son­ra isə o dövr­­də da­ha sa­kit böl­­gə olan İta­­li­y­a­ya kö­­çü­­rül­­mə­­­si­­nə baş­la­nıl­­dı. Qeyd edək ki, bu çox çə­­tin və ağır pro­se­sin hə­y­a­ta ke­çi­­ril­­mə­­sin­­də ma­yor Ə.Fə­­tə­­li­­bəy­­li­­nin bö­­yük xid­­mət­­lə­­ri ol­muş­du.
1945-­ci ilin mayın 9-­da Al­ma­ni­y­a­nın təs­­lim ol­ma­sı­n­a bax­­­ma­ya­raq, le­gio­­ner­lə­­rin ta­le­yi şüb­­hə al­tın­­da idi. On­lar müt­­­­tə­­fiq­­lə­­rin tə­­rə­­fin­­də qal­ma­ğa ça­lı­­şır, so­vet or­du his­­sə­­lə­­ri­­nə ta­be ol­maq is­­tə­­mir­­di­­lər.
Azərbaycan le­gio­­ner­lə­­ri­­nin xilası və ayrı-ayrı ölkələrdə məskunlaşması üçün əsas fəaliyyəti M.Ə.Rəsulzadə və Ə. Fə­­tə­­li­­bəy­­li aparırdı. Belə ki, M.Ə.Rəsulzadə Almaniyanın Mün­hen şəhərində, Ə.Fə­­tə­­li­­bəy­­li isə İtaliyanın Roma şəhə­rin­də bu işi davam etdirirdilər.
Ma­yor Ə.Fə­­tə­­li­­bəy­­linin və di­­gər le­gio­­ner­lə­­rin mü­h­a­ri­­bə­­dən son­ra­kı hə­y­a­tı ağır keç­di. Ə.Fə­­tə­­li­­bəy­­li  ai­­lə­­si ilə bir­­lik­­də bö­­yük çə­­tin­­lik­­dən son­ra in­­gi­­lis­­lə­­rin əsa­­rə­­tin­­dən qur­tu­la bil­­di. Bir il İta­­li­y­a­da, iki ilə qə­­dər Mi­­sir­­də qal­dıq­­dan son­ra Qər­­bi Al­ma­ni­y­a­ya get­miş, bir ara Tür­­ki­­yə­­yə gə­­lib bir ne­çə ay qal­dıq­­dan son­ra tək­­rar Mün­­he­nə qayıtmış və ora­da ya­şa­mış­­dır.
Qeyd edək ki, İta­­li­y­a­da in­­gi­­lis­­lə­­rin nə­z­a­rə­­tin­­də olar­kən ma­yor Fətəlibəyli İn­­gil­­tə­­rə­­nin baş na­zi­­ri Kle­ment Et­li­­yə mək­­tub yaz­dı. Hə­­min mək­­tub­da o, böyük uzaqgörənliklə So­vet döv­ləti ilə Qərbin münasibətinin  getdikcə pisləşəcəyini gös­tər­mişdi. Əslində onun bu məktubu «Soyuq müharibə»nin baş­lan­masına bir  işarə idi. (Qeyd edək ki, onun bu məktubundan cə­mi 18 gün əvvəl Çörçil Fultonda çıxış edib SSRİ-yə qarşı soyuq mü­haribənin başlandığını bildirmişdi).
La­kin ma­yor Ə.Fətəlibəylinin  cid­­di prob­lem­lər qal­dır­­­dı­­ğı bu mək­­tub son­ra­dan ca­vab­sız qal­dı.
Qeyd et­di­­yi­­miz ki­mi, SS­Rİ-­yə qa­yı­d­an əsir­­lə­­ri və le­gio­­ner­lə­­ri ağır cə­z­a­lar göz­­lə­­yir­­di. Sta­li­­nin 1941-­ci ilin 16 av­qus­tun­da ver­di­­yi 270 say­lı əm­­rə əsa­­sən əsir düş­­müş bü­­tün so­vet əs­­gər­­lə­­ri qi­y­a­bi ola­raq gül­­lə­­lən­­mə­­yə məh­­kum edil­­miş­­di­­lər.
Təəs­­süf­­lər ki, müt­­tə­­fiq döv­­lət­­lər, o cüm­­lə­­dən, İn­­gil­­tə­­rə – Yal­ta mü­q­a­vi­­lə­­sin­­də nə­­zər­­də tu­tul­ma­dı­­ğı­n­a bax­ma­ya­raq, keç­miş mü­h­a­cir­­lə­­ri də so­vet­lə­­rə təh­­vil ve­rir­­di. 1430 nə­­fər keç­­miş mü­h­a­cir yan­lış ola­raq so­vet döv­­lə­­ti­­nə gön­­də­­ril­­miş­­di. Xalq Ko­mis­­sar­lar So­ve­ti­­nin təh­­vil ve­ril­­mə iş­­lə­­ri üz­­rə sə­l­a­hiy­­yət­­li nü­m­a­yən­­də­­si ge­ne­ral-­pol­kov­nik F.İ.Qo­li­k­o­vun 1945-­ci il 7 sent­yabr ta­rix­­li mə’­­lu­ma­tı­n­a əsa­­sən hə­­min vax­ta ki­­mi so­vet hö­k­u­mə­­ti­­nə 2.229.552 nə­­fər təh­­vil ve­ril­­miş­­di. Bu­ra­ya hər­­bi əsir­­lər­­lə ya­na­şı, zor­la Al­ma­ni­y­a­ya kö­­çü­­rü­­lən­­lər də da­xil idi (126, s. 240).
İlk təh­­vil ve­ri­­lən­­lə­­rin ço­xu­nu gül­­lə­­lə­­yir, qa­lan­la­rı­n­a 25 il iş kə­­sir, Si­­bi­­rə, Vor­ku­ta­ya, İn­­ta­ya, As­bes­tə, No­rils­­kə, Tay­­şe­tə, Ke­me­ro­vo vi­l­a­yə­­tin­­də­­ki dü­­şər­­gə­­lər­­də ağır iş­­lə­­rə gön­­də­­rir­­di­­lər.
İ­­kin­­ci Dün­­ya mü­h­a­ri­­bə­­sin­­dən son­ra Azər­­bay­can le­gio­­ner­lə­­ri Tür­­ki­­yə­­də M.Ə.Rə­s­ul­za­də­­nin, Al­ma­ni­y­a­da isə Ə. Fə­­tə­­li­­bəy­­li­­nin  rəh­­bər­­li­­yi al­tın­­da olan mü­v­a­fiq qu­rum­lar­da fəa­­liy­­yə­­tə baş­la­dı­l­ar.
«A­zad­lıq» ra­dio­­su­nun «A­zər­­bay­can re­dak­si­y­a­sı»na bir müd­­dət (1953-1954-­cü il­­lər) Ə.Fə­­tə­­li­­bəy­­li-Dü­­dən­­gins­­ki, son­­ra­­dan isə İs­­ma­yıl Ək­­bər və Əli Aran­lı baş­çı­­lıq et­miş­­lər. «Azər­­bay­can» re­dak­si­y­a­sın­­da Mə­­cid Mu­sa­za­də (Qar­sa­lan­lı), Fər­­man Məm­­mə­d­ov, Mu­rad Mu­rad­lı, Kə­­rim As­la­noğ­lu və di­­gər keç­miş le­gio­­ner­lər ça­lı­­şır­­dı­l­ar.
Be­lə­­lik­­lə, 1953-­cü ilin mar­tın­­dan «Qur­tu­luş» ra­dio­­su­nun Azər­­bay­can re­dak­si­y­a­sı fəa­­liy­­yə­­tə baş­la­dı. «A­zər­­bay­can» re­dak­si­y­a­sı­­nın ilk Baş re­dak­to­ru ma­yor(minbaşı) Ə.Fə­­tə­­li­­bəy­­li ol­du.
Qeyd edək ki, mü­h­a­cir və le­gio­­ner­lə­­rin əl­­lin­­ci il­­lər­­də­­ki bu fəal­­lı­­ğı So­vet döv­­lə­­ti­­ni cid­­di na­ra­hat et­mə­­yə baş­la­dı. Be­lə ki, So­vet döv­­lə­­ti hə­­min dövr­­də kom­mu­nist ide­o­lo­gi­ya­sı­n­a qar­şı mücahidə apa­ran­la­rı sı­r­a­dan çı­x­ar­ma­ğa də­­fə­­lər­­lə cəhd­­lər gös­­tər­­di. Bu əmə­­liy­­yat­la­rın hə­y­a­ta ke­çi­­ril­­mə­­sin­­də bö­­yük təc­­rü­­bə­­si olan, ge­niş şə­­bə­­kə­­li «KQB» – («DTK») əsas rol oy­na­yır­­dı. Bu qu­rum 1917-­ci ilin de­ka­brın­­­da ya­ra­dıl­­mış  və da­ha çox «da­xi­­li düş­­mən» ax­tar­ma­ğa  meyil­li idi.
Məhz hə­­min təş­­ki­l­a­tın fəal­­lı­­ğı ilə 1954-­cü ilin no­yab­rın 20-­də «A­zad­lıq» ra­dio­­su­nun «A­zər­­bay­can» re­dak­si­y­a­sı­­nın baş re­dak­to­ru Ə.Fə­­tə­­li­­bəy­­li-­Dü­­dən­­gins­­ki Mün­­he­nin «Al­penp­la­te-6» mey­da­nın­­da­kı bir mən­­zil­­də qət­­lə yetirildi.

Nəsiman Yaqublu,
tarix elmləri doktoru

(modern.az)

“ABŞ prezidenti terrorçudur” – Nazir Yaxın Şərqin SİRLƏRİNİ AÇDI

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampı terrorçu adlandırıb.

Nazir ABŞ-ın İran xalqına qarşı açılan savaş qarşısında səssiz qalmayacaqlarını deyib.

Mərkəzi Birləşmiş Ərəb Əmirliklərində yerləşən beynəlxalq xəbər qurumuna açıqlama verən Zərif bildirib ki, ABŞ-la yeni bir müzakirə məsələsi mümkünsüzdür: “Bizə qarşı iqtisadi terror tətbiq edən bir ABŞ prezidenti ilə müzakirə aparmarıq. Biz terrorçularla görüşmərik. Heç vaxt İran xalqına təktərəfli açılan bu savaşı qəbul etməyəcəyik. Çünki müharibənin qarşılığı elə müharibədir”.

Nazir bəzi ərəb ölkələrinin ABŞ və İsraillə əməkdaşlığını da sərt tənqid edib: “Bölgədə 2-3 ərəb ölkəsi öz təhlükəsizliklərini ABŞ ilə əməkdaşlıqda görür. Böyük xəta edirlər. Birləşmiş Ərəb Əmirlikləri ABŞ-dan milyard dollarlıq silah alaraq bölgədə ikinci İsrail olmaq istiqamətinə gedir”. (publika.az)

Misirdə Nəsiminin Azərbaycan dilində əlyazması tapıldı

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur  Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarını ortaya çıxarıb.

S.Nəsirov dahi şairimizlə bağlı apardığı tədqiqatlar əsnasında, Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl- Misriyyə) Imadəddin Nəsiminin əlyazmalarını tapıb.

Tədqiqatçı əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirir.

Azərbaycan dilində olan əlyazmanın uzərində Nəsimi Külliyatı yazılıb. Bu külliyat şeir və nəsrdən ibarətdir. 
“Şeirlərin çoxu rubai və məsnəvi üslübünda yazılıb. Arasında qəzəl də var. Nəsrlər isə əsasən öyüd-nəsihət və Peyğəmbərin əhli beytindən bəhs edir”. 
S. Nəsirovun ən çox diqqətini çəkən isə ərəb əlifbasının sırasına uyğun olaraq, ayrı-ayrı sonu eyni hərflə bitən şerlərin olması olub. 
“Əlyazma 254 vərəqdən ibarətdir. Kiçik hərflərlə nəstəliğ xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi1535-ci il), Pir Əhməd İskəndər oğlu tərəfindən nəsr olunub.

Fars dilində olan əlyazma isə nisbətən kiçik həcmdədir və sadəcə şeirlərdən ibarətdir. Adı “Divan Nəsimi”dir. Şikəstə xəttinə bənzəyən nəstəliğ xəttilə yazılıb. Əlyazmanın vərəqlərinin eni 11 sm uzunluğu isə 16 sm-dir və sayı səksən altıdır”.

Seymur Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.
Qeyd edək ki, “Misir Kitablar Evi” (Dər əl-Kutub əl- Misriyyə) dünyanın ən məşhur kitabxanalarından biridir. (modern.az)

Xatirə İslamın əri ilə elə GÖRÜNTÜSÜ YAYILDI Kİ… – VİDEO

Hər kəsin qarşısında ərinin dodaqlarından öpən Xatirə İslamın bu görüntüləri müzakirələrə səbəb olub.

Bir neçə gün əvvəl müğənni Xatirə İslamın qardaşının xına mərasimi baş tutub. Müğənninin mərasimdən özəl görüntüləri yayılıb. Könül Kərimovanın ifa etdiyi lirik mahnının sədaları altında əri Fəxrəddin bəylə ilə rəsq edən ulduzun öpüş görüntüləri instaqramda səs-küy yaradıb.

İzləyiciləri müğənninin ünvanına “Gəlin səndən abırlıdır”, “Xatirənin get-gedə ağlı azalır”, “Adamda bir abır-həya olar” və s. bu kimi tənqidi şərhlər yazıb.

Digər qism isə Xatirəyə “Əridir də, öpəcək”, “Super. Allah ayırmasın”, “Allah daim xoşbəxt eləsin” kimi şərhlərlə dəstək olub. (publika.az)

“Bibiheybət” yolunda baş vermiş dəhşətli qəzanın GÖRÜNTÜSÜ YAYILDI – VİDEO

Bibiheybət” yolunda baş vermiş qəzanın görüntüləri yayılıb.

Yüksək sürətlə hərəkətdə olan “BMW” yolda idarəetməni itirərək yanacaqdoldurma məntəqəsinin qiymət lövhəsinə çırpılıb. Nəticədə minik avtomobili alışaraq kül olub.

Turkustan.info Trend-ə istinadən həmin görüntüləri təqdim edir:

 

****

Fövqəladə Hallar Nazirliyi həmin qəza ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Bakı şəhərinin Səbail rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. (publika.az)

***

Bu gün gecə saatlarında “Bibiheybət” yolunda yüksək sürətlə hərəkətdə olan minik maşını reklam lövhəsinə çırpılaraq, yanmağa başlayıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

“Hadisə barədə məlumat “təcili yardım”a saat 3:37-də daxil olub.

Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir”, – deyə o bildirib.

P.Əbubəkirov qeyd edib ki, sükan arxasında olan şəxs isə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır. (report)

Bakıda törədilən iki amansız qətl haqda ŞOK İDDİALAR

Binəqədi rayonunda Mübariz Budaqlının odlu silahdan açılan atəşlə qətli ilə bağlı araşdırmalar davam edir. Rəsulzadə qəsəbəsində avtomobildə güllələnən Mübariz Budaqlının qətlinin kriminal dairələr arasındakı münaqişənin təzahürü ola biləcəyi ehtimalları var.

Turkustan.info “Yeni-Müsavat”a istinadən xəbər verir ki, qətlin “Emin 444″ ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətli ilə əlaqəli olması iddiaları da yayılıb. Həmin iddiaları təsdiq edən məlumatlar ortada yoxdur. Bununla belə, bu xəbərlərin israrlı şəkildə yayılması müşahidə edilir. Mübariz Budaqlının ”Emin 444″ün qətlinin 1 ayının tamamına 3 gün qalmış öldürülməsi qətlər arasında əlaqə ola biləcəyi ehtimalını istisna etmir. Hər halda, bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. 

Mübariz Budaqlının “Emin-444″ün qəddar qətlinə cavab olaraq öldürülməsi iddiasının nədən yaranması bilinməlidir. Mübariz Budaqovun da,  ”Emin 444″ün də qətlləri kriminal süjetli filmi xatırladır. Mübariz Budaqovun olduğu avtomobili Binəqədi rayonu ərazində digər avtomobil təqib edib. Təqib edən “BMW”dən “Mercedes”ə atəş açılıb. Sürücünün yanında oturan şəxs güllə yarasından ölüb, sürücü canını qurtarıb.

Emin Səfərov (Sağda)

İstintaqın qənaətinə görə hadisə baş verən gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi “BMW-745″ markalı avtomobillə Bakı sakini Nazim Qədirovun idarə etdiyi ”Mercedes” markalı avtomobil təqib edilib. Bu zaman həmin avtomobilin sərnişini – Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açıb. Olay zamanı əvvəllər məhkum olunmuş Mübariz Budaqlı qətlə yetirilib. Cinayəti törədən Taleh Cəlalov və Vüsal Hüseynov tutulublar. T.Cəlalovdan lüləsi kəsilmiş “İJ-16″ markalı tüfəng götürülüb.

İlkin araşdırmalar zamanı Mübariz Budaqlının 2017-ci ildə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verildiyi məlum olub. 1976-cı il təvəllüdlü Mübariz Budaqlının ictimai təhlükəli cinayətdə ittiham olunduğu bilinsə də, onun konkret olaraq hansı əməllərin sahibi olması haqda rəsmi məlumat yoxdur. Bilinən odur ki, Mübariz Budaqlı da “Emin 444″ kimi yenicə həbsdən çıxıb və öldürülüb.

Mübariz Budaqlı ilə T.Cəlalov arasında uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər 2 nəfər T.Cəlalovun bir ailə üzvü haqda şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Hadisə baş verən gün isə T.Cəlalov M. Budaqli ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisəni törədib.

Bu qətldən 2 gün sonra “Emin 444″ün anası Məlahət Səfərova oğlunun qətlinə görə həbsə alınan kikboks üzrə dünya çempionu Zaur Yusifovun yaşadığı ünvanın qarşısına gedib. Məlahət Səfərova Yusifovların darvazası önündə oğlunun qətlində iştirak edən hər kəsin cəzalandırılmasını tələb edib. 

“Mənin oğlumun qətlində 6 nəfər işirak edib, 2 nəfəri tutublar. Tələb edirəm ki, oğluma 78 bıçaq vuranlar tutulsun. Əli Yusifov da, onunla bərabər həbs olunanlar tutulmalıdır. Mənim oğlumun bağırsaqlarını yerə tökənlər azadlıqda gəzməli deyil. Oğlumun qətlində Əli Yusifovun özü də iştirak edib. O, Emini aldadaraq qapılarının ağzına aparıb. Orada Zaur, Samir, Vüqar, onun özü oğluma hucum çəkiblər, boynuna kəndir atıblar. Eminin boğazında kəndirin izi də qalıb. Emin tək olub, bunlar 6 nəfər. Oğlumu 6 nəfər öldürüblər, Zaurla Həsəni tutublar. Əli Yusifov, bil ki, əl çəkən deyiləm. Həsən Tağıyev mənim oğluma 78 bıçağı tək vura bilməzdi. Oğluma həmin bıçaqları 6 nəfər vurub” – deyə Məlahət Səfərova “Kanal 14″ə videoaçıqlamasında bildirib.

Məlahət Səfərova oğlunun qətlə yetirildiyi yerin ətrafındakı binalarda videokameraların olduğunu, həmin videokameraların çıxarışlarının istintaqa təqdim edilməməsindən də şikayətlənib. Ölkə rəhbərliyinə müraciət edərək oğlunun qatillərinin hamısının həbs olunmasını istəyib.

“Emin 444″ mayın 9-dan 10-na keçən gecə Bakının Binəqədi rayonunda qətlə yetirilib. Yaxınları iddia edir ki, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində 1 nəfər deyil, 6 nəfər iştirak edib. Onlar qətldə bir neçə bıçaqdan istifadə olunmasını da bunu təsdiqləyən məqam kimi təqdim edirlər. E.Səfərovun anası Yusifovların darvazası önündə bildirir ki, cinayət işində 1 bıçaq var, digər bıçaqları isə hadisə yerindən aparıblar.

E.Səfərovun qətlindən sonra 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyev tutulub. Sonradan isə onun kikboks üzrə müəllimi olan Zaur Yusifov da həbsə alınıb. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Səfərovlar iddia edirlər ki, “Emin 444″ün Həsən Tağıyevlə mübahisəsi olmayıb. Cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb kimi də Zaur Yusifovun kasıblara sələmə pul verib onları incitməsini göstəriblər.

Binəqədi rayonunda 1 ay fərqlə törədilən hər 2 səs-küylü qətl işləri ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.

Aylardır davam edən müharibədə SON NÖQTƏ: ABŞ və Türkiyə…

ABŞ Türkiyə ilə gərginliyə səbəb olan S-400 müdafiə kompleksi və F-35 döyüş təyyarələri ilə bağlı müzakirələr aparacaq.

Bu barədə ABŞ-ın Müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan bildirib.

Polşalı həmkarı Mariusz Blaszczak ilə Pentaqondakı görüşdən öncə jurnalistlərə açıqlama verən Şanaxan qeyd edib ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar ilə S-400 böhranını telefonda müzakirə edəcək. Həmçinin, türk pilotlatın F-35 döyüş təyyarələri təlimlərini davam etdirib-etdirməyəcəyinə də aydınlıq gətiriləcək.

Bu arada, ABŞ Polşada raketdən müdafiə bazası quracaq. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Rud bu bazanının inşa edilməsində qətiyyətli olduqlarını dilə gətirib. (publika.az)

5 kritik məqam – Hansı hallarda təcili yardım gözləmək olmaz?

Elə kritik, insan üçün həyati təhlükəli məqamlar olur ki, yaxınları, ətrafdakı insanlar təcili yardım çağırıb, bununla da düzgün hərəkət etdiklərini düşünürlər. Amma bu vəziyyətlərdə təcili yardımı gözləməyə sərf olunan vaxt xəstənin həyatının sonu ola bilər.

Turkustan.info Medicina.az-a istinadən xəstəni və ağır vəziyyətdə olan insanı təcili yardım gözləmədən ilk yardım göstərib, lazım gələrsə, yaxınlıqdakı xəstəxanaya çatdırmağı labüd edən kritik vəziyyətləri təqdim edir.

1. Arterial qanaxma

Çox güclü, intensiv qanaxma zamanı qan sanki fontan vurur və qısa müddətdə litrlə qan itirilir. Əgər qanaxma dayandırılmasa, xəstə öləcək, hətta təcili yardım gəlsə də gec olacaq. Bu zaman qan axan hissəyə barmağınızı salıb tıxac yaratmalı və ya jqut qoymalısız. Təcili yardım 10-15 dəqiqəyə gələcəksə, vaxt itirmədən yola çıxıb, təcili yardıma yolunuzu deyib ya yolda qarşılaşmalı, ya da yaxın xəstəxanaya çatdırmalısız.

Daha bir arzuolunmaz qanaxma ağciyər qanamasıdır. Bu zaman qan nəfəs yollarını tutur.
Xəstəni elə çevirmək lazımdır ki, qan çölə axsın və o boğulmasın. Ona su, dərman, qida vermək olmaz.

2. Nəfəs borusunda yad cisim qalması

Daha çox uşaqlarda rast gəlinən bu halda yad cismi çıxarmağa vaxt sərf etmək olmaz. Tənəffüs yolları blok olduqda, xəstə göyərir, huşunu itirir.
Əgər bacarırsızsa, Qeymlix metodu tətbiq olunur. Bu haqda saytımızda video var. Amma bu effekt vermədikdə, xəstə təcili olaraq maşınla yaxınlıqdakı xəstəxanaya çatdırılmalıdır.

3. Hipoqlikemik koma

Qanda qlükozanın səviyyəsinin kritik dərəcədə enməsi. Əvvəlcə xəstə özünü narahat hiss edir, əl-ayaq əzələləri boşalır, tərləyir, su içmək istəyir, ürəyi döyünür, sifəti qızarır, vaxtında bu məqamı tutub, ona şirin su, çay, qənd versəniz vəziyyət düzələ bilər. Əgər vaxt keçsə, onda qıcolmalar başlayacaq və huşunu itirəcək.

Təcili olaraq xəstəxanaya çatdırılmalıdır. Əgər təcili yardım 10 dəqiqə gec gəlsə, xəstə komaya düşür. Ona təcili venadaxili qlükoza köçürülməlidir. Evdə və ya yaxında bunu bacaran varsa, dərhal aptekdən qlükoza alıb köçürmək olar.
Hipoqlikemik koma daha çox gənclərdə və diabet xəstələrində olur.

4.Uşaqlarda yalançı inağ

1-6 yaş uşaqlarda infeksiya fonunda yaranır. Əsas təhlükəsi qırtlağın stenozudur ki, tənəffüsü çətinləşdirir. Əvvəlcə inağ kimi hürücü öskürək olur, sonra uşağın ağır nəfəs alması, daha sonra göyərməyə başlaması.

Bu zaman uşağın daha yaxşı nəfəs alması üçün bütün pəncərələri açmalı, isti su dolu vannaya uşağı salmaq lazımdır. Təcili yardım gələnə kimi bunları edə bilməsəniz, maşınla təcili yaxınlıqdakı xəstəxanaya aparılmalıdır.

5.Nəbzin və tənəffüsün dayanması

Bu ağciyər-ürək çatışmazlıqlarında olur. Əgər nəbz var, tənəffüs yoxdursa, deməli nəfəs yolunu təmizləmək, dili çıxarmaq və süni nəfəs vermək lazımdır.
Əgər nəbz də yoxdursa, dəqiqədə 30-40 dəfə olmaqla ürək masajı olunub, süni tənəffüs verilməlidir.

Təcili yardım gələnə kimi bunlar mütləq olunmalıdır.

Qarabağda bu tarixə kimi SAVAŞ GEDƏCƏK: Paşinyanın Azərbaycan torpaqlarında ŞOK PLANI

“Rəsmi İrəvanla separatçı rejim arasında gərginlik artmaqdadır. Çünki İrəvanda yeni hakimiyyətə gəlmiş fiqurlar çox istərdilər ki, separatçı rejimin başqa nümayəndələri onlara loyal olsun”.

Turkustan.info bildirir ki, bunu Publika.az-a açıqlamasında siyasi şərhçi, sabiq diplomat Fikrət Sadıqov deyib.

Ermənistanda rəsmi İrəvan və Xankəndi arasındakı siyasi münaqişənin son durumu ilə bağlı danışan politoloq bildirib ki, iki siyasi elita arasında qarşıdurma ilk belə hal deyil: “Hətta Paşinyan hakimiyyətə gələndə çalışıb ki, Xankəndidə Bako Saakyana qarşı aksiyalar keçirsin, sadiq adamlarını ona qarşı qaldırsın və s. Təbii ki, Bako Saakyan keçmiş hakimiyyətin – Serj Sarkisyanın və Robert Koçaryanın adamıdır. Buna görə də Paşinyan çoxdan çalışır ki, onları göndərsin. Lakin Koçaryanın həbsdən azadlığa çıxmasından sonra bu istək ciddiləşməyə başlayıb. Paşinyan başa düşür ki, ona qarşı müəyyən dalğa qalxır. Zənnimcə, bu gərginlik daha da artacaq və baş nazir əlindən gələni edəcək ki, hətta 2020-ci il seçkilərinə qədər Qarabağ klanının rəhbərliyini dəyişdirsin. Hələlik isə Paşinyanın buna gücü yoxdur. Çünki o özü də o qədər möhkəm və stabil deyil. Ona qarşı məhkəmə strukturları tərəfindən müqavimət göstərilir. Digər dövlət strukturları onu dəstəkləmir. Belə getsə, bu qarşıdurma 2020-ci ilə qədər beləcə davam edəcək”.

Politoloq bildirib ki, Nikol Paşinyan Qarabağ klanını Azərbaycanla müharibəyə getməkdə ittiham etsə belə, separatçıların bu müharibə üçün o boyda imkanı yoxdur:

“Paşinyan üçün sözünə baxan rejim lazımdır. Buna görə də hər vasitə ilə Saakyan hakimiyyətini uzaqlaşdırmaq üzərində işləyir. Ola bilsin ki, Qarabağda Azərbaycanla gərginliyin artmasında maraqlı olanlar var. Bunu açıq şəkildə bəyan edənlər də var. Bu isə Paşinyana müəyyən əsas verir ki, onları ittiham etsin. Bu o demək deyil ki, Paşinyan separatçıların Azərbaycana qarşı mövqelərindən narahatdır. Sadəcə olaraq bütün proseslərin nəzarəti altına keçməsini arzulayır. Kortəbii şəkildə deyil, təşkilatlanmış və nəzarətli şəkildə”.

Qarabağda böyük müharibə başlaya bilər – Politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda forum zamanı cəbhə xəttində təxribatlara aidiyyətinin olmadığını bildirməsi onun baş verən hadisələrin məsuliyyətindən yayınmaq istədiyini göstərir.

Turkustan.info bildirir ki, bu sözləri politoloq Arzu Nağıyev son vaxtlar Ermənistan tərəfinin cəbhədə müxtəlif təxribatlara əl atması haqda Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, Paşinyanla Qarabağ klanı ilə arasında gedən mübarizə pik nöqtəyə çatıb:

“Ona görə Paşinyan Sankt-Peterburqda keçirilən forumda cəbhə xəttindəki təxribatlara hər hansı aidiyyətinin olmadığını bildirib. Paşinyan özü də başa düşür ki, onu təxribatlara çəkərək, hakimiyyətdən devirməyə çalışırlar. Dağlıq Qarabağ klanı və separatçılar Ermənistanda elə bir vəziyyət yaradıb ki, bütün bu baş verən hadisələrdə məhz Paşinyanı günahlandırsınlar. Görünən odur ki, Ermənistan baş nazirinin siyasi təcrübəsizliyi onu bu gün çox aciz və qorxaq vəziyyətə salıb”.

Politoloq bildirib ki, Ermənistan rəhbərliyi artıq danışıqların birmənalı şəkildə həm humanitar, həm də qlobal istiqamətdə İrəvanın cavab verməli olduğu mərhələyə qədəm qoyduğunu anlayır:

“Azərbaycan tərəfi və ATƏT-in Minsk Qrupunun nümayəndələri açıq şəkildə bəyanat verməlidir ki, əgər proses bu cür davam edərsə, bu, böyük bir müharibəyə çevrilə bilər. Müharibə başlasa, artıq bunun qarşısını sülh yolu ilə almaq mümkün olmayacaq. Buna görə də Minsk Qrupu ilə bərabər, regional dövlətlər də bu proseslərdə aktiv şəkildə iştirak etməlidir. Onlar Ermənistanı kəskin şəkildə tənqid edib, danışıqlar masasına əyləşdirməklə Azərbaycanın ərazi bütövlüyü məsələsinin həllinə nail olmalıdır”.

Müdafiə nazirləri Qəbələdə: Üçtərəfli görüş başlayır

Bu gün Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, artıq müdafiə nazirləri Qəbələdədir.  /Cebhe.info/

Şokolad haqqında bilmədiyimiz maraqlı faktlar

Şokolad hər həsin sevimlisidir.

Turkustan.info Milli.Az-a istinadən bu ləziz təam haqqında bilmədiyimiz faktları təqdim edəcək.

Şokolad antioksidantdır

Kakao barədə aparılan araşdırmalar göstərir ki, kakaosu çox olan tünd şokolad güclü antioksidant deposudur və ürək çatışmazlığı ilə mübarizədə yardımçıdır.

Enerji verir

Kiçik şokolad parçası sayəsində 45 metr gəzə biləcək enerjiyə sahib olursunuz.

Xoşbəxtlik hissi yaradır

Şokoladın insana yaşatdığı xoşbəxtlik hissi heç də nağıl deyil. Kakaonun tərkibindəki bioaktiv qida komponentləri və maqnezium, orqanizmdə seratonin adlanan xoşbəxtlik hormonunun ifraz olunmasına təkan verir. Buna əsaslanaraq deyə bilərik ki, şokolad həm də təbii anti-depresantdır.

Piylənmə və diyabet

Araşdırmalar göstərir ki, tünd kakaonun tərkibindəki bəzi maddələr piylənmə və II tip diyabetin qarşısını alır.

Yaşlanmanı gecikdirir

Şokoladın tərkibindəki bəzi maddələrin yaşlandırmanı gecikdirdiyi iddia edilir.

Ömrü uzadır

Harvard Universitetində 8 min kişinin iştirakı ilə aparılan tədqiqatlar şokoladın ömrü uzatdığını sübut edib. İçindəki antioksidantlar vasitəsilə şokolad sevənlərin ömrü ən az 1 il uzanır.

Diş çürüməsini önləyir
 
Araşdırmalar sübut edir ki, kakaoda olan bir maddə düş çürüməsinin qarşısını ala bilir və diş minasını zədələnmədən qoruyur.

Beyni aktivləşdirir

MRT-dən öncə kakaolu içki içən insanın beyni əvvəlkinə nəzərən daha aktiv şəkildə çalışmağa başlayıb.

Hamiləlik zəhərlənməsindən qoruyur

Aparılan araşdırmalar göstərir ki, şokoladın tərkibindəki “theobromine” adlı komponent hamilə qadınların hamiləlik zəhərlənməsinin qarşısını ala bilir.

“Onlayn medianın məsələsini Milli Məclisdə yenidən qaldıracam”

“Etiraf edək ki, hazırda ölkədə və dünyada ictimai fikir internet üzərindən yayımlanan informasiya vasitələri tərəfindən formalaşır. Azərbaycanda reklam bazarında müəyyən problemlər mövcuddur. Bunları nəzərə alaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yazılı medianı maliyyələşdirir. Təəssüf ki, ictimai fikri formalaşdıran onlayn media tam olaraq kənarda qalır”.

Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.

Onlayn medianın maliyyələşmə məsələsinin aktual olduğunu diqqətə çatdıran parlamentari payız sessiyasında məsələni yenidən gündəmə gətirməyi düşündüyünü vurğulayıb.

“Onlayn medianın maliyyələşməsi məsələsi aktualdır. Çalışacam ki, məsələ növbəti payız mövsümündən başlayaraq Milli Məclisdə gündəmə gətirilsin və öz həllini tapsın. Bu məsələnin həlli reallaşarsa, həm dövlətimiz, həm də biz uduşlu olacağıq. Çünki indiki şəraitdə biz iqtisadi cəhətdən çətinlik çəkən hər hansı onlayın internet üzərindən yayımlanan media vasitəsini tarixin axarına buraxa bilmərik”.

Əflatun Amaşovun sözlərinə görə, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır.

“Elə etməliyik ki, onlayn mediamız xaricdən ölkəmizə qara yaxmağa çalışan qüvvələrin təsiri altına düşməsin. Hesab edirəm ki, dövlət tərəfindən maliyyələşmənin həyata keçirilməsi müsbət nəticələr verə bilər”.

Əflatun Amaşov onlayn medianın maliyyələşməsi məsələsini bir neçə dəfə parlamentdə müzakirəyə çıxarıb.

Tokayevin erməni açıqlaması: Türk dünyasına təxribat planı?

Qazaxıstanla Ermənistanı tarixi baxımdan ancaq ermənilərin türk torpaqlarında həyata keçirdikləri terror və vəhşiliklər birləşdirir.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin “tarix və dil baxımından Ermənistanla ortaq nöqtələrimiz var” sözlərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Tokayev müsahibəni Ermənistan mətbuatına verdiyi üçün onun fikirlərinin təhrif edilməsi mümkündür:

“Bunu dəqiqləşdirmək lazımdır. Tokayevin “bizim Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur” deməsi onun üçün gülünc və biabırçı bir hal olar. Çünki qazax dili ilə erməni dili arasında heç bir oxşarlıq yoxdur. Qasım-Jomart Tokayev qazax dilini və qazax türkcəsini mükəmməl şəkildə bilir və təcrübəli siyasətçidir. Onun belə bir müsahibə verəcəyini düşünmürəm. Ola bilsin ki, Tokayev Sovet dövründə Ermənistanla ortaq məsələlər haqqında danışsın. Amma ortaq dil, tarix və mədəniyyətdən danışması real görünmür. Tarix baxımından onları ancaq Ermənistanın Qazaxıstan ərazisində törədikləri terror hadisələri birləşdirə bilər”.

Politoloq bu məsələnin Ermənistan tərəfinin növbəti təxribatı olduğunu bildirib:

“Hesab edirəm ki, Ermənistan mətbuatı məqsədyönlü şəkildə belə bir təhrif olunmuş açıqlama dərc edib. Çünki İrəvanı narahat edən əsas məqamlardan biri Azərbaycanla Qazaxıstan arasında olan sıx əlaqələrdir.

Buna görə də iki ölkə arasında problem yaratmaq, fikir ayrılığına yol açmaq üçün Ermənistan hökuməti Qazaxıstan prezidentinin adından belə bir xəbəri yaymağa çalışır”.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Ermənistanın səsi” qəzetinə müsahibəsində “Ermənistanla tarix və hətta dil baxımından ortaq nöqtələrimiz çoxdur. Ona görə də mən gələcək əməkdaşlığa optimist yanaşıram” deyib.

Tamer Osmanağaoğlu Azərbaycanı Təbrik Etdi

Türkiyədə MHP – dən İzmir millət vəkili olan Tamer Osmanağaoğlu  Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 101 – ci il dönümündə ,Türkiyə Böyük Millət Məclisində , ermənlərlə dostluq əlaqələri qurmaq üçün dəridən qabıqdan çıxan HDP – li vəkillərin gözlərinin içinə baxaraq Azərbaycan xalqını təbrik etdi. Böyük Turan sevdalısı , Bütöv Azərbaycan sevdalısı Taner bəyə sonsuz təşəkkür edirik və düşünürük ki , belə mərd ürəkli insanları Azərbaycan toplumu tanımalı , sevməli və dəstəkləməlidir. Onu da qeyd edək ki , Tamer bəy daha öncə də Güney Azərbaycanın Traktor komandasına verdiyi dəstəklə gündəmə gəlmişdir. Təşəkkürlər , Türkiyənin incisi İzmir , təşəkkürlər millətimin vəkili.

 

Biabırçı məğlubiyyətin əsas “qəhrəmanları” – “çox sağ olsunlar”!

Futbol üzrə Azərbaycan millisi tarixinin ən uğursuz dönəmlərindən birini yaşayır. Bu gün “Bakcell Arena”da AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxan milli komanda Slovakiya yığmasına böyük hesabla məğlub olub.

Nikola Yurçeviçin yetirmələrinin doğma meydanda 5:1 hesabı ilə uduzmaları azarkeşləri də məyus edib. 

Sosial şəbəkələrdə istifadəçilər ən çox müdafiə xətti və dayaq yarımmüdafiənin zəif olmasından şikayətləniblər. Buraxılan beş qolu nəzərə alsaq, onların tamamilə haqlı olduğunu deyə bilərik.

Kapitan Rəşad Sadıqovun gedişindən sonra millinin müdafiə xətti Bədavi Hüseynova tapşırılıb. Lakin son oyunlar, əsasən də bugünkü qarşılaşma, B.Hüseynovun bu vəzifə ilə bacarmadığını göstərir. Bədavi rəqib komandanın futbolçularından çəkinir, təkbətək mübarizələrdə onlara uduzur. 

Slovaklar Azərbaycan millisinin yarımmüdafiə və müdafiə xəttini gəzə-gəzə, bəzi məqamlarda isə əzə-əzə keçirdilər. 

Bədavi Hüseynov isə nə özü onların qarşısını kəsə bilirdi, nə də komanda yoldaşlarını düzgün istiqamətləndirirdi. Azərbaycan komandasının müdafiə xəttində sanki xaos hökm sürüdü, futbolçular bir-biri ilə anlaşa bilmirdilər. 

Məğlubiyyətimizdə “Qarabağ”ın və millinin dayaq yarımmüdafiəçisi Qara Qarayevin də payı böyükdür. İlk dəqiqələrdən inamsız təsir bağışlayan Qara Qarayev özünü sanki Antalyada istirahətdəki kimi hiss edirdi. Ayağına top düşən kimi geriyə qapıçıya ötürürdü, belə desək, topu başından edirdi.

Q.Qarayev kimi futbolçuların millidə niyə oynadığını anlamaq belə çətindir. Misal üçün Slovakiyanın yarımmüdafiəçisi Stanislav Lobodka millimizin qapısına ilk qolu vuranda Qaranın yanından “Mercedes” “Jiquli”nin yanından keçərmiş kimi ötdü. Qarayev isə dayanaraq sanki azarkeş kimi qapımıza vurulan qola tamaşa etdi.

Ümumiyyətlə, bir-iki futbolçunu çıxmaq şərti ilə millinin digər oyunçuları meydançaya niyə çıxdıqlarını özləri belə anlamırdılar.

Rahil Məmmədovun bununla bağlı bəxti gətirib desək yanılmarıq. Üç gün əvvəl, elə bu “Bakcerll Arena”da Macarıstana 3: hesabı uduzan millinin oyununu xatırlasaq, ilk növbədə R.Məmmədov və onun kobud səhvlər və inamsız oyunu yada düşür.

Bu arada sual yaranır ki, Azərbaycan üçün meydançada can qoymayan, oyunlara həvəssiz çıxan B.Hüseynov, Q.Qarayev, R.Məmmədov kimi futbolçular niyə millidə oynamalıdırlar? 

“Bura dəlixanadır” – Bakıda xəstəxanada övladı dünyasını dəyişən ata

İyunun 5-də tut ağacından yıxılan 11 yaşlı Sənan Əliyev bu gün dünyasını dəyişib.

Turkustan.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə uşağın atası Elman Əliyev məlumat verib. Ata iddia edir ki, oğlunun yatdığı xəstəxanada çalışan həkim onun ölümündə günahkardır: “Hər şey Sabunçu xəstəxanasında işləyən İmdad həkimin növbəsində baş verdi. Bura dəlixanadır. Yalnız bir süni nəfəs aparatı ilə bütün xəstələrə yardım etməyə çalışırlar. Belə olmaz axı. Uşaq xəstəxanaya yatırıldığı günün gecəsində onu süni nəfəs aparatından ayırmrasaydılar, bu hadisələr baş verməyəcəkdi. Hər şey İmdad adlı həkimin səhlənkarlığından baş verdi”.

Xatırladaq ki, hadisə Bakının Sabunçu rayonu ərazisində baş vermişdi. 3 metr hündürlükdən kürəyi üstdə yıxılan azyaşlı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Həkimlər isə ona kəllə-beyin travması diaqnozu qoymuşdular. Sənan Əliyevin yaxınları Sputnik Azərbaycan-a açıqlamada onun xəstəxanaya yerləşdirildiyi ilk gündə huşunun yerində olduğunu, hətta növbəti gündə palataya köçəcəyi ilə bağlı verilən vədlərlə ümidləndiklərini bildiriblər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ölüm işi ilə əlaqədar istintaq başlanılıb. Əgər ölüm hadisəsində həkim səhlənkarlığı təsdiqini taparsa, buna hüquqi müstəvidə qiymət veriləcək.

Ən böyük andın “Vətən haqqı, bayraq haqqı” olsun – Jurnalistin qızına NƏSİHƏTİ

Nadir İsmayılov

Gözəl, şirin, gülərüz qızım! 17 il əvvəl həyatımıza Günəş kimi doğan Şəmsiyəm!
Düz 17 ildir ki, birgə addımlayırıq. Bütün işlərimə, yorğunluğuma, zamanımın azlığına baxmayaraq, bu 17 ilin, demək olar ki, hər bir anını xatırlayıram. Körpə ikən ilk qığıltın, ilk gülümsəmən, ilk ayaq açıb yerimən, ilk sözlərin, məktəbə getdiyin ilk gün, ilk uğurun. Bir sözlə, hər şey beynimin dərin qatında əbədi həkk olunub. Bu ilklər içərisində orta məktəbə getdiyin gün çalınan ilk zəng və o zəngdən sonra içəriyə daxil olub, sinifdə ilk sırada oturmağın da var. Bir neçə gündən sonra isə Son Zəng çalınacaq. Sənin və sinif yoldaşların üçün orta məktəbin bitdiyi anlamını verən Son Zəng.

Əziz qızım! Görünür, böyüklərimiz uzun illər öncə buna Son Zəng adı verməklə heç də səhv etməyiblər. Çünki bu, uşaqlığa, uşaqlıq şıltaqlığına, atanın, ananın, müəllimlərinin sənin səhvini görməzdən gəlməyinə, qayğısız, hər an yanında bir böyüyün (istər məktəbdə, istər evdə) olmasına son qoyacaq bir Son Zəngdir. Bəli, bundan sonra tam yeni bir həyata qədəm qoyacaqsan. Və gözəl qızım, biləsən ki, sənin və sənin kimi digər 11-lərin bəzən səbirsizliklə can atdığı o həyatda, o dünyada heç də hər şey hamar, sabit, münbit deyil. O həyatda fırtınalı, qasırğalı, qayğılı, zəhmətli, yuxusuz və yorğun günlərin sayı daha çoxdur. O həyatda sənin səhv etmək lüksün yoxdur, əziz qızım. O həyatda sənin bir dəqiqə belə itirmək şansın yoxdur, gözəl balam. Çünki nə qədər yaxın olmağa çalışsaq da, müstəqil həyatda uşaqlığında olduğu kimi hər dəqiqə başının üzərində dura bilməyəcəyik. Və bu amansız həyatda qalib gəlmək, dik dayanmaq üçün bəzi vacib məqamlar, şərtlər var ki, gərək onu heç zaman unutmayasan.

Əvvəla, heç zaman hansı millətin, hansı xalqın, hansı ölkənin vətəndaşı olduğunu unutma. Bir Türk qızı kimi dövlətini, bayrağını, ölkənin adını hər zaman uca tut. Ən böyük andın “Vətən haqqı, torpaq haqqı, bayraq haqqı” olsun!

Qismət olsa, səni əmanət edəcəyimiz qardaş Türkiyəni də Azərbaycan qədər sev hər zaman, zatən sevdiyini də bilirəm. Sadəcə, bilməlisən ki, bundan sonra sən qazandığın hər bir uğuru bir millət, iki dövlət olan Azərbaycanın və Türkiyənin adına qazanacaqsan. Və bu iki dövlətin adını hər zaman uca tutmaq sənin bir nömrəli vəzifən olmalıdır.

Həm də unutma, sən orada təhsil almaqla bir zamanlar mənim istəsəm də gerçəkləşdirə bilmədiyim Türkiyədə təhsil almaq arzumu da gerçəkləşdirmiş olacaqsan! 
Gözəl qızım, qarşına qoyduğun hədəflərə çatmaq üçün hər zaman özünə inan, gücünə inan, bacaracağına inan!

Ümidini heç vaxt itirmə! 

“Mən bunu bacaracağam”, “Mən buna qadirəm” prinsipi ilə hər zaman ön sıralara doğru addımla!
Gözəl qızım, bunları yaza-yaza həm də xəyal edirəm. Gələcəkdə sənin öz sahəsinin bacarıqlı, bilikli birisi kimi Vətənimizə şərəfli xidmət etdiyini, Türk dünyasının tanınmış elm adamlarından biri kimi xarici ölkələrdə hər iki ölkəmizin adına uğurlar qazandığını görürəm o xəyalımda. Və bu xəyalımın bir gün gerçək olacağına inanıram. Çünki sən Nadir Azərinin qızısan, Şəmsiyəm! Və heç bir şübhəm yoxdur ki, istərsən nəsihət, istərsən də vəsiyyət kimi dəyərləndirəcəyin bu fikirlərim hər an ağlında olacaq, ən çətin anlarında belə sənə güc verəcək!

Həyatda özünü təsdiq etmək, ardıcıl uğurlar qazanmaq üçün başladığın yeni mübarizən kutlu olsun, qızım! Tanrı səni və sənin kimi bütün Türk övladlarını qorusun!