Ca. İyn 20th, 2019

Bu ölkəyə portağal boyda dolu yağdı – Foto

Sloveniyanın cənub bölgəsində fırtına ilə müşayiət olunan portağal boyda dolu düşüb, əraziyə ciddi ziyan dəyib.

Turkustan.info xəbər verir ki, ​Fövqəladə Hallar Mərkəzinin məlumatına görə, Koçevye, Çrnomel, Ribnitsa və digər yaxın ərazilərə yerli əhaliyə yardım etmək üçün ümumilikdə 79 yanğınsöndürən briqada cəlb olunub.

Şimali Afrikadan Avropa istiqamətində hərəkət edən tropik hava kütləsi Cənubi Sloveniya və Şimali Xorvatiyada fövqəladə hava şəraitinin yaranmasına səbəb olub. Alp dağlarından hərəkət edən soyuq hava kütləsi ilə toqquşma nəticəsində yaranan onlarla fırtına özəkləri yaşayış məntəqələri və şəxsi təsərrüfatlara zərər vurub. Kəskin hava şəraiti saatda 130 km sürətlə hərəkət edən külək və güclü yağıntı ilə müşayiət olunub.

Sosial şəbəkələr və mətbuatda binalara və bitki örtüyünə ziyan dəydiyini göstərən məlumatlar paylaşılsa da, təsərrüfatlara dəyən zərər hələ dəqiqləşdirilməyib.  /Axar.az/

Paylaşılıb
CrestaProject