C. İyn 21st, 2019

Qacar şahzadəsinin fransız zabit əri… (FOTOLAR)

Zaur Əliyev, dosent

Bura Fransanın İl-de-Frans bölgəsində yerləşən məzarlıqdır. Məzar Azərbaycan Cümhuriyyət ordusunda və “Vəhşi diviziya” deyilən orduda xidmət etmiş Şarl Testenuarındır. Onun yanında isə məzar xanımı, Bəhman Mirzə Qacarın nəvəzi Leyla xanım Qacarındır.

Şarlın atası Liondan olan ipək sənayeçisi idi. O, tez-tez Qafqaza gəlir, oğlunu da özüylə gətirirmiş. Ona görə də Şarl Qafqazı sevirmiş. Məhz bu sevgiyə görə birinci dünya müharibəsi illərində Rusiya İmperatoruna məktub yazır :
” Mənim Qafqaza və orda yaşayan Qacar xanlar ailəsi ilə dostluğumu nəzərə almağınızı xahiş edirəm, icazə verin, qafqazlılar arasında vahid düşmənə qarşı vuruşum””
Bu məktubunu alandan sonra İmperator ona izn verir. Alay Ukraynada olan zaman onun tərkibinə Fransa vətəndaşı Şarl Testenuar qatılıb və alayın süvarisi olmaq hüququ ona da verilib. Bu münasibətlə Fransa konsulu Gəncə Qubernatoruna 18 dekabr 1916-cı ildə yazır 
” Diqqətinizə çatdırım ki, 26 oktyabr tarixindən etibarən, Tatar alayı komandasının komandiri, polkovnik Polkovtsevin imzası ilə bir fransız vətəndaşı, ehtiyatda olan əsgər Karl Testenoir, yuxarıda göstərildiyi kimi tatar alayına girdiklərini bildirmişdi”

Qeyd edim ki, alayın heyəti döyüş bayrağı kimi onlara 1-ci atlı müsəlman alayını yola salınan zaman Şuşa qəza idarəsində saxlanılan fəxri bayrağı özləri ilə aparıblar. Milli süvari paltarı ilə bərabər qaragül dərisindən papaq və yapıncı geyən, nizami silahlardan (tüfəng, nizə və şaşka) başqa ənənəvi xəncər daşımaq hüququ olan süvarilərin içərisində Şarl Testenuarın xüsusi hörmətli var idi və onun, alayda ən yaxın dostu şəhzadə İdris ağa Qaflan ağa oğlu Qacar idi. Ailəvi yaxın olan bu iki dost sonradan qohum olurlar. Onun bacısı Leyla xanım Qacarla ailə qurdu. Alay dağılıb, Azərbaycan Cümhuriyyəti qurulandan sonra birlikdə Bakıya qayıdılar. Burada ona Azərbaycan vətəndaşlığı verilir. Lakin 1920-ci il hadisələrindən sonra Fransaya gedir və yoldaşı ilə orda yaşayır.
Şarl Testenuar 11 dekabr 1949-cu ildə rəhmətə gedir.
Leyla xanım Qacar isə 31 mart 1974-cü ildə rəhmətə gedir. Ailəvi məzarlıqda onları birgə dəfn edirlər….
Leyla xanımın bir bacısı Mənicə xanım Qacar da 1991-ci ilin iyulunda ABŞın Texas ştatında dəfn edilib. Bir bacısı Aliyə xanım Qacar isə 1937-ci il represiyyalarının qurbanı olur.

Səhv etmirəmsə ailəsindən Kamran Əmir Təhmasib adlı şəxs qalır ki, hazırda Fransada yaşayır.

Paylaşılıb
CrestaProject