Ça. İyn 18th, 2019

Gün: İyun 13, 2019

Gürcüstanda pomidor aksiyası – Azərbaycanlılar ayağa qalxdı – Foto

Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində sakinlər yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçiriblər.

Bu barədə “Rustavi 2” televiziya kanalının hazırladığı süjetdə bildirilib.

Sakinlərin sözlərinə görə, Gürcüstana xarici ölkələrdən böyük həcmdə pomidor idxal olunduğundan onların məhsulu 20 tetriyə belə satılmır.

Kənd sakini Tamaz Məmmədov deyib ki, məhsulun yetişdirilməsi üçün bankdan kredit götürüb: “Məhsulumuz satılmadığından xarab olur. Hökumət bu məsələyə diqqət göstərməsə, Marneulidə magistral yolu bağlayacağıq”.

Məhsul istehsalçıları etiraz əlaməti olaraq çoxlu sayda pomidoru ayaq altına ataraq məhv ediblər.    /Report/

Bu sahədə yoxlamalar başlayır – PREZİDENT SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1603-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncam imzalayıb.

Turkustan.info xəbər verir ki, dəyişikliyə əsasən yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilib.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.

Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqların müdafiəsi məqsədilə qeyd olunan hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Xarırladaq ki, bir neçə gün əvvəl tikinti sahəsində ciddi yoxlamaların başlayacağı haqda məlumat vermişdik. Bununla bağlı Milli Məclisdə də müzakirələr aparılmışdı. Bu xəbərlərdən isə ən çox tikinti biznesi ilə məşğul olan məmurların narahatlıq keçirdiyi bildirilirdi. Prezidentin etdiyi bu dəyişiklikdən sonra oliqarxların tikinti biznesində mövcud olan problem və qanunsuzluqların üzə çıxacağı ehtimal olunur. Yoxlamalar obyektiv aparılarsa, o zaman həmin məmurların biznesinə ciddi zərbə dəyəcəyini gözləmək olar. 

İnterpol bu azərbaycanlını axtarır

Azərbaycanda qətl törətməkdə təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib.

Turkustan.info-nun məlumatına görə, 1964-cü ildə Lerik rayonunda anadan olan Əlipaşa Məmmədov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Bundan sonra məhkəmə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçib və təqsirləndirilən şəxs axtarışa verilib.

İnterpol həmin şəxs barəsində beynəlxalq axtarış elan edib.  /Trend/

Putin jurnalistin həbsinə görə iki generalı qovdu

Rusiya Prezidenti Vladimir Putin polis general-mayorları Yuri Devyatkin və Andrey Puçkovun daxili işlər orqanlarından kənarlaşdırılması haqqında fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Sözügedən generalların orqanlardan kənarlaşdırılmasını Rusiya Prezidentinə şəxsən daxili işlər naziri Vladimir Kolokolsev bildirib. Bunun jurnalist İvan Qolunovun işi ilə əlaqədar olduğu bildirilir.

İyunun 6-da həbs olunmuş İ.Qolunov narkotik vasitələrin satışına cəhd etməkdə təqsirləndirilirdi. Onun həbsi və ona dəstək üçün keçirilən aksiyada polislərin hərəkətləri Rusiyada geniş əks-səda doğurmuşdu. İyunun 11-də jurnalist təqsirinin sübuta yetirilməməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, Y.Devyatkin Rusiya DİN Narkotik vasitələrlərin dövriyyəsinə nəzarət üzrə baş idarənin Moskva idarəsinin rəisi olub, A.Puçkov isə paytaxtın Qərb inzibati dairəsinin DİN rəhbəri vəzifəsini tutub.    /bizimyol.info/

ADAU-nun rektoru Ibrahim Cəfərov Quba məktəbliləri ilədə görüşüb

Qubanın Heydər Əliyev mərkzində “Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində keçirilən görüş də olduqca maraqlı olub. Bu  görüşdədə zəngin tarixə, böyük potensiala və şəraitə, maddi-texniki bazaya  malik təhsil müəssisəsi haqqında  bölgə insanlarına ətraflı məlumat verilib.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu görüşdə də iştirak edib.

Əvvəlcə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyyəddin Əliyev rayonun aqrar sahədə əldə etdiyi uğurlardan danışıb və bildirib ki, daha böyük uğurlara imza atmaq üçün hərtərəfli biliyə və təcrübəyə malik kadrlara ehtiyacımız var və ehtiyacımızın ödənilməsi üçün ADAU-dan  gözləntilərimiz çoxdur. Hesab edirəm siz gənclərin hesabına biz daha böyük kadr bazasına nail olacağıq.

Sonra Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub.

Görüşdə rektor İbrahim Cəfərov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb, ölkə iqtisadiyyatının bir hissəsini kənd təsərrüfatı təşkil etdiyini bildirib. Həmçinin aqrar sahə üzrə ixtisas seçənlər üçün kifayət qədər iş yerinin olduğunu diqqətə çatdırıb. Rektor onu da əlavə edib ki, bu gün ADAU dövlət başçısının  və Kənd Təssərrüfatı nazirliyinin qayğısı ilə mükəmməl bir bir universitetə çevrilibdir və ömrünün ən şərəfli illərini yaşayır.

ADAU-nun məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, 
Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. Həmçinin Telman Musayev abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında da ətraflı məlumat verib.

Görüşdə universitetlə, burda olan ixtisaslarla bağlı suallara aydınlıq gətirilib, dünya standartlarına cavab verən maddi texniki bazadan geniş söhbət açılıb.

“Vicdansız Elşad Barat! Mən sənin kimi böhtançını məhkəməyə verirəm!” -FOTO

Xalq yazıçısı Çingiz Abdullayev gənc yazar Elşad Baratı məhkəməyə verir.
Xalq yazıçısını bu addımı atmağa vadar edən E.Baratın onun haqında yazdığı statusdur.

E.Barat Çingiz Abdullayevə məxsus avtomobillərin şəkillərini paylaşaraq onu AYB-nin pullarını mənimsəməkdə ittiham edib:
“Desəm ki, Çingiz Abdullayev AYB-yə, gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatdan gedib özünə 6-cı maşını alıb, yenə məni öldürmək istəyəcəksiz? Bu da Çingizin 6-cı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə restoranı icarəyə verir, büdcəni dağıdır. Murad Köhnəqala isə kirayədə yaşayır, yüzlərlə gənc yazar qəpiyə bomba atır, mən özüm öz vəziyyətimi yazmıram, birdən Çingiz müəllim utanar”.


Ç. Abdullayev şairin ittihamlarına elə statusun altında cavab verib. O, E.Baratı məhkəməyə verəcəyini bəyan edib:
“Vicdansız Elşad Barat! Sən mənim avtomobillərimin şəklini çəkmisən. Mən sənin kimi əhəmiyyətsiz bir adama cavab vermək məcburiyyətində deyiləm, ancaq başqalarına açıqlama verirəm: Mənim “Cip” maşınım alti il bundan əvvəl alınıb. Sənədlərim var. Ağ “Kamri” maşın isə şəxsən mənə aid deyil. Bu dövlət nömrəsidir. Mən öz ğəlirlərim haqqında arayış verə bilərəm. Sənin kimi istedadsızdan fərqli olaraq mən bütün dünyada çap olunuram. Sənin icarə haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay darman almaq uçun yardım alır. Azərbaycan Yazıçılar Birliyinin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq. Anar müəllim də öz şəxsi vəsaitindən sənə yardım da edib! Mən sənin kimi böhtançını məhkəməyə verirəm!”

(baku.ws)

Mehriban Əliyevadan TAPŞIRIQ: Qarabağ əlili üçün ev tikildi – FOTO

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ucar rayonunun ən iri yaşayış məntəqəsi olan Qaracallıda kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi evin tikintisi başa çatıb.

Azərtac-ın müxbiri Qaracallı kəndində olub, Şöhrət Qasımovun ailəsinə baş çəkib.

1978-ci ildə anadan olan Şöhrət Qasımov ailənin ən böyük övladıdır. Üç qardaş, bir bacıdırlar. Hərbi xidmətdə olarkən 1998-ci il iyulun 18-də Füzuli rayonunun Əbdürəhman kəndində ermənilərin qəfil hücumuna məruz qalıblar. Gərgin keçən atışmada bir ayağının dizdən aşağı hissəsini itirib.

Yeni evin sevincini yaşayan Şöhrət Qasımov Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirərək deyib: “Mənzil şəraitimiz çox pis idi. Mehriban xanıma müraciət ünvanladım. Çox sağ olsun, müraciətimə dərhal cavab verildi və qısa vaxtda gözəl ev tikildi. İndi burada həyat yoldaşım və 2 övladımla – Azərbaycanın gələcək əsgərləri ilə rahat yaşayırıq. Bu rahatlığı bizə bəxş edən Heydər Əliyev Fonduna, fondun prezidenti Mehriban Əliyevaya çox-çox minnətdaram”.

Ölkəmizdə əlillərə xüsusi diqqət və qayğı göstərildiyini deyən Qarabağ müharibəsinin əlili Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni qəsbkarlardan azad ediləcəyi günü səbirsizliklə gözləyir.

Qeyd edək ki, həyat yoldaşı və 2 övladı ilə ağır mənzil şəraitində yaşayan Şöhrət Qasımov bir müddət öncə Heydər Əliyev Fondunun “Regional inkişaf” İctimai Birliyinə müraciət ünvanlayıb. Müraciətdən sonra bu ilin fevralında əraziyə baxış keçirilib və yeni evin layihəsi hazırlanıb. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə tezliklə tikinti işlərinə başlanıb və Qarabağ əlilinə məxsus həyətyanı sahədə 4 aya üç otaqlı, tam təmirli, mətbəx mebeli ilə təchiz olunan, su çəni və suqızdırıcı avadanlıq qoyulan fərdi ev inşa edilərək, ailəyə təhvil verilib.

“Mənsimov məni ancaq bir şərtlə tənqid edə bilər” – Deputat-iş adamı QOVĞASI

“Futbolçularımız azarkeşlərin pulu ilə yox, dövlətin pulu ilə dolanır. Dövlətin büdcəsi, nazirlik, federasiyalar var. Görünür Mübariz Mənsimov hər hansı komandanın kimin hesabına qaldığını bilmir. Futboldan danışmağa ixtiyarı olmayan, futbolla yaşamayan adamın danışması doğru deyil”. 
Bunu Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun onun haqqında səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

Ağacan Abiyev bildirib ki, Mənsimov onu ancaq bir şərtlə tənqid edə bilər:
“Əgər Mübariz Mənsimov məni mütəxəssis kimi tənqid etsəydi, qəbul edərdim. İndi o yoldaş nəsə deyibsə, özü bilər. Demokratik ölkədə yaşayırıq. Onun haqqımda dedikləri problem deyil. Mənim fikirlərim nə kiməsə qarşıdır, nə də kiminsə tərəfini əks etdirir. Futbola 100, 50 min həvəskar tamaşa edir. Ancaq o həvəskarların futbol komandasından, məşqçilərin  əziyyətindən  xəbəri yoxdur. Bu da təbidir. Çünki azarkeşin işi deyil ki, futbolun dərinliklərini bilsin. SSRİ-nin tərkibinə 15 respublika daxil idi. O boyda ölkədə bir nəfər də olsun gedib Olimpiya Oyunlarında hər hansı idman növünün baş hakimi olmayıb. 2004-cü ildə boks üzrə Olimpiya Oyunlarının baş hakimi kim idi?! Professor Ağacan Abiyev”.

Deputatın sözlərinə görə, hər bir azərbaycanlı  öz komandasını sevir və qalib gəlməsini istəyir:
“Ancaq azarkeş mütəxəssis deyil! O ancaq oyuna tamaşa edir və komandası üçün qələbə arzulayır. Futbolda iki komanda olur. Biri qalib gəlirsə, digəri mütləq məğlub olmalıdır. Məsələn, teatra, kinoya baxmağa gedirik. Məgər biz teatr, yaxud da kino mütəxəssisiyik?!  Düşünürəm ki, hər bir sahənin  mütəxəssisi baş verən hadisəyə münasibət bildirsə, daha məqsədəuyğun olar. Hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olsa,  Azərbaycan udacaq”.

Qeyd edək ki, “Palmali”nin rəhbəri Mübariz Mənsimov  Ağacan Abiyevin “Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işləri ilə məşğul olsunlar” fikirlərinə reaksiya verərək bunları deyib:

“Anlamadım?! Azarkeşin işi nədir ki?! Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?! Millətin seçdiyi vəkil! Azarkeş olmasa futbol olmaz! Azarkeş olmazsa, ümumiyyətlə idman olmaz! Onların nəyə ixtiyarları var, nəyə yoxdur əslində siz yaxşı bilməlisiniz. Komanda uduzursa, azarkeşlərin fikrinin əhəmiyyəti yoxdur nə deməkdir?! Siz də Azərbaycan bayrağını yüksəldərkən belə düşünürdünüz? O qaldırdığınız bayraq həmin azarkeşlərin, millətimin bayrağıdır! Və millət bayrağının heç vaxt yenilməsini və gülünc vəziyyətə qoyulmasını istəmir. Hər oyuna bayraqla gələn, sizin sözlərinizlə desək gərəksiz azarkeşlər milli oyunçularından nəticə gözləyir. Və hər zaman da nəticəsiz və pərt geri dönür. Odur ki, milli istefaya da göndərə bilər, təşəkkür də edə bilər. Siz isə AFFA-dakı yalnış idarəetməni dəstəkləyərək, futbolu məhv edirsiniz!

“Nədənsə bizim azarkeşlərin işi futbolçuların pulunu saymaqdır. Onu da düzgün saya bilmirlər” – deyə, Ağacan Əbiyev qeyd edir. Təbii ki sayacaqlar. Çünkü futbola xərclənən küllü miqdarda pullar elə həmin azarkeşin pullarıdır. Azərbaycan xalqının puludur. Ona görə də hesab verəcəksiniz! Mənasız transferlərə fantastik pullar xərcləyib, öz pulumuzla özümüzü biabır edirsiniz. Hesab verin azarkeşə! Sayğılı olun lütfən”. (modern.az)

Azərbaycanda fəhlə özünü qaldırıcı krandan atıb İNTİHAR ETDİ

Qaxda özünü qaldırıcı krandan atan şəxs ölüb.
Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonu ərazisində keçən hissəsində qeydə alınıb.

Tikinti işləri aparılan ərazidə fəhlə işləyən, Culfa rayon sakini Əsədulla Babayev qaldırıcının krandan özünü atıb. Xəstəxanaya yerləşdirilən Ə. Babayev orada ölüb.
Faktla bağlı araşdırma aparılır. (APA)

Meyitləri tapılan sevgililər haqda GİZLİ MƏQAMLAR üzə çıxdı – Aygün Vasifi şantaj edirmiş – VİDEO

itkin düşdükdən sonra meyitləri tapılan Vasif və Aygünün ölüm səbəblərinin bəzi məqamları üzə çıxıb.
Vasifin anası və bacısı Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan “Səni axtarıram” proqramına gələrək baş verənlərdə Aygünü günahlandırıblar.

Onlar Aygünün Vasifi şantaj etdiyini bildiriblər. Aygün qeyri-rəsmi münasibətdə olduğu Vasifə ərə getmək istəyib. O, ailəli və iki uşaq atası olan Vasiflə eşq həyatı yaşayan Aygün ondan boşanmasını tələb edib. Boşanmayacağı təqdirdə isə hər şeyi Vasifin həyat yoldaşı Sevdaya açıb deyəcəyi ilə şantaj edib. Eləcə də Vasifin anasına, bacısına, qardaşı qızına və uşağına pislik edəcəyilə hədələyib. 

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlu ailəli və iki uşaq atası olmasına baxmayaraq 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızı ilə eşq həyatı yaşayıb. 31 yaşlı Vasifin və 29 yaşlı Aygünün cəsədləri Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində dərəyə yuvarlanan “Ravon Nexia” markalı avtomobildə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını kürəyindən bıçaqlayaraq öldürüb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. (baku.ws)

Azercell uşaqlara dəstək verməyə davam edir

Öz Korporativ Sosial Məsuliyət siyasətində uşaqların müdafiəsi və hüquqlarının qorunmasına yönəlmiş təşəbbüslərə xüsusi önəm verən “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilən layihələrdən biri “Uşaq Qaynar Xətt” xidmətidir. Uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət heyətə malik “Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, habelə müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsidir.

Təkcə bu ilin may ayı ərzində xidmətdən yararlanan uşaqların sayı 421 nəfər təşkil edib. Bu müraciətlərdən 217-si təhsil, 33-ü psixoloji, 7-si səhiyyə, 35-i sosial,39-u hüquqi problemlərlə bağlı olub. Onu da qeyd edək ki, müraciətlərdən 370-i 18 yaşdan yuxarı, 48-i isə 18 yaşdan aşağı vətəndaşlarımıza aiddir. Ümumilikdə, yanvar- may ayları ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 1603 zəng daxil olub. 2010-cu ildən 2019-cu ilin iyun ayına qədər isə xidmətdən 37 895 uşaq yararlanıb.

“Uşaq Qaynar Xətt”inin ölkənin istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü ilə 2017-ci ildə İOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir.

Qeyd edək ki, “Azercell Telekom” MMC-nin dəstəyi, “Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. Xidmət haqda ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə etmək mümkündür.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.®

Müştərilərin rahatlığı üçün “Nar” artıq hipermarketdə

Müştərilərinin rahatlığını və xidmət səviyyəsini daha da artırmaq məqsədilə, “Nar” satış nöqtəsi insanların daha çox olduğu məkanlarda da xidmət göstərməyə başlayır. Mobil operator “Bravo” supermarketlər şəbəkəsinin Əhmədli qəsəbəsində yerləşən filialında yeni satış nöqtəsini istifadəyə verib.

Hipermarketdə yerləşən satış nöqtəsində “Nar” öz müştərilərinə  müxtəlif təkliflərlə xidmət göstərəcək. Müştərilər bu məkanda “Nar” nömrələrini və Wi-FI ruterini ala, eyni zamanda SİM kart dəyişikliyi edə bilərlər. Gələcəkdə digər hipermarketlərdə də “Nar” satış nöqtəsinin açılması planlaşdırılır. 
Qeyd edək ki, yeni satış nöqtəsi Xətai rayonu, Ramiz Quliyev küçəsi 4 ünvanında yerləşən “Bravo” hipermarketində yerləşir. İş saatı isə həftənin bütün günləri, saat 10:00 –dan 19:00 – a qədərdir. 
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

UNESCO-da BDU-nun 100 illiyi təntənə ilə qeyd olundu – Parisdən Fotolar+VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur.

Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, Parisdə UNESCO-nun baş qərargahında da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib.

Yubiley tədbirinə Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov, BDU-nun rektoru Elçin Babayev, Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, UNESCO yanında daimi nümayəndəliklərin rəhbərləri, Fransada akkreditə olunmuş diplomatik korpusun, işgüzar dairələrin, mədəniyyət və elm nümayəndələri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıb.

Tədbirdə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil naziri Ceyhun Bayramov, BDU-nun rektoru Elçin Babayev çıxış ediblər.

Natiqlər ölkəmizin tarixi, onun nailiyyətlərindən danışaraq, Bakı Dövlət Universitetini onun əsas nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıblar. BDU ilə fəxr etdiklərini bildirərək, onun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olduğunu vurğulayıblar. BDU-nun məzunlarından söz açaraq, onların tanınmış şəxsiyyətlər olduğunu bildiriblər. 1969-cu ildə universitetin 50 illiyində onun dünya şöhrətli məzunu ümummilli lider Heydər Əliyev bildirib ki, universitetin yaradılması vətənpərvər qüvvələrin qələbəsi idi, gənc azərbaycanlılara dünya mədəniyyətinin və elminin qapılarını açmaq, onların təhsil alması məqsədilə bu qüvvələrin bir neçə illik mübarizəsinin nəticəsidir. Həmçinin BDU-nun məzunları arasında fizika üzrə Nobel mükafatı laureatı Lev Landau, Yusif Məmmədəliyev, Aida İmanquliyevanın adları səsləndirilib.

Dayanıqlı inkişafın reallaşmasında təhsilin roluna, bu baxımdan BMT və UNESCO-nun narahatlığı, ölkəmizin UNESCO vasitəsi ilə bəzi ölkələrdə təhsilin inkişafına verdiyi töhfələr, Azərbaycan-UNESCO əlaqələrinə Birinci vitse-prezident Mehriban Əliyevanın töhfələri, Qoşulmama Hərəkatına və İslam Əməkdaşlığı təşkilatına üzv olan bir çox ölkələrin gənclərinin ölkəmizdə təhsil ala bilməsi üçün Azərbaycan Prezidentinin müvafiq Sərəncamından danışılıb.

UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko qurumun baş direktorunun adından tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxunub. Bugünkü tədbirin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Tolerantlıq, dialoq, mədəniyyət müxtəlifliyi, qarşılıqlı anlaşma və xalqlar arasında həmrəylik məkanında olan BDU-nun elmi təşviq etməsindən danışıb. Bu gün BDU-nun afrikalı məzunlarının ölkələrində mühüm vəzifələrdə çalışdıqlarını qeyd edib. Ölkəmizin UNESCO-ya verdiyi töhfələri yüksək qiymətləndirib.

Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. UNESCO-nun binasının foyesində BDU-nun 100 illik fəaliyyətini əks etdirən tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş olunub.

Tədbirin mədəniyyət proqramı çərçivəsində konsert təşkil edilib. Konsertdə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının və Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin laureatı Fuad İbrahimovun dirijorluğu, Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin müşayiəti ilə gənc musiqiçilərimizin ifası dinlənilib. Beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev (skripka), Etibar Əsədli (piano), Vurğun Vəkilov (piano), Ağarəhim Quliyev (fleyta), Məhərrəm Hüseynov beynəlxalq və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Onların ifası dinləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Konsertin sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və bütün zal ayağa qalxıb.

Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və bu il yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Qorxuya düşən ermənilər Putinə MÜRACİƏT ETDİ: Qarabağa ordu göndərin!

Ermənistan Kommunist Partiyası Rusiya Prezidenit Vladimir Putinə müraciət edib.

Müraciətdə Putindən şəxsən Qarabağ konfliktinə müdaxilə etməsi və bütün imkanlarından Azərbaycan rəhbərliyinə təsir üçün istifadə edilməsinə çağırış edilib. Erməni kommunistlər yalnız Putinin Qarabağda yaranacaq eskalasiyanın qarşısını ala biləcəyini bildiriblər:

“Hesab edirik ki, Qarabağ konflikt zonasında Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi imkanları haqqında məsələyə baxılmasını aktual hesab edirik. Bu həm də erməni xalqının maraqlarına xidmət edəcək. Ermənistan Kommunist Partiyası regionda digər geosiyasi oyunçuların güclənməsini arzuolunmaz proses kimi dəyərləndirir. Ümid edirik ki, sizin situasiyaya birbaşa aktiv müdaxiləniz hadisələrin arzuolunmaz inkişafının qarşısını ala bilər”.  (axar.az)

Putindən sensasiyalı bəyanat: “Moldovada hakimiyyət oliqarxlar tərəfindən qəsb edilib”

Rusiya Prezidenti Vladimir Putin Moldovanın rusiyapərəst prezidenti Iqor Dodonu dəstəkləməkdən əl çəkməyəcəklərini deyir. Hazırda Kişinauda iki rəqib hökumət özünü legitim sayır.

Fevralda keçirilən parlament seçkisindən sonra hökumət formalaşdırılmadı. İyunun 7-də Konstitusiya Məhkəməsi parlamentin buraxılması, yeni seçkinin keçirilməsi barədə qərar çıxardı. Moldova qanunvericiliyinə görə, hökumət seçkidən sonrakı üç ay ərzində formalaşdırılmalıydı.

İyunun 8-də Dodonun moskvapərəst Sosialist Partiyası Avropa Birliyi tərəfdarı kimi tanınan ACUM blokuyla sürpriz razılaşma əldə etdi. Parlamentdəki 101 yerdən 61-nin sahibi olan yeni alyans Baş nazir Pavel Filipin hakim Demokratik Partiyasını (PDM) hakimiyyətdən uzaqlaşdırmaq istədiyini bildirdi.

Vladimir Putin Mir TV-yə müsahibə verir
Vladimir Putin Mir TV-yə müsahibə verir

Alyans məhkəməni konstitusiyanı yanlış yozmaqda, seçkinin nəticələrini üç ay əvəzinə 90 gün sonra ləğv etməkdə suçlayıb. Alyans həmçinin ACUM liderlərindən Maya Sandunun rəhbərliyi ilə yeni hökuməti təsdiqlədi.
Məhkəmə isə iyunun 9-da Sandu hökumətini qeyri-konstitusion elan edərək Sosialist Partiyasının keçmiş lideri Dodonu prezidentlikdən kənarlaşdırıb.

Aralıq dövr prezidenti kimi iş başına keçən Filip parlamenti dərhal buraxaraq sentyabrın 6-na növbədənkənar seçki təyin edib.

Demokratik Partiyanın rəhbəri ziddiyyətli maqnat Vladimir Platotniuçdur, çoxları onun ölkəni pərdəarxasında idarə etdiyini düşünür. Sosialistlər və ACUM Konstitusiya Məhkəməsini Plahotniuçun nəzarətində olmaqda ittiham edirlər.

İyunun 13-də Rusiyada dövlətin nəzarətində olan Mir TV-yə müsahibəsində Putin deyib ki, Kreml “Prezident Dodon və onun bugünkü koalisiya tərəfdaşlarını dəstəkləməyə davam edəcək”.

Putin “Moldovadakı hakimiyyətin oliqarx strukturları, oliqarxlar tərəfindən qəsb olunduğunu” deyib: “Başqa sözlə, onlar Moldova xalqının hesabına qazanıblar və bu pulda öz şəxsi sərvətlərini, dövlətə nəzarəti gücləndirməkdə istifadə ediblər”.

Nazirlik “Uzundərə”nin erməniləşməsini araşdırır – VİDEO

7 mayda Rusiyanın paytaxtı Moskvadakı Millət teatrında “Uzundərə” rəqsinin Ermənistanın milli rəqsi kimi təqdim edilməsi Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən araşdırılır.

Turkustan.info xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən Kult.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, 7 mayda Rusiyanın paytaxtı Moskva şəhərindəki Millət teatrında “Uzundərə” Ermənistan milli rəqsi kimi təqdim olunub.

Zahid Orucun rəhbərlik etdiyi mərkəz sayt yaradır

Bu ilin fevralında ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinin saytı yaradılır.

Sayt www.stm.az adı ilə fəaliyyət göstərəcək. Bu barədə mərkəzin rəhbəri, deputat Zahid Orucun Feysbuk səhifəsi üzərindən məlumat paylaşılıb.

Məlumatda saytda layihələr, məqalələr, sorğular və təkliflərin yer alacağı bildirilir.

Osmanlının Tağıyevə verdiyi nişanların SƏNƏDİ YAYILDI – FOTOLAR

Osmanlı dövlətinin məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə “Məcidiyyə” nişanı verdiyi üzə çıxıb.

Bu haqda məlumatı hazırda Türkiyədə arxiv araşdırmaları ilə məşğul olan azərbaycanlı tarixçi alim Telman Nüsrətoğlu yayıb.

Həmin dövlət nişanlarının sənədlərini də yayan tarixçi Osmanlı dövlətinin Hacı Zeynalabdin Tağıyevin xanımı Sona Tağıyevaya da “Şefkat” nişanı təqdim etdiyini qeyd edib.

Tarixçi həmçinin Osmanlı dövlətinin Bakı milyonçusu Musa Nağıyevə də dövlət nişanı verdiyini bildirərək, onun da sənədlərini yayıb. (avropa.info)

Qafqazda ordular birləşir: İrəvana MÜHÜM MESAJ

Ermənistanın həmsərhəd dövlətlərə qarşı işğalçı niyyəti hələ də davam edir.

Bu sözləri hərbi ekspert Şair Ramaldanov Gürcüstanın Türkiyə və Azərbaycanın ortaq təlimlərinə qoşulmasına İrəvanın etiraz etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ermənistan nə qədər çalışsa da, bu təlimlərə mane ola bilməz:

“Azərbaycanın Türkiyə və Gürcüstanla əməkdaş olub, birgə hərbi əməliyyatlar keçirməsi İrəvanı narahat edir. Çünki bu əməkdaşlıq həmin dövlətlərin hərbi sahədə inteqrasiyasına və inkişafına xidmət edir. Təbii ki, Ermənistan kimi bir dövlət istəmir ki, xüsusilə Azərbaycan hərbi sahədə inkişaf etsin. Buna görə də Ermənistan üç ölkənin hərbi təlim keçirməsinə müxtəlif yollarla mane olmağa çalışır. Çünki Türkiyə NATO içində hərbi baxımdan ən güclü dövlətlərdən biridir. Belə bir hərbi-texniki gücə malik bir dövlətin Azərbaycanla hərbi təlim keçirməsi Ermənistanı narahat etməyə bilməz. Ermənistan özü heç vaxt belə təlimlər keçirə bilməz. Buna görə də özünəməxsus şəkildə hər üç ölkənin birliyinə, inkişafına mane olmağa çalışır. Lakin onlar heç vaxt bu inkişafa mane ola bilməyəcəklər”.

Hərbi ekspert bu təlimlərin əsas məqsədinin regionda sabitliyi qorumaq olduğunu bildirib:

“Azərbaycan və Türkiyə arasında keçirilən, həmçinin Gürcüstanın da qatılacağı təlimlər birinci növbədə regionda sülhü və sabitliyi qorumaq məqsədi daşıyır. Bildiyiniz kimi, bu regionlarda böyük proyektlər həyata keçirilir. Bu təlimlər həmin proyektlərin təhlükəsizliyinin təmin edilməsi baxımından çox böyük əhəmiyyət daşıyır. Həmçinin, bu üç ölkə Ermənistana göstərir ki, qonşu dövlətlərlə yaxşı münasibətdə olmaq lazımdır. Çünki münasibətlər nə qədər yaxşı olsa, sabitlik və inkişafa bir o qədər zəmin yaranar”.

Qeyd edək ki, Gürcüstan Müdafiə naziri Levon İzoriya gürcü ordusunun Azərbaycan və Türkiyənin ortaq təlimlərində iştirak edəcəyini açıqlayıb. Ermənistanda isə bu ciddi narahatlıqla qarşılanıb. (axar.az)

“Məni söyəndə xoşuma gəlir” — Əli Mirəliyev-VİDEO

ARB TV-nin “Səhər-Səhər” proqramında verilişin aparıcısı, müğənni Əli Mirəliyev haqqında gəzən şaiyələrə aydınlıq gətirib.

İfaçı açıqlamasında “Haqqımda yaxşı rəy deyəndə xoşuma gəlmir. Məni söyəndə xoşuma gəlir. İrad bildirsinlər, yoxsa yalandan toyda başına güldan atılıb deyilməsin. 11 yaşımda tramvay keçib başımın üzərindən. Başımdakı çapıq izi ondan qalıb. Filmə bilet aldıq, filmin başlamağına yarım saat qalırdı. Tramvaya mindim ki, vaxtında çatım. Əlimi atıb tullandım tramvayın qapısındakı qəstəyindən tutdum. Qapıda bir oğlan var idi, barmaqlarımı dəstəkdən açdı. Yıxıldım. Başımdan zədə aldım. 6 ay xəstə yatmışam”.-deyə bildirib.

DTX 2 saytın baş redaktorunu saxladı – DÖVLƏTƏ XƏYANƏT maddəsi – FOTO

“Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılmışdır”.
Turkustan.info xəbər verir ki, bu barədə bu gün DTX-nın yaydığı açıqlamada bildirilir.

“Müəyyən edilmişdir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirmiş, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmişdir. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürmüş, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılmışdır. 
Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış etmişdir.
İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilmiş, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar vermişdir.
Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. 
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Ermənilər Laçında yeni tibb mərkəzini sentyabrda istifadəyə verəcək – FOTOLAR

Azərbaycanın 28-ci ildir ki,  işğal altında qalan Laçın rayon mərkəzində yeni xəstəxana tikilir.
Xankəndindəki separatçı nəşrlərin verdiyi məlumata görə,  2011-ci ildən tikilən tibb mərkəzində cəmi 20 çarpayı olacaq. Müasir standartlara uyğun şəraiti  və təchizatı olacaq xəstəxananın  bu ilin sentyabr ayında istifadəyə veriləcəyi gözlənilir. (moderator.az)

Dəniz Baykal: “Əkrəm İmamoğlu bir layihədir”

Əkrəm İmamoğlu bir layihədir. Ötən gün bir vətəndaş da mənə “Əkrəm İmamoğlu layihədirmi” sualını verdi. Bildirdim ki, bəli, layihədir.
Bu cür bəyanatla son iki ildə ilk dəfə kameralar qarşısına çıxan CHP-nin sabiq sədri Dəniz Baykal çıxış edib.
Xalq TV-nin ekranına çıxan Baykal maraqlı fikirləri ilə diqqəti cəlb edib: “Əkrəm İmamoğlu bir cümhuriyyət projesidir. Türkiyənin ən ucqar kəndindən, ən uzaq yaşayış məntəqəsindən övladını alıb, yetişdirib Türkiyənin önünə, dünyanın qarşısına çıxaran anlayış Cümhuriyyət layihəsidir.
Əkrəm İmamoğluda Qara dəniz bölgəsindən çıxıb, güc qarşısında sınmayıb, dövlət qurumlarında təcrübə keçmiş bir şəxsdir və bu anlamda Cümhuriyyətin məhsuludur. Arxasında bir cümhuriyyət var. Cümhuriyyət aldığı bir uşağı Nobel mükafatı almağa qədər götürə bilər. Elə İstanbul bələdiyyə sədrliyinə, baş nazirliyi də götürər”. (teleqraf.com)

“Xristian” Krımda uşaqlar üçün “40 gün məscidə gəl- velosiped al!” aksiyası başlanır-İbrətamiz…

Simferopol rayonunun Levadki kəndindəki “Kadır-Cami” məscidində oğlanlar üçün “40 gün məscidə get və velosiped hədiyyə al!”  devizi altında ibrətamiz aksiya start götürür. 
Rusdilli İslam saytları yazır ki, görə, aksiya 6-15 yaşlı uşaqların “məscidə  öyrəşdirilməsi” layihəsi çərçivəsində Krım Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə təşkil edilib.  Tədbirdə iştirak etmək üçün 6-15 yaşlı oğlan uşaqları dəvət olunur.  
İyun ayının 17-dən iyulun  27-dək məscidə namaza gələn hər bir uşaq xallar alacaq:
Sübh namazı – 10 xal;  
Zöhr(günorta) namazı – 3 xal;
Əsr namazı – 4 bal;
Axşam namazı – 3 xal;
Yatsı(işa) namazı  – 10 xal.
40 günün nəticələrinə görə ən yüksək xal sayına sahib olan uşağa  hədiyyə olaraq velosiped təqdim ediləcək. Aksiyanın digər bütün iştirakçılarına da müxtəlif  hədiyyələr veriləcək.
P.S. Əsrlərlə müsəlman Osmanlı, türk torpağı olmuş Krımın bu gün xristian(!) Rusiyanın işğalı altında olduğunu deyirik. Amma burada, eləcə də Rusiyanın müsəlmanlar yaşayan digər regionlarında uşaqların, şagirdlərin məscidə getməsinin qarşısının alınması faktına rast gəlinmir. Amma heç kəsin işğalı altında olmayan  müstəqil(!) və müsəlman(!) ölkəsi adlanan Azərbaycanda, nə yazıqlar ki, çox məntiqsiz bir yanaşma ilə uşaqların məscidlərə getməsinə, müsəlman ayinlərinin icrasında iştirakına ciddi əngəllər yaradılır. Övladlarımızın gecə klublarından, barlardan, “topaz” qumarxanalarından, əxlaqsız geyim və saç düzümlərindən, ifrat zərərli enerji içkilərindən uzaq tutulması  üçün isə heç bir ciddi tədbir görülmür.  Axı, biz dini, imanı bəlli olmayanların işğalı altında deyilik… (moderator.az)

Böyrəkləri dağıdan vitaminin adı açıqlandı – ALİMLƏRDƏN XƏBƏRDARLIQ…

Kanadalı alimlər vitamin D-dən çox istifadə etməməyə çağırıblar. Onların sözlərinə görə, tibbi göstəricilər olmadan bu vitamindən istifadə etmək böyrəklərin məhv olunmasına  gətirib çıxarır. 
Nümunə kimi, onlar özünü pis hiss etdiyinə görə həkimə müraciət etmiş 54 yaşındakı bir Kanada vətəndaşı ilə baş verənləri missal gətiriblər. 
İlk testlər müraciət edən şəxsdə heç bir patologiya aşkar etməyib, lakin daha detallı bir müayinə ilə həkimlər adamın qanında yüksək dozada kalsium və paratirin tapıblar. Ekspertlər yada salıblar ki, böyük miqdarda D vitamini qəbul edərkən də eyni şeylər ola bilər.
Daha sonra aydın olub ki, xəstə üç il boyunca bir dostunun məsləhəti ilə vitamin qəbul edib. Ancaq kəskin ağrılar adamda istirahət etdiyi vaxt, yəni çimərlikdə daha çox vaxt keçirəndə baş verib və bu zaman günəş şüalarının təsiri ilə bədəndə D vitamininin dozası əhəmiyyətli dərəcədə artıb.
İndi uzunmüddətli və bahalı bir müalicədən sonra, adam  III dərəcəli xroniki böyrək xəstəliyi ilə yaşayır. (moderator.az)

Qarabağda xidmət keçmiş zabit Belarusda daxili işlər naziri oldu: Erməni mediası şokda…

Belarus prezidenti Aleksandr Lukaşenko yeni daxili işlər naziri təyin edib. 
Bu, vaxtilə Qarabağda 1988-1989-cu ildə xidmət keçmiş, general Yuri Karayevdi. 
Bu təyinata erməni mediası qəribə münasibət bildirib. Vaxtilə Karayevin xidmət etdiyi  SSRİ DİN-nin daxili qoşunlarının alayı Xankəndinə ezam olunub və komendant saatı tətbiq edib. 
Erməni mətbuatı yazır: “Komendant saatı adı altında bu adamlar yüzlərlə ermənini tutub Azərbaycana təhvil verirdi və onların bəzilərini pulla geri alınsa da bəzilərindən xəbər çıxmadı”. 
Belarusla münasibətləri düzəltməyə çalışan Ermənistan prezidenti Armen Sarkisyan üçün erməni mətbuatının bu cür şərhi heç də xoş olmayacaq. (moderator.az)

Qarabağda vuruşan erməni generalı ölüm ayağındadır

Azərbaycana qarşı çoxsaylı cinayətlərdə iştirak edən general Manvel Qriqoryan ölüm ayağındadır.

Ermənistan KİV-nin xəbərinə görə, bu barədə onun vəkili Levon Baqdasaryan jurnalistlərə deyib.

“Dünən Ermənistan hökumətinin təşəbbüsü ilə həkimlərin və nazirlik nümayəndələrinin iştirakı ilə konsilium keçirilib. Qriqoryanda təsbit olunmuş 30 xəstəliyə daha 3-ü əlavə olunub. Hazırda o, ağır vəziyyətdədir və süni nəfər aparatına qoşulub. Manvel Qriqoryanın əl və ayaqlarında amputasiyaya ehtiyac yara bilər”.

Qriqoryanın vəkilləri onun azadlığa buraxılması üçün Avropa Məhkəməsinə müraciət edəcək. Xatırladaq ki, Manvel Qriqoryan bir neçə maddə üzrə ittiham olunur. (modern.az)

Murad Köhnəqalanın həbs müddəti AÇIQLANDI

Şair-yazıçı Murad Köhnəqala 15 gün müddətində həbs edilib.

Bu barədə məlumatı Tovuz Rayon Məhkəməsinin sədri Qafil Baxşıyev deyib.

Q.Baxşiyev bildirib ki, icra məmurunun iddiası əsasında qanunvericiliyə uyğun olaraq M.Köhnəqala barəsində inzibati həbs qərarı verilib.

Qeyd edək ki, M.Köhnəqalanın keçmiş həyat yoldaşı və qızının alimment tələbini ödəmədiyi üçün həbs edildiyi haqda məlumat yayılmışdı. (axar.az)

Ərəb Əmirliklərindən SENSASİON AÇIQLAMA: “İrana qarşı bu savaşa girmişik”

Birləşmiş Ərəb Əmirliyi qonşuluğunda nüvə gücü olan İrana qarşı səbir nümayiş etdirməyəcək.

Bunu “Die Velt” saytına müsahibəsində BƏƏ-nin Dövlət naziri Sultan Caber deyib.

“Bizim fikrimizcə, nüvə razılaşması uğursuzluğa düçar olub. İran Suriya, İraq, Livan və Yəmənin destabilizasiya edilməsi üçün ekspansionist proqramını tətbiq etməyə davam edir. BƏƏ Yəməndəki savaşda İran təsirinin yayılmasının qarşısını almaq üçün iştirak edir”, – deyə o bildirib. (axar.az)

Ermənilər “Məşədi rəqsi”ni də OĞURLADILAR – VİDEO

Azərbaycanın əsrarəngiz rəqslərindən biri Moskvada Ermənistanın “milli rəqsi” kimi təqdim edilib.

Ermənilər Moskvada növbəti dəfə Azərbaycan əleyhinə təxribata əl atıblar. Bu dəfə onlar məşhur “Uzundərə” rəqsini (Dahi Üzeyir bəyin “O olmasın, bu olsun”da istifadə etdiyi rəqs) mənimsəyiblər.

Moskva. 7 may. Millət teatrı. Dinləyin…

Unudanlar üçün Məşədi İbadın əfsanəvi mahnısını xatırladaq:

Bütün notlarına kimi eynidir. Bu plagiat deyil, konkret oğurluqdur. Mədəni irsin mənimsənməsidir!

Bu necə baş verə bilərdi?

Bu suala cavab tapmaq üçün XX əsrin əvvəllərinə, məhz 1919-cu ilə qayıtmaq lazımdır. Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettası məhz həmin il ilk dəfə ekranlaşdırılıb.

Filmin rejissoru Ermənistan SSRİ-nin xalq artisti Baqram Papazyan olub. İlk filmin digər ölkələrdə uğur qazanmamasına və unudulmasına baxmayaraq, Ermənistanda 300 dəfədən çox nümayiş etdirilib.

Həmin vaxtdan da “Uzundərə”nin melodiyası özünəməxsus poetikliyi ilə qəlbləri fəth edir və təbii ki, ermənilərin “sevimli toy rəqsinə” çevrilir.

İndi bu barədə ermənilər internetdə belə yazırlar:

“Çox əsrlər əvvəl bu rəqs Ermənistanda yarandı. Ermənilərin sevdiyi ənənəvi toy mahnılarından biri – gəlinin mahnısıdır. Onu solo və qrupla ifa etmək mümkündür”.

Daha bir fakt…

Azərbaycanlılar bu mahnının ermənilər tərəfindən oğurlanmış milli musiqiləri olduğunu ilk dəfə 1955-ci ildə öyrəndilər. Həmin ilin 18 fevralında bütün Sovet İttifaqında həmin Azərbaycan musiqisinin istifadə olunduğu “İt və pişik” cizgi filmi göstərildi. Lakin bu hələ son deyil. Ən böyük üzsüzlük isə musiqinin müəllifi kimi erməni bəstəkar Karen Xaçaturyanın göstərilməsidir.

Cizgi filmi erməni yazıçı Ovanes Tumanyanın eyniadlı nağılı əsasında yaradılıb.

Cizgi filmində Azərbaycan melodiyası səslənir, titrlarda isə çoxlu erməni adları var! Sonra isə Moskvada əfsanəvi Azərbaycan musiqisinin nəyə görə erməni musiqisi kimi təqdim olunmasına təəccüblənirik.

8.33-cü dəqiqədən başlayaraq bu cizgi filmini izləyin:

Qeyd edək ki, bu cizgi filmində çobanın tütəklə ifası, qavaldaş çalarları və s. digər elementlər də oğurluqdur və birbaşa bizim mədəniyyətimizin talanmasıdır. (kult.az)

Azərbaycanda 5 km-lik dövlət bayrağı hazırlanıb – FOTO

Azərbaycan sərhədçiləri 15 iyun – Milli Qurtuluş Gü­nünün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Xidmət tərəfindən bu münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möh­təşəm bay­raq yürüşü təşkil edilib. 

5 km 100 m uzunluqda Dövlət bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5 min nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bayrağımızı başları üzərində ucaldıblar. 

Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən səkkiz helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib. 

SON DƏQİQƏ: Bakıda güclü YANĞIN BAŞLADI – FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

ADAU-nun rektoru Ibrahim Cəfərovun növbəti görüşü Xaçmazda olub

“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi uğurla davam edir. Hər görüş əslində böyük potensiala və şəraitə, maddi-texniki bazaya  malik təhsil müəssisəni daha geniş miqyasda bölgə insanlarına yaxından  tanıdır. Layihə çərçivəsində  daha bir görüş isə Xaçmazın Heydər Əliyev mərkəzində buraxılış sinif şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilib.

Bu görüşdə də təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib. Belə görüşlərdə orta məktəb məzunlarınaADAU haqqında geniş və dolğun bilgilər verilir, ixtisas seçiminə tövsiyyələr söylənilir. Görüş olduqca maraqlı keçib, bir sıra suallara aydınlıq gətirilib.

Əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub. GörüşdərektorİbrahimCəfərovölkədəaqrarsahənininkişafındanvəaqrartəhsilədövlətqayğısındandanışıb, ölkəiqtisadiyyatınınbirhissəsinikəndtəsərrüfatıtəşkiletdiyinibildirib. Həmçininaqrarsahəüzrəixtisasseçənlərüçünkifayətqədərişyerininolduğunudiqqətəçatdırıb.

Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavini Samir Nemətov uzaq yol qət edərək görüşə gələnlərə minnətdarlığını bildirib və bu cür tədbirlərin rayon ictimayyəti üçün əhəmiyyətindən danışıb, aqrar kadrlara ehtiyacları olduğunu deyib.

ADAU-nun məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, 
Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. HəmçininTelmanMusayevabituriyentlərəixtisaslarvəqəbulqaydalarıhaqqındadaətraflıməlumatverib.

Görüşdə universitetlə, burda olan ixtisaslarla bağlı suallara aydınlıq gətirilib, dünya standartlarına cavab verən maddi texniki bazadan geniş söhbət açılıb.

Türkiyəyə dünyaya MEYDAN OXUDU – “Hücumlar davam edərsə…”

“S-400-lər Türkiyəyə gələcək və yerləşdiriləcək. Kimsə Türkiyəyə ultimatum verə bilməz”.

Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.

Fransalı həmkarı ilə birgə mətbuat konfransı keçirən naziri ABŞ-la Türkiyə arasında Rusiyadan alınan S-400 zenit raket kompleksi gərginliyilə bağlı danışarkən belə deyib.

Çavuşoğlu, həmçinin bildirib ki, rəsmi Ankara Fransanın YPG terror rəşkilatı ilə əməkdaşlığından narahatdır: “Fransanın YPG ilə yaxın əməkdaşlığını doğru qəbul etmirik. Bu, Fransaya yaraşmır”.

Əsəd rejimin Suriyanın şimalındakı İdlib Gərginliyi Azaltma Bölgəsində türk ordusunun nəzarət məntəqəsinə səhra topları ilə hücumunu dəyərləndirən nazir qeyd edib ki, rejim hücumlara davam edərsə, Türkiyə lazımi tədbirləri görəcək. (publika.az)

“WikiLeaks”in qurucusu ilə bağlı ŞOK QƏRAR

İngiltərə “WikiLeaks”in qurucusu Culian Assanjı ABŞ-a təhvil verəcək.

Bu barədə İngilətərənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili işlər naziri Sayid Cavid Assanjın təhvil verilməsini nəzərdə tutan sənədi imzalayıb. İngiltərə məhkəməsi sabah bu qərarı müzakirə edəcək.

“Wikileaks”in qurucusu Assanj 2012-ci ilə təavüz və cinsi istismarda ittiham olunub. İsveçə təhvil verilməsi gündəmdə ikən Ekvadorun İngiltərədəki səfirliyinə sığınıb. Bu il 11 apreldə İngiltərə polisi onu həbs edib.

İngiltərədə məhkəmənin ABŞ-ın təhvil almanı qəbul etməsi təqdirində Assanjı Avropa İnsan Haqları Məhkəməsinə verməsi imkanı var. Mütəxəssislər isə bildirir ki, Assanjın təhvili 2 il çəkə bilər.

Qeyd edək ki, Culian Assanj 2010-cu ildə ABŞ-ın İraq və Əfqanıstanda törətdiyi cinayətlərin olduğu gizli sənədləri dərc etməkdə ittiham edilir.

O, hazırda İngiltərənin “Belmarş” ağır cinayətlər üzrə həbsxanasında saxlanılır. (publika.az)

Çimərliklər pulsuz olmalıdır – RƏSMİ

Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqlərə başlayıb.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək:

“Çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmətlərin keyfiyyətini müəyyən etməyi istəyirik. Monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olmalıdır. Hazırda vəziyyəti araşdırırıq”.

K.Quluzadə qeyd edib ki, yayın sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələri təqdim olunacaq:

“Monitorinqin nəticələrindın asılı olaraq təklifləri hazırlayıb müvafiq qurumlara təqdim edəcəyik. Dünya praktikasında çimərliklər ictimaidir və bizdə də belə olmalıdır. Bütün insanlar çimərliklərdən istifadə etməlidirlər. Hansısa şirkət xidmət göstərmək istəyərsə, xidmət haqqı ala bilər”. (oxu.az)

Yaqub Məmmədov Qulu Əsgərovun fəxri adını əlindən alıbmış? — SƏNƏTKARLARIN DİALOQU İLLƏR SONRA

Əfsanəvi sənətkar Qulu Əsgərovun həyat yoldaşı Sevər Əliyeva İTV-yə müsahibəsində maraqlı faktlar açıqlayıb.

O, həyat yoldaşının mədəsində 1986-cı ildə xərçəng xəstəliyi aşkarlandığını və xəstəlikdən sonra baş verənləri danışıb:

“Salyana getmişdi, soruşdum ki, orada nə yedin? Dedi ki, heç nə. Sonra həkimə müraciət etdik, Moskvaya göndərildi və məlum oldu ki, mədəsində xərçəng xəstəliyi var”.

S.Əliyeva həyat yoldaşının həmkarları ilə son görüşü barədə də danışıb:

“Xəstə olduğunu biləndən sonra filarmoniya bağına getmişdi. Orada bütün həmkarları, dostları ilə görüşüb halallaşanda səbəbini soruşurlar. Deyir ki, mədəmdə o zəhrimardan var, ona görə gəldim hamınızla sağollaşım. Hər kəs onun bu cəsarətinə heyrətlənmişdi”.

Sevər Əliyeva Qulu Əsgərovun fəxri ad almadan həyatdan köçməyi barədə isə bunları deyib:

“Günlərin birində Yaqub Məmmədova fəxri ad verdilər. Ondan bir neçə gün sonra Yaqubla Qulu küçədə rastlaşır. Yaqub deyir ki, Qulu, bağışla, sənin adını mənə verdilər. Qulu deyir ki, hər kəsə öz haqqını verirlər, sən də öz haqqını almısan”.

ABŞ-da ali və ya doktorantura təhsili

Bu gün dünyanın hər yerindən minlərlə gənc təhsilini artırmaq məqsədi ilə ABŞ-a gəlir. Və həmin insanları gəlməmişdən öncə bir neçə sual maraqlandırır: ABŞ-da ali təhsil neçəyədir? Ali təhsil almaq üçün hansı sənədlər lazımdır?
Bu dəfəki söhbətimdə çalışacam ki, bu sualları cavablandıra bilim.
Əvvəla ABŞ-da təhsilin ən müsbət tərəflərindən biri odur ki, ixtisas məhdudiyyəti yoxdur. ABŞ-ın ali təhsil müəssisələrində tədrisin səviyyəsinə və keyfiyyətinə gəldikdə isə bircə faktı qeyd etmək kifayətdir – Amerika universitetlərinin verdiyi diplomlar bütün dünyada tanınır və nüfuzu ilə seçilir. Bundan əlavə kampusların infrastrukturu bir qayda olaraq ən yüksək səviyyədədir. Əla kitabxanalar, laboratoriyalar, qabaqcıl texnologiyalar tələbələrin ixtiyarındadır…

Bakalavr dərəcəsi

ABŞ-da bakalavr dərəcəsi almaq üçün iki yol vardır. Birinci yol – universitetə qəbul olunub ilk hazırlıq kursunu (Foundation year) keçmək və sonra da bakalavr təhsilini davam etdirmək.
İkinci yol – hər hansı bir icma kollecinə (community college) iki illik proqram üzrə daxil olmaq, sonra da birbaşa universitetin 3-cü kursuna köçürülmək. Bu yol birinci yoldan maddi məsrəflərə görə daha sərfəlidir.
Burada universitet və ya kolleclərə orta təhsilli hər kəs daxil ola bilər. Xarici tələbələr üçün isə qaydalar bir az fərqlidir. TOEFL üzrə testin nəticələri, motivasiya məktubu, SAT və ya ACT üzrə testlərin nəticəsi, GPA sistemi (Grade Point Average) üzrə atestatın tərcüməsi tələb olunur…

Magistr və ya doktorluq dərəcəsi

ABŞ-da magistr və ya doktorluq dərəcəsinə universitetlərdə, bəzi özəl kolleclərdə və ya ixtisas məktəblərində, məsələn, Biznes Məktəbi, Tibb Məktəbi və Hüquq Məktəbində (Business School, Medical School, Law School) yiyələnmək mümkündür.
Magistr və ya doktoranturaya qəbul üçün tələblər olduqca yüksəkdir – ali təhsilin bütün əvvəlki səviyyələrini bitirmək, yüksək akademik nailiyyətlər, yüksək səviyyəli ingilis dili və ixtisas üzrə testin nəticələri tələb olunur.

Tələbəsi olmaq istədiyiniz ali təhsil müəssisəsinə daxil olmaq üçün bir qayda olaraq aşağıdakı sənədləri təqdim etməlisiniz – orta təhsil haqqında atestat və ya diplom, TOEFL və ya IELTS beynəlxalq dil sertifikatı və eləcə də həmin ali təhsil müəssisəsinin tələb etdiyi digər sənədlər. Bununla yanaşı ABŞ səfirliyində tələbə vizası açmaq üçün I-20 formasını doldurmalısınız. İngilis dili biliklərinə dair tələblər də öz yerində. Oxumaq, yazmaq, danışmaq vərdişləri kifayət qədər yüksək səviyyədə olmalıdır…

Birləşmiş Ştatlarda ali təhsil ödənişli və olduqca bahadır. Xarici tələbələr üçün təhsil haqqı ali təhsil müəssisəsinin tələblərinə uyğun və seçilmiş ixtisasla bağlı olaraq müxtəlifdir. Ən ucuz icma kollecində ali təhsilin hər ili yaşayış, yemək, sığorta, dərslik, nəqliyyat və s. xidmətlər daxil olmaqla on yeddi min dollara başa gəlir. ABŞ universitetlərində təhsil haqqı isə təxminən otuz min dollaradır (yaşayış yerləri və s. daxil olmaqla).
ABŞ universitetlərində bəzi təlim proqramları (İT, tibb, biznes kursları) daha bahalıdır. Bir qayda olaraq, birinci kurs üçün tam, ikinci kursdan başlayaraq isə hər semestr üçün təhsil haqqı ödənilməlidir…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

“O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmələrində baxılacaq” – Əli Hüseynli

“İctimai müzakirələr zamanı belə təəssürat yaranırdı ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklikdə məqsəd bütövlükdə sahibkarlıqla bağlı məsələlərə bir məhkəmədə baxılmasıdır. Bu, belə deyil”.

Bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, inzibati məsələlərə inzibati məhkəmələrdə baxılacaq.

“Amma o yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmələrində baxılacaq. Bunun anlayışı da verilib”. (modern.az)

Deputat: “Məhkəmələrə “alverxana” deyirlər”

“Yeni yaradılacaq məhkəmələrin “Kommersiya” adlandırılmasını doğru hesab etmirəm. Bəzi hallarda məhkəmələrimizə “alverxana”, “kommersant” deyirlər. “İqtisadi” sözü nə çətin şeydir ki, onun yerinə “Kommersiya” verilir?”

Bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi deputat Tahir Kərimli deyib.

Deputat bu məsələyə yenidən baxmağı da bildirib. “Düşünürəm, ad məsələsinə yenidən baxmaq lazımdır. (modern.az)

Azərbaycanda DƏHŞƏT – Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi

Xırdalan şəhərində 2 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyilə əlaqə saxladıq. 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində 1 şagird Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı Qurbanəli Kərəm oğlu Qurbanəliyevə hazırda həkim nəzarətindədir.

***12:41

Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində dəhşətli hadisə baş verib.

Turkustan.info bildirir ki, bu barədə hadisə şahidləri baku.ws-ə məlumat veriblər. Bildirilib ki, “Hyundai-Azera” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər.
Məsələ ilə əlaqədar 2 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbdən bildirdilər ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.
Hadisə haqqında əlavə məlumat verəcəyik. 

100 min manat ödə, Azərbaycanda YAŞA… – QƏRAR

Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Dəyişiklik Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsi və digər güzəştlərlə bağlıdır.

Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.

Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir.

Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.

Dəyişikliklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılıb.

Məcəllənin 40-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar) maddəsinə edilən əlavəyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının) övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır.

Məcəllənin digər maddələrinə də dəyişikliklər edilib.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib. (modern.az)

Bayram Nurlu qadın geyimi alarkən yaxalandı – FOTO

Ekstrasens Bayram Nurlu qadın geyimi alarkən yaxalanıb.
Özünə paltar almaq üçün qadın geyim mağazasına üz tutan jurnalist Könül Aypara orada ekstrasenslə rastlaşıb.

“Deməli, qadınlar üçün geyim mağazasındasan və seçdiklərini geyim otağında geyinməyə gedirsən. Bu zaman qarşına kim çıxır? İlahi, bu təsadüflərmi deyim, zərurətlərmi deyim, niyə məhz mənim qarşıma çıxır? Macəralarım bitmir…” – yazaraq, xanım jurnalist təəccübünü bu sözlərlə ifadə edib.

(baku.ws)

Narazılığa səbəb olan rüsumlar azaldıldı – DƏYİŞİKLİK

Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun dərəcələri azaldılıb.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda Milli Məclisin (MM) iyunun 13-də keçirilən növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə təklif olunan 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 2000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 5000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 12000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 12000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 12000 manat dövlət rüsumu tutulacaq.

Sənəd birinci oxunuşda qəbul edilən zaman akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 15000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15000 manat dövlət rüsumunun tutulması qeyd edilmişdi.

MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, ilk müzakirələrdən sonra verilən təkliflərə, səslənən iradlara baxılıb və onların bir qismi nəzərə alınıb:

“Artıq cəmiyyət də, millət vəkilləri də rahat olsunlar. Burada problem yaradacaq məsələ qalmayıb. Rüsumlar normaldır”.

Qeyd edək ki, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun yüksək olduğunu bildirmişdilər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib. (oxu.az)

Ermənistan ordusu Azərbaycan aviasiyasına raket atdı – VİDEO

İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.
Bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.
Müdafiə Nazirliyindən bildirilib ki, bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.
Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət trayektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.

 

SSRİ-ni İrəvanın Azərbaycana qarşı savaşı dağıtdı – Eks-spikerdən MARAQLI AÇIQLAMA

Bizdə bir şeyi anlamaq istəmirlər ki, SSRİ-yə əsl ölümcül zərbəni Ermənistan Azərbaycana qarşı müharibəyə start verməklə endirdi.

Munu Tatarıstan mətbuatına müsahibəsində Rusiya Sosialist Federativ Sovet Respublikasının Ali Sovetinin sədri işləmiş Ruslan Xasbulatov deyib. O, SSRİ-nin dağılmasının Baltikyanının ondan ayrılmasından sonra başlaması fikrini qəbul etmədiyini bildirib:

“Baltikyanı o zaman hələ bizdən uzaqlaşmamışdı. Onlar əslində bizdən Ermənistandakı hadisələrdən sonra uzaqlaşdılar. Təəssüf ki, bizdə bir şeyi anlamaq istəmirlər ki, SSRİ-yə əsl ölümcül zərbəni Ermənistan Azərbaycana qarşı iddia edə bilməyəcəyi Dağlıq Qarabağda müharibəyə start verməklə endirdi. Zaqafqaziya cəbhəsi dağıldı. Çoxları Ermənistanın yanında yer aldı, bir hissə isə Bakını müdafiə etdi”.

O, Qarabağ konfliktində heç bir sülhün yaranmadığını bildirib:

“Bu hadisələrdən sonra Baltikyanı ölkələr anladılar ki, Moskvaya nəzər yetirmədən hərəkət etmək olar. Bu vaxta qədər Baltikyanı siyasətçilər və aktivistlər özlərini necə aparırdılar? Özlərinin qurultayında onların rəhbərləri deyirdilər ki, bizə iqtisadi reformlar verin, yəni onların siyasi məqsədləri yox idi. Qafqazdakı situasiyanı ermənilərin partlatmasından sonra Batlikyanı ölkələri özlərinə dedilər ki, Qorbaçov zəifdir və bizə heç nə etməyəcək. Hər şey buradan başladı. Sonradan Zviad Qamsaxurdiya gəldi və Tiflis hadisələri baş verdi”. (axar.az)

30 dəyişiklik, 14 yeni BƏND – Milli Məclis 2-ci oxunuşda TƏSDİQLƏDİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib.

Sənəd aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir.

Həmçinin aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Sənədə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə risklər bir və yaxud bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır. 

Qeyd edək ki, qanun layihəsində 30-a qədər dəyişiklik edilib, 14 yeni bənd əlavə olunub. (modern.az)

Heydər Əliyevə Qarabağ təklifi, Brejnevə zəng… – TARİXİ HADİSƏ

5 dekabr 1936-cı ildə 8-ci SSRİ Sovetlər qurultayında qəbul edilmiş SSRİ konstitusiyasını dəyişmək ideyası Nikita Xruşovun təşəbbüsü ilə 962-ci ildə Siyasi Büro tərəfindən irəli sürülüb. Məqsəd SSRİ-nin Əsas Qanununda bir sıra dəyişikliklərin edilməsi olub.

Qeyd edək 1936-cı ildə qəbul edilmiş konstitusiya qeyri-rəsmi “Stalin konstitusiyası” da adlandırılıb. Nikita Xruşov həm də bu addan qurtulmaq üçün konstitusiyanın dəyişilməsinin əsas tərəfdarlarından biri olub.

Beləliklə, 25 aprel 1962-ci ildə SSRİ Ali Sovetində yeni konstitusiyanın layihəsinin hazırlanması üçün konstitusiya komissiyasının yaradılması ilə bağlı qərar qəbul olunub. Komissiyaya Nikita Xruşov rəhbərlik edib.

Xruşovun devrilməsindən sonra konstitusiya komissiyasının sədri Leonid İliç Brejnev olub. Konstitusiya layihəsinin ilk variantı Brejnev tərəfindən ciddi tənqid olunub və layihənin yenidən hazırlanması üçün baş katib tərəfindən göstəriş və tövsiyələr verilib.

Brejnev komissiyanın iclaslarında çox nadir hallarda iştirak edib. Komissiyanın işçi qrupuna rəhbərlik isə Mərkəzi Komitənin katibi Boris Ponomaryova həvalə edilib. Nəhayət, 15 ildən sonra layihə hazır olub.

1977-ci ildə yeni konstitusiya layihəsinin hazırlanmasının son mərhələsində millətçi ermənilər yenidən fəallaşıblar.

Konstitusiyanın dəyişməsi ilə SSRİ daxilində sərhədlərin dəyişilməsinin mümkünlüyünü düşünən ermənilər yenidən Kremlə çoxsaylı məktublar və müraciətlər ünvanlayıblar. Məlum olduğu kimi, konstitusiyanın 87-ci maddəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində olduğu öz əksini tapıb. Məhz ermənilər də bu maddənin dəyişilməsi üçün bütün imkanlarından istifadə etməyə çalışıblar.

Yuxarıda qeyd etdiyimiz kimi, komissiyanın sədri Leonid İliç Brejnev komissiyanın iclaslarında demək olar ki, iştirak etməyib və komissiyanın əsas işini Boris Ponomaryov aparıb. Heydər Əliyev isə komissiyanın Azərbaycan tərəfindən üzvü olub.

Komissiyanın növbəti iclaslarından birində yığıncaqdan əvvəl Ponomaryov Heydər Əliyevə Ermənistandan və Dağlıq Qarabağdan komissiyaya daxil olan çoxsaylı müraciətlər haqqında məlumat verərək bildirib ki, bu məsələni komissiyanın iclasına çıxarmaq lazımdır. Heydər Əliyev buna etirazını bildirəndə Ponomaryov erməniləri dəstəkləyərək məsələnin müzakirəsinin vacibliyini vurğulayıb və açıq-aydın hiss olunub ki, Mərkəzi Komitənin katibi Ponomaryov ermənilərin haqsız və yersiz istəyini gerçəkləşdirməyə can atır. Bu da səbəbsiz olmayıb. Çünki Kremldə Ponomaryovla Ermənistanın birinci katibi Karen Dəmirçyanın dostluq əlaqələri hamıya yaxşı məlum olub. Təbii ki, bu əlaqələrin arxasında hansı maraqların dayandığını da hiss etmək çətin olmayıb. Amma həm Ponomaryov, həm də Dəmirçyan unudublar ki, son söz birincinin, Leonid İliçindir. Ona görə də Heydər Əliyev iclas başlanmazdan əvvəl Brejnevlə görüşmək qərarına gəlib.

Sonralar Heydər Əliyev həmin hadisələr haqqında fikirlərini belə bölüşüb:

“Bir dəfə Moskvaya, komissiyanın iclasına getdim, gördüm xeyli ərizə gəlib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə vermək lazımdır. Ponomaryov isə dedi ki, bunu komissiyanın müzakirəsinə çıxarmaq vacibdir. Ermənilər ona təsir göstərmişdilər. Elə bu faktın özü ki, bu komissiyanın müzakirəsinə buraxılsın, bilirsinizmi bu nə deməkdir? Hələ komissiyanın iclasından bir gün qabaq mən buna nə qədər etiraz elədim, gördüm yox… Brejnevin yanına getdim. Ona dedim ki, bu nədir, belə şey ola bilməz! O, telefonu götürüb Ponomaryova zəng elədi ki, çıxar onu…”

Beləliklə, ermənilərə dəstək verən Ponomaryov istəyinə nail ola bilməyib, 7 oktyabr 1977-ci il tarixində SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş SSRİ-nin Əsas Qanununda Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı heç bir dəyişiklik olmayıb və ermənilərin Dağlıq Qarabağa sahib olmaq cəhdi növbəti dəfə uğursuzluqla nəticələnib… (musavat.com)

Növbəti HÜCUM: yenə tankerlər partladıldı – Savaş başlayır?

Oman körfəzində İngiltərə ordusunun “Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları Qurumu”na aid xam neft daşıyan, Marşal adaları bayrağı ilə üzən “Front Altair” və Panama bayrağı ilə üzən “Kokuka Courageous” adlı tankerlerdə partlayış baş verib.

Partlayışdan sonra hər iki tanker körfəz ətrafındakı ölkələrə təcili yardım çağırışı ediblər, tankerlərdən biri batmağa başlayıb.

Hər iki gəminin heyəti təxliyə edilib.

Tayvanın CPC şirkəti də eyni bölgədə özlərinə aid bir tankerin naməlum cisim tərəfindən vurulduğunu açıqlayıb. Bununla yanaşı Norveçin “Frontlayn” şirkətinə məxsus başqa bir tankerin də Fuceyra yaxınlığında torpedo hücumuna məruz qaldığı qeyd edilib. (axar.az)

Azərbaycanda banklarla bağlı yeni CƏZA

Azərbaycanda banklar və digər qurumlarla bağlı yeni cəza növü müəyyən edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. (modern.az)

Mikayıl Cabbarovdan xəbərdarlıq: “Mövqeyimiz sərtləşəcək…”

“Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu xüsusən də vergi yoxlamalarının və vergi yükünün azaldılmasında özünü göstərir”.

Bu sözləri Avropa İttifaqı (Aİ) – Azərbaycan biznes-forumunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir əlavə edib ki, bütün bunlara baxmayaraq vergi daxilolmaları artıb: “Biz bu tendensiyanı 5 ayda qoruyub-saxlamışıq. Bunlar daha çox yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. Vergi daxilolmaların artımı 92% könüllü əməletmə hesabına baş verib”.

M.Cabbarov deyib ki, 2020-ci ildə bir sıra dəyişikliklər olacaq: “Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir”.

Nazir həmçinin qeyri-şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına mənfi təsir etdiyini qeyd edib: “Xatırlayırsınızsa 2018-ci ili keçid ili elan etmişdik. 2019-cu ilin isə I yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub. Bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşüb”. (Report)

Bu sözləri Avropa İttifaqı (Aİ) – Azərbaycan biznes-forumunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir əlavə edib ki, bütün bunlara baxmayaraq vergi daxilolmaları artıb: “Biz bu tendensiyanı 5 ayda qoruyub-saxlamışıq. Bunlar daha çox yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. Vergi daxilolmaların artımı 92% könüllü əməletmə hesabına baş verib”.

M.Cabbarov deyib ki, 2020-ci ildə bir sıra dəyişikliklər olacaq: “Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir”.

Nazir həmçinin qeyri-şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına mənfi təsir etdiyini qeyd edib: “Xatırlayırsınızsa 2018-ci ili keçid ili elan etmişdik. 2019-cu ilin isə I yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub. Bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşüb”. (Report)

​Honq Konqda minlərlə adam küçələrdədir – Çin rejiminə qarşı dirəniş

Bu gün – iyunun 13-də Honq Konqda minlərlə etirazçı küçələrə çıxıb, onların yenə də polislə toqquşacağı gözlənir. Səbəb Çinlə ekstradisiya qanunu layihəsidir. Bir gün öncə polis silahsız nümayişçilərə qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib.

“Reuters” agentliyi artıq polislə nümayişçilər arasında kiçik toqquşmalar olduğunu, etirazçıların polisə üz maskaları və ərzaq ehtiyatlarını dağıtmağa imkan verməməyə çalışdığını yazır. Hadisələrin episentri isə parlament binasının ətrafıdır.

“Hökumətlə uzun müharibəyə hazırıq. Gəncəm, buna görə də Honq Konq uğrunda savaşmalıyam”, – Natalya Vong adlı etirazçı deyib.

Ekstradisiya qanunu Honq Konqda yaşayanları, burada yaşayan, yaxud səyahət edən xarici və çinli vətəndaşları əhatələyir. Etirazçılar onun hüququn aliliyinə, Honq Konqun beynəlxalq maliyyə statusuna zərbə vuracağından narahatdırlar.

Şəhərin maliyyə rayonunda yerləşən hökumət idarələri bu həftə bağlı qalıb. Dünənki toqquşmalarda 72 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.

İqbal Ağazadənin itkin düşmüş əmisi oğlunun meyiti tapıldı

Bakıda itkin düşmüş kişinin meyiti tapılıb.

Xətai rayonunda iyunun 11-dən itkin düşən 49 yaşlı Abbasov Loğman Xudam oğlunun meyiti bir gün sonra həmin rayonun Sadıqcan küçəsində tapılıb.

Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.

Qeyd edək ki, L.Abbasov Ümid Partiyasının sədri İqbal Ağazadənin əmisi oğludur. (report)

“Yanardağ”a giriş qiymətləri AÇIQLANDI

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna girişin qiymətləri açıqlanıb. 
Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıqlama verib.
Onun sözlərinə görə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda qiymətlər avqustun 1-dən artırılacaq:
“Xarici vətəndaşlar üçün qoruğa giriş doqquz manat, yerli vətəndaşlar üçün isə iki manat, tələbələr üçün bir manat, məktəblilər üçün isə pulsuz olacaq. Bir sıra şirkətlər əvvəlcədən saziş bağlayıblarsa və əllərində sübut varsa, onlar köhnə qiymətlərlə qoruğa daxil olacaqlar”.
Fuad Nağıyev qeyd edib ki, gün ərzində “Yanardağ”a 500-700 əcnəbi turist gəlir və hazırda da dinamika müşahidə edilir:
“Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, hotellər, turizm informasiya mərkəzlərində “Yanardağ”la məlumatlar olacaq”.(apa)

SON DƏQİQƏ: Əsəd türk ordusuna hücum etdi, yaralananlar var

Suriyanın Türkiyə ilə sərhəd istiqamətində yerləşən İdlib Gərginliyi Azaltma Bölgəsinə Bəşər Əsəd rejimi tərəfindən silahlı hücum olub.

Rejim bölgəni 35 səhra topu ilə atəş altına alıb.

Atəş altında saxlanılan bölgə Türkiyə silahlı Qüvvələrinin 10 nömrəli nəzarət məntəqəsidir. Məntəqədə 3 türk əsgəri yüngül xəsarətlər alıb. Nəzarət bazasında yerləşən hərbi təchizatlara ziyan dəyib.

Hücumla bağlı Rusiyanın nəzdində lazımi tədbirlər görülür. (publika.az)

“Məni prezident seçin, xərçəngə çarə tapım” — ABŞ-da sensasiyalı seçki vədi

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi Co Bayden iddialı bəyanatlar verib.

Xərçəng xəstəliyindən oğlunu itirmiş Bayden prezident olacağı təqdirdə, bu xəstəliyin müalicəsini tapacağını deyib.

Ayovada seçki kampaniyası zamanı danışan ABŞ-ın keçmiş vitse-prezidenti Bayden 46 yaşında beyin xərçəngi səbəbiylə 2015-ci ildə itirdiyi oğlu Bo Baydeni xatırlayıb: 

“Mən karyera ərzində bundan əmin olmaq üçün çox çalışdım. Əgər prezident seçilsəm, Amerikanı dəyişdirəcək yeganə şeyin gerçəkləşdiyinə əmin olacaqsınız. Buna söz verirəm. Biz xərçəngin müalicəsini tapacağıq”.

Turkustan.info Demokrat.az-a istinadən xatırladır ki, Co Bayden əvvəllər də xərçənglə bağlı oxşar şərhlər verib. Barak Obamanın prezidentliyi dövründə o, 2016-cı ildə vitse-prezident kimi çalışanda “Cancer Moonshot” adlı bir proqrama başlamış və xərçəng araşdırmalarını maliyyələşdirmişdi.

Bayden elə həmin il Vatikanda iştirak etdiyi beynəlxalq konfransda çıxış edərək Xərçənglə Mübarizə Fondunun yaradılmasının zəruriliyindən danışmışdı.

O, vitse-prezident vəzifəsindən ayrıldıqdan sonra da bu məsələ ilə bağlı işlərini davam etdirmişdi.    /Virtualaz.org/

ABŞ-da orta təhsil

Məlum olduğu kimi, Azərbaycanda tədris ili başa çatır. Oxuculara maraqlı olar deyə, dünyada ən demokratik sayılan ABŞ-ın təhsil sistemi haqqında söhbət açmaq istəyirəm.

Əvvəlcə onu qeyd edim ki, ABŞ-da vahid təhsil sistemi olmadığından burada vahid qaydalar da yoxdur. Daha doğrusu, hər bir ştatın öz təhsil sistemi vardır və təhsilə aid bütün qaydalar ştat rəhbərliyi səviyyəsində təyin olunur. Ona görə də ABŞ-da təhsil ilinin başlanğıcı və sonu müxtəlif ştatlarda ayrı-ayrı tarixlərə təsadüf edir. Məsələn, Koliforniya ştatında ilk təhsil günü avqustun 15-nə təyin edilibsə, Miçiqan ştatında bu tarix sentyabr ayının ilk həftəsinin birinci gününə düşür. Ümumilikdə ABŞ-da təhsil sistemi dörd pillədən ibarətdir- məktəbəqədər, ibtidai, orta və ali təhsil. Bunu da qeyd edim ki, ABŞ-da ali təhsil sisteminin də ştatlar üzrə müxtəlif özəllikləri vardır.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve çocuk

Məktəbəqədər təhsil – Preschool

Məktəbəqədər təhsil bir sıra ölkələrdə olduğu kimi ABŞ-da da icbari deyil. Amma 4-6 yaşlı uşaqlar iki il müddətində uşaq bağçalarında, məktəbəqədər təhsil mərkəzlərində bu təhsilə yiyələnə bilərlər və bir çox ştatlarda məktəbəqədər təhsil alan uşaqlara sertifikatlar verilir ki, orada uşağın davamiyyəti, davranışı, bacarıqları xüsusi qeyd olunur.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve iç mekan

İbtidai təhsil – Elementary school

İbtidai təhsil ABŞ-da məcburidir. Bu proqram beş il davam edir. Uşaqlar 6 yaşından 11 yaşınadək ibtidai təhsil almalıdırlar. İbtidai təhsil müəssisələri dövlətə, hansısa sahibkara və kilsələrə məxsusdur. İbtidai təhsil məktəblərində siniflər uşaqların qabiliyyətinə uyğun yaradılır ki, buraya uşaqların baza göstəriciləri, oxumaq, yazmaq, hesablama qabiliyyətləri daxildir. Və beş il ərzində bütün fənlər bir müəllim tərəfindən tədris olunur. ABŞ üzrə yalnız bir neçə ştatda 4-cü sinifdən sonra bu fənləri müxtəlif müəllimlər tədris edir. Bir daha xatırladırıq ki, tədris proqramı dövlət səviyyəsində deyil, hər ştatın öz rəhbərliyi tərəfindən təyin edilir. İbtidai təhsilə yiyələndikdən sonra şagirdlər orta məktəbə qəbul olunurlar.

Görüntünün olası içeriği: 4 kişi

Orta təhsil – Middle school, High school

ABŞ-da orta təhsil iki mərhələdən ibarətdir- kiçik orta məktəb (Middle School) və böyük orta məktəb (High school). 
Kiçik orta məktəbdə (Middle School) təhsil üç il nəzərdə tutulub. Burada şagirdlər 11 yaşından 13 yaşınadək 6,7,8-ci siniflərdə təhsil alırlar ki, bu mərhələdə onlara əsasən ingilis dili və digər humanitar fənlər tədris olunur. Bundan sonra yeni mərhələ başlayır.

Böyük orta məktəb (High school) dörd il davam edir və burada şagirdlər 14 yaşından 18 yaşadək 9-12-ci siniflərdə təhsil alırlar. Belə məktəblər şagirdlərə gələcəkdə yiyələnəcəkləri ixtisasa uyğun fənləri daha dərindən mənimsəmələri üçün seçim imkanı verir və şagirdlərin seçiminə uyğun siniflər təşkil olunur. 
Böyük orta məktəbi bitirən şagirdlər buraxılış imtahanları verirlər ki, bu da 1-ci səviyyəli SAT və ya 2-ci səviyyəli SAT adlanır. 1-ci və 2-ci səviyyələr bir-birindən istiqamətinə, mürəkkəbliyinə görə fərqlənirlər. 1-ci səviyyə SAT gələcəkdə kollecə və ya orta səviyyəli universitetlərə qəbul olmaq istəyənlər üçündürsə, 2-ci səviyyə SAT ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmağı qarşısına məqsəd qoyanlar üçündür və buraxılış imtahanlarını uğurla verən məzunlara tam orta təhsil haqqında diplom verilir…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Bakıda yuxulu sürücü görün nə etdi – HADİSƏ ANI (VİDEO)

Bakıda baş verən qəza anı təhlükəsiz şəhər kameralarına düşüb.
Neftçilər prospektində (“Kukla teatrı”nın yanı) hərəkətdə olan “Mercedes” markalı avtomobil qəfildən idarəetməni itirir və yolun kənarında park etmiş digər maşına çırpılır. Qəzanın araşdırılması zamanı sürücünün sükan arxasında yuxuladığı məlum olub.

Hadisə gecə saatlarında baş verib. Görünür ki, uzaq yoldan gələn sürücü yorğunluqdan sükan arxasında yatıb. Onun sərxoş olduğu da üzə çıxıb. Videoda sonuncu kadrlara diqqətlə baxın. Sürücü birinci maneədən yayınsa da, ikinci cəhdi uğursuz alınır və qəza baş verir.
Odur ki, daim sürücülərə tövsiyə olunur ki, spirtli içkinin təsiri altında və ya yorğun vəziyyətdə avtomobil idarə etməsinlər. Sükan arxasında yuxu hiss etdikdə mütləq avtomobili kənara çəkib dincəlsinlər. Bu dəfə sürücünün həyatı xilas oldu. Amma daha ağır nəticələr də baş verə bilər. (avtosfer.az)

Baş Prokurorluqda YENİ TƏYİNAT

Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin olunub.

Bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Müvafiq əmrlə Əbdülsəməd Rəhbər oğlu Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.

Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə Rayon Prokurorluğu, daha sonra Gəncə Şəhər Prokurorluğunun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb.

Xatırladaq ki, Baş prokurorun bir müddət əvvəl imzaladığı əmrlə Kənan Zeynalov Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsindən azad edilərək xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur.

Ərdoğan “S-400”lə bağlı SON SÖZÜNÜ DEDİ: “Türkiyə artıq…”

ürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı son sözünü deyib. 
Ərdoğan ABŞ-ın təzyiqlərinə baxmayaraq, “S-400″lərin artıq alındığını bəyan edib.
“Mən demirəm ki, Türkiyə “S-400″ləri alır. Deyirəm ki, Türkiyə artıq “S-400″ləri alıb”, – deyən Ərdoğan zenit-raket komplekslərinin tezliklə Rusiyadan Türkiyəyə gətiriləcəyini vurğulayıb.  (azvision.az)

İmtahansız tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ!

Bu gündən ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların (kollec məzunları) qeydiyyatı başlayır. 
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, elektron ərizələrin qəbulu iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aşağıdakı qaydada aparılacaq. 
Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. 

Müsabiqədə iştirak ödənişsizdir. 

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda – iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edəcəklər. Məsələn: I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar ixtisasların uyğunluğu cədvəlinə müvafiq olaraq, seçdikləri komissiya üzrə- V qrupa daxil olan bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə iyunun 20-dən 28-dək, digər komissiyalar üzrə iyunun 20-dən iyulun 3-dək, I qrupa daxil olan memarlıq ixtisası üzrə iyulun 8-dən 13-dək Mərkəzin internet saytında qeydiyyatdan keçib qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar. 
İxtisas seçimi zamanı eyni bir yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Ancaq bir yerə iki subbakalavr iddia edərsə, o zaman aşağıdakı ardıcıllıqla qeyd olunan meyarlar üzrə göstərciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək: 

1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG), 

2. Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika,kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası. 

Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və attestat üzrə yekun qiymətlərin ədədi ortası (AYQƏO) müvafiq orta ixtisas təhsili müəssisəsi tərəfindən “Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edilərək təsdiqlənməlidir. 
Yuxarıda qeyd olunan göstəriciləri “Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edilən və cari ilin buraxılış kursunda oxuyan kollec məzunları da müsabiqədə iştirak edə bilərlər. 
Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır. 
Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər. 
Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər. 
Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilər. 
İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. 

“Sumqayıt-70 layihəsi çərçivəsində ” “Sazlı sözlü şəhərim” adlı aşıq müsabiqəsinin yekun turu keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində  “Sazlı sözlü şəhərim” adlı aşıq müsabiqəsinin yekun turu keçirilib.

Müsabiqənin yekun turuna 3-ü həvəskar gənc olmaqla, F.Əmirov adına 5 saylı Uşaq Musiqi Məktəbi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, 4 saylı Diyarşünaslıq klubunu təmsil edən 8 iştirakçı vəsiqə qazanıb.

 İştirakçılar sərbəst vokal aşıq havaları və şah kökdə olan aşıq havası ifa edib.

Ə.Kərim adına Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, Aşıq Avdı Musayev, Aşıq Kəmalə Qubadlı, Aşıq Elməddin Məmmədli, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru Samir Şəfiyevdən ibarət münsiflər heyətinin yekdil qərarı ilə I yerə Hüseynzadə Eldəniz Hafiz oğlu (N.Nərimanov adına mədəniyyət mərkəzi), II yerə Hüseynov Aqil Rasim oğlu (həvəskar gənc), III yerə Məmmədov Mehralı Novruz oğlu (4 saylı Diyarşünaslıq klubu) layiq görülərək fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Müsabiqəyə qatılan Məmmədov Fəqani Teyyub oğlu (həvəskar gənc), Cabbarov Xəqani Teyyub oğlu (4 saylı diyarşünaslıq klubu), Qurbanov Arif Qurban oğlu (N.Nərimanov adına mədəniyyət mərkəzi), Alıyeva Bəyaz Qasım qızı (F.Əmirov adına UMM), Hüseynov Ceyhun  Həşim oğlu (həvəskar gənc) həvəsləndirici yerə layiq görülərək fəxri fərmanla tətif olunublar.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

Tiflisin Bakı ilə bağlı açıqlaması İrəvanı TƏŞVİŞƏ SALDI

Ümid edirik ki, Gürcüstan Türkiyə və Azərbaycanın ortaq təlimlərində iştirak etməyəcək.

Bunu “Sputnik Ermənistan”a açıqlamasında hərbi ekspert Taron Ovannisyan deyib.

“Gürcüstan əvvəllər də Türkiyə və Azərbaycanın təlimlərində iştirak edib. Bu təlimlər xüsusi təyinatlı qüvvələr üçün olub, amma energetika infrastrukturunun təhlükəsizliyinin təmininə hədəflənən təlimlər də keçirilib. Bu, məntiqlidir, çünki Azərbaycandan Türkiyəyə gedən neft kəmərləri Gürcüstandan keçir. İndiki məqamda Gürcüstanın hansı təlimdə iştirak edəcəyini və burada hansı ssenarinin əsas götürüləcəyini müəyyən etmək çətindir. Yəqin ki, söhbət daha böyük təlimdən gedir. Ümid edirəm ki, Gürcüstan gələcəkdə Ermənistanın maraqlarına xidmət etməyən Türkiyə-Azərbaycan təlimlərində iştirak etməyəcək”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Gürcüstan Müdafiə naziri Levon İzoriya gürcü ordusunun Azərbaycan və Türkiyənin ortaq təlimlərində iştirak edəcəyini açıqlamışdı. (axar.az)

Mənsimovdan deputata CAVAB: Gərəksiz azarkeş?.. – Sən onlara xidmət etmək üçün ordasan

Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev ötən gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyəti ilə bağlı açıqlama verib. Onun azarkeşlərin fikirlərinin əhəmiyyətsiz olması ilə bağlı söylədikləri birmənalı qarşılanmayıb.

Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov da Ağacan Abiyevin sözügedən açıqlamasına münasibət bildirib.

M.Mənsimov qeyd edib ki, deputatın azarkeşlərlə bağlı belə sözlər deməsi çox yanlışdır:

“Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev ağlasığmaz bir açıqlama verib. Deputatın “azarkeşlərin gedib öz işləri ilə məşğul olması” ilə bağlı dedikləri məncə, yanlış yanaşmadır, sən xalqın ağası olmaq üçün deyil, onlara xidmət etmək üçün ordasan”.

M.Mənsimov bildirib ki, heç bir vətəndaş ölkənin adının məğlublar sırasında olmasını istəməz:

“Azarkeş olmasa, futbol olmaz! Azarkeş olmasa, ümumiyyətlə, idman olmaz! Onların nəyə ixtiyarları var, nəyə yoxdur, əslində, siz yaxşı bilməlisiniz. Komanda uduzursa, “azarkeşlərin fikrinin əhəmiyyəti yoxdur” nə deməkdir?! Siz də Azərbaycan bayrağını yüksəldərkən belə düşünürdünüz? O qaldırdığınız bayraq həmin azarkeşlərin, millətimin bayrağıdır və millət bayrağının heç vaxt yenilməsini istəmir. Hər oyuna bayraqla gələn, sizin sözlərinizlə desək, “gərəksiz azarkeşlər” milli oyunçularından nəticə gözləyir. Və hər zaman da nəticəsiz və pərt geri dönür”.

Qeyd edək ki, ötən gün millət vəkili Ağacan Abiyev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyəti ilə bağlı demokrat.az-a açıqlamasında bu sözləri deyib:

“Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işlərilə məşğul olsunlar. Onların AFFA-nın, futbolçuların işinə qarışmağa ixtiyarları yoxdur. Komanda uduzursa, azarkeşlərin nə deməsinin əhəmiyyəti yoxdur. Azarkeşin işi gəlib futbolu seyr etməkdir. Heç kəs azarkeşləri məcburi stadiona gətirmir. Azarkeşlər komandanın oyununu bəyənmirlərsə, baxmasınlar. Onları kimsə məcbur etmir”. (axar.az)

ABŞ-dan Ukraynanın paytaxtı ilə bağlı FÖVQƏLADƏ QƏRAR – FOTO

Ukraynanın paytaxtı Kiyev artıq ABŞ-da və beynəlxalq aləmdə rəsmi şəkildə “Kyiv” kimi istifadə olunacaq.

Bu barədə Ukraynanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Səfirlik rəsmi feysbuk hesabı vasitəsilə bildirib ki, ABŞ-ın Coğrafi Adlar Şurası özünün beynəlxalq bazasında Ukraynanın paytaxtı Kiyevin adını dəyişdirərək Kyiv edib.

“Bu dəyişiklik fövqəladə vacib əhəmiyyətə sahibdir. Belə ki, bu addan artıq təkcə ABŞ-da yox, bütün beynəlxalq aviareyslər və xarici hava limanlarında da istifadə ediləcək. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası məhz ABŞ Coğrafi Adlar Şurasının bazasından öz uçuş nöqtələrinin adlarının təyini üçün istifadə edir”.

Qeyd edək ki, dəyişiklik bazada iyunun 17-də yerləşdiriləcək. (publika.az)

Alimlər tez-tez qəzəblənən insanlar haqqında ŞOK FAKTI AÇDI

Səhiyyə xidməti inkişaf etmiş ölkələrdə uzunömürlü insanların sayı artır.

Bu nəticəyə Cənub Danimarka Universitetinin alimləri gəlib.

“Live Science” jurnalında çıxan məlumata görə, araşdırma zamanı ekspertlər 1870 və 1904-cü illər arasında yüz yaşı haqlamış 16931 nəfərin anadan olduğunu müəyyən edib. Onlardan 10,995-i isveçli, qalanları danimarkalı olub. Alimlər bununla da uzun ömürlü şəxslərin Danimarkada İsveçdən daha çox olduğu qənaətinə gəliblər. Bununla belə İsveçdə ümumi ölüm nisbəti Danimarkadan daha aşağı olub. Alimlərin sözlərinə görə, bu fərq Danimarkada sağlamlıq göstəricilərinin yaxşılaşdırılması ilə bağlıdır.

May ayının əvvəlində Kanadanın Konkordia Universitetinin mütəxəssisləri də insanların ömrünə təsir edən amilləri araşdırıb. Kanadalı alimlər isə bu qənaətə gəlib ki, tez-tez qəzəblənən insanlar digərlərindən daha çox iltihab və xroniki xəstəliklərdən əziyyət çəkirlər və orta hesabla daha az yaşayırlar. (publika.az)

8 dövlət orqanında vakant yerlərin tutulması üçün müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 8 dövlət orqanında 103 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

Turkustan.info bildirir ki, DİM-dən Redaktor.az-a verilən məlumata görə, müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər iyulun 12-si saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

– struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə

– vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (40 vəzifə) və Əmlak Məsələləri Dövlət Komitəsi (38 vəzifə) tərəfindən təqdim olunmuşdur.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunan vakant vəzifələr haqqında məlumat aşağıdakılardır:

– Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (40 vəzifə) –BB3 altqrupu üzrə 39, BB4 altqrupu üzrə 1 vəzifə

– Əmlak Məsələləri Dövlət Komitəsi (38 vəzifə) – BA4 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 3, BB2 altqrupu üzrə 12, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 21 vəzifə

– Şəki Ağır Cinayətlər Məhkəməsi (3 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 2 vəzifə

– Şirvan Apelyasiya Məhkəməsi (13 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 12 vəzifə

– İsmayıllı Rayon Məhkəməsi – BB4 altqrupu üzrə 2 vəzifə

– Əqli Mülkiyyət Agentliyi – BA4 altqrupu üzrə 1 vəzifə

– Biləsuvar Rayon Məhkəməsi – BB4 altqrupu üzrə 1 vəzifə

– Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi -BB4 altqrupu üzrə 5 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 103 vakant vəzifənin 15-i 5-ci təsnifata, 18-i 6-cı təsnifata, 70-i isə 7-ci təsnifata aid olmaqla, 15-i BA, 88-i isə BB vəzifə qrupuna aiddir.

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 15 dəfə pozub.

MN-dən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Azərbaycanda bu işsiz şəxslərə təqaüd veriləcək

Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nı təsdiq edib.

Turkustan.info xəbər verir ki, qaydaya əsasən, işaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

Peşə hazırlığına cəlb olunan şəxslər Xidmətin tabeliyindəki təhsil müəssisəsinə göndərildikdə, müvafiq kursun xərclər smetasına uyğun maliyyə vəsaiti həmin təhsil müəssisəsinin hesabına köçürülür.

Peşə hazırlığı digər təhsil müəssisələrində təşkil edildikdə, müəssisə tərəfindən təqdim olunmuş xərclər smetasına uyğun olaraq vəsait hər ayın yekununa uyğun olaraq növbəti ayın 5-dək təhsil müəssisəsinin hesabına köçürülür.

Xərclər smetası peşə hazırlığı kursları keçirilən təhsil müəssisəsi tərəfindən orada qüvvədə olan tarif üzrə, tarif olmadıqda isə Xidmətlə razılaşdırılmış müqavilə qiymətlərinə əsasən tərtib edilir.   /oxu.az/

“Çernobıl” niyə dünyanı silkələdi? – Rejissorlar

ABŞ istehsalı olan “Çernobıl” serialı bütün dünyanın diqqət mərkəzindədir. Bu serial dünyaca məşhur “Taxt oyunları” kimi baxımlı ekran işini də reytinqdə geridə qoyub.

Sözügedən serialın gündəm olmasından sonra Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdən Çernobıla turlar təşkil edilməsinə başlanılıb. Bu serial ətrafında gedən müzakirələr və ekran işinə böyük marağın olması Azərbaycan kinomatoqrafiyasında hələ də bu səviyyədə film çəkilməməsi məsələsini yenidən gündəmə gətirib.

Turkustan.info bildirir ki, mövzu ilə bağlı Kult.az-a danışan rejissor Elvin Rüstəmzadə serialın maraqla qarşılanmasının əsas səbəblərini açıqlayıb. O bildirib ki, “Çernobıl” serialında ən önəmli nüans qəhrəmanın olmamasıdır:

“Çernobıl” o hadisədəki informasiyaları dəqiqliyi ilə göstərən bir serialdır. Filmdə konkret olaraq araşdırma var. Ümumiyyətlə, Çernobıl faciəsinin hansı səbəbdən baş verməsi insanlarda daim sual doğurub. Bu serial çəkilənə qədər faciənin baş vermə səbəbləri ilə bağlı müxtəlif fərziyyələr var idi. Bir qisim bunun texniki yanlışlıqdan qaynaqlandığını, digərləri isə ABŞ tərəfindən törədildiyini bildirirdi. Amma “Çernobıl” serialı konkret olaraq SSRİ-nin necə çürük bir sistem olduğunu açıq formada ortaya qoydu. Rusiya bu serialdakı hadisələrin reallığı əks etdimədiyini iddia edərək, aqressivlik nümayiş etdirir. Bu ekran işində SSRİ-nin birbaşa problemi olduğunu, o rejimin gətirdiyi fəsadlar nümayiş etdirilib. Sonuncu bölümdə problemin nədən qaynaqlanması və partlayışın niyə baş verməsi açıb göstərilir”.

E.Rüstəmzadənin sözlərinə görə, Azərbaycanda bu tip serial çəkilməməsinin bir sıra səbəblri var:

“Məsələn, biz də öz faciəmizdən – Xocalı soyqırımından bu formada film çəkə bilərik. Amma bir şeyə diqqət yetirmək lazımdır ki, bu serialın birbaşa özəlliyi bəşəriyyətə, insanlığa verilən suallar və tapılmayan cavablardan ibarət olmasıdır. Rejissor kimi bizə də xoş deyil ki, ancaq ailə-məişət, komediya mövzusunda filmlər, seriallar çəkək. Əgər sən inqilabçı bir addım atmaq istəyirsənsə, problemləri göstərməlisən. Yoxsa onsuz da hər kəs “Çernobıl” faciəsi barədə eşidib. Reallığı aça bilmiriksə, o film “Çernobıl” qədər yaradıcı olmayacaq. Yoxsa biz durub bir aktyorun əlinə silah verib erməni kimi, digər bir aktyoru da silahlı Azərbaycan əsgəri kimi təqdim etsək və zorlanma səhnəsini çəksək, bu, insanlara o qədər də maraqlı olmayacaq. Yəni yaradıcılıq bu deyil”.

Rejissor Aqil M.Quliyev isə bildirib ki, bizdə “Çernobıl” kimi keyfiyyətli film və serialların çəkilməməsinin səbəbi film biznesinin inkişaf etməməsi ilə bağlıdır:

“Bu sahə nə vaxt biznes formasını alarsa, o zaman bu mövzuya qayıtmaq olar. Bütün dünyada film biznes sahəsidir və buradan külli miqdarda pul götürülür. Reytinq pul deməkdir. Ciddi dram bazarının püxtələşməsi üçün bizə azı 10 il vaxt lazımdır. O zaman biz də faciəmizlə bağlı elə böyük ekran işləri yarada bilərik. Bazar formalaşmalıdır ki, o məhsul çıxarılsın. Yəni bu mühit formalaşmasa, verilən açıqlamalar, deyilən sözlər heç nəyi dəyişməyəcək”.

Nikol Qarabağda buna çalışır, Rusiya imkan vermir – Şərh

Nikol Paşinyan çalışır ki, Qarabağ separatçıları Rusiyaya deyil, yalnız ona tabe olsun.

Turkustan.info bildirir ki. bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Paşinyan hökumətinin Qarabağ separatçılarına maliyyə dəstəyi göstərməkdən imtina etməsi xəbərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Paşinyan istəsə belə, Qarabağda hakimiyyətə tam sahib ola bilməyəcək:

“Paşinyanın əsas məqsədi Qarabağda ona bağlı olan adamları yerləşdirməkdir. Bunun üçün o, Qarabağ separatçılarının “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanı istefaya göndərir. Lakin Paşinyan özü də yaxşı bilir ki, Dağlıq Qarabağ separatçıları ümumiyyətlə İrəvana tabe deyil. Qarabağ birbaşa Rusiyaya tabedir və Bako Saakyan əmrləri Moskvadan alır. Paşinyan cəhd edir ki, bunu dəyişsin və Rusiyanın orda olan nəzarətini aradan qaldırsın. Mən düşünürəm ki, bu, Paşinyanda heç vaxt alınmayacaq. Çünki Dağlıq Qarabağı Moskva heç vaxt İrəvana verməyəcək. Bu baxımdan Paşinyan ora müdaxilə etməyə çalışsa da, istədiyi nəticəni ala bilməyəcək”.

Politoloq qeyd edir ki, Paşinyanın Qarabağa maliyyə yardımını kəsməsi separatçılar üçün o qədər də önəmli olmayacaq:

“Hesab edirəm ki, Ermənistanın baş naziri bunu etməklə çalışır ki, separatçıların vəziyyəti daha da ağırlaşsın və ona tabe olmaqdan başqa çarələri qalmasın. Lakin hər kəs bilir ki, separatçılara ən böyük dəstəyi Rusiya verir”.

Qeyd edək ki, Paşinyan hökumətinin Qarabağ separatçılarına maliyyə dəstəyi göstərməkdən imtina etdiyi barədə xəbər yayılıb.

Ruhani: İran istənilən təcavüzə sarsıdıcı cavab verəcək

İran müharibəni birinci başlatmayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək.

TASS  xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşün yekunlarını şərh edərkən bildirib.

İran prezidenti qeyd edib ki, ABŞ onun ölkəsinə qarşı iqtisadi müharibəni dayandırsa, Yaxın Şərq regionunda müsbət dəyişikliklər mümkündür: 

“Əgər biz bu gün regionda gərginlik varsa, bunun əsas səbəbi ABŞ-ın İran millətinə qarşı həyata keçirdiyi iqtisadi müharibədir. Bu müharibə bitəndən sonra, biz regionda və dünyada müsbət hadisələrin şahidi olacayıq. İran regionun və dünyanın təhlükəsizliyi üçün əhəmiyyətli olan  nüvə silahlarına dair razılaşmaya sadiqliyini qoruyacaq”.     /oxu.az/

Milli Məclisdə bu gün növbədənkənar iclas – Gündəlikdə 36 məsələ var – SİYAHI

Bu gün və sabah Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bu iki iclasın gündəliyinə 36 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında (ikinci oxunuş)  

2. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).  

3. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)  

4. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). 
 
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)  

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)  

7. “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)  

8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)  

9. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında  

10. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında  

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).  

12. “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).   

13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).  

14. “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).  

15. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)  

16. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş)  

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş)   

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş) 
 
19. “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).   

20. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).  

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 
 
22. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).  

23. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)  

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş)  

25. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).  

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş)  

27. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)  

28. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş)  

29. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)  

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş)  

31. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş)  

32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş)  

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş)  

34. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). 
 
35. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)  

36. “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).  

 

Polis “Son zəng”ə görə gücləndirilmiş rejimə keçdi – Valideynlərə xəbərdarlıq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi eləcə də rayon Dövlət Yol Polisi şöbələri “Son zəng” günü gücləndirilmiş iş rejimində çalışacaq.

Turkustan.info bildirir ki, bu haqda Modern.az-a Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.  O deyib ki, təsdiq olunmuş plana əsasən, yol polisi bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub. Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur. Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq.

Bundan başqa Bakı şəhərinin orta məktəblərin əksəriyyətində həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polisi şöbələrinin əməkdaşları son zəng tədbirlərində iştirak edərkən onlara DYP rəhbərliyinin təbriklərini çatdıracaq, eləcə də yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat xarakterli söhbətlərin aparılması nəzərdə tutulub. 

DYP valideynlər və məzunların diqqətinə çatdırır ki, son zəng günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq.

Sürücü və piyadalara tövsiyyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və son zəng tədbirlərinin təhlükəsizlik şəkildə başa çatmasına töhfə versinlər.

Yol polisi bu il orta məktəbi başa vuran bütün məzunları təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır.

XİN rəsmisi: Rusiya və ABŞ münasibətləri ən pis həddə çatıb

Rusiya ilə ABŞ arasındakı münasibətlər “soyuq müharibə” dövründəkindən daha pis həddə çatıb.

Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, hazırda Moskva ilə Vaşinqtonun münasibətləri tarixdə qeydə alınan ən aşağı səviyyədədir.

S.Ryabkovun sözlərinə görə, “soyuq müharibə” dövründə qarşı duran tərəflər bir-birinin addımlarını, münasibətlərin necə inkişaf edəcəyini proqnozlaşdıra bilirdi, indi isə qarşılıqlı addımları proqnozlaşdırmaq mümkün deyil.

Rusiyalı diplomat bildirib ki, münasibətləri yaxşılaşdırmaq üçün etimadın möhkəmləndirilməsi ilə bağlı addımlar, məsələn, qarşılıqlı olaraq diplomatların ölkədən çıxarılmasının dayandırılması kömək edə bilər.

Ramzan Kadırov dağıstanlıları hədələdi: “Dilinizi qopardaram”

Çeçenistan lideri Ramzan Kadırov Dağıstan sakinlərini iki muxtar respublika arasında inzibati sərhədə görə mövcud olan mübahisələrlə əlaqədar “təxribata uymamağa” çağırıb.

Mübahisə Dağıstanın Kizlyar rayonunun çıxışında yeni lövhənin peyda olması ilə yaranıb. Lövhədə “Çeçensitan Respublikası – Şelkovskoy Rayon” yazılıb. Bu ərazinin doğrudan da Çeçenistana aid olduğu məlumdur, amma əvvəllər burada heç bir yol lövhəsi olmayıb. İyunun 10-da sosial şəbəkələrdə qəzəbli videoşərhlər dərc ediləndən sonra bir qrup gənc bu lövhəni söküb.

Amma ertəsi gün uçurulmuş lövhənin yanında yüzədək etirazçı toplaşıb və Çeçenistan Parlamentinin spikeri Magomed Daudov bura çeçen OMON-unu gətirib. Kadırov lövhə barədə inrternetdə şərh yazan dağıstanlılara müraciət edib:

“Nəzərə alın ki, biz bir şərhi də elə belə ötürmürük. Biz şəxsiyyətin təhqirinə yol verə bilmərik. Öz şərhlərinizi yığışdırın. Bu şərhlərin üzərində bütöv bir qrup işləyir. Bizdə adətləri, ənənələri hələ ləğv etməyiblər. Ona görə də mənimçün öldürmək (əgər məni öldürmək istəsələr) elə də qorxulu deyil. Amma əgər siz mənim qanımı, nəslimi, ailəmi, xalqımı təhqir edirsinizə bu başqa məsələdir. Ona görə də dilinizi, əlinizi dinc qoyun. Yoxsa barmaqlarınızı sındırar, dillərinizi qopararıq. Biz bircə təxribatlı şərhi və ya videonu da diqqətsiz qoymayacağıq”.

Çeçenistanın İnquşetiya iddiaları

2018-ci ilin yayında məlum olmuşdu ki, Çeçenistan qonşu İnquşetiyanın Sunjen rayonundakı bəzi ərazilərə iddia edir. Bu ərazilərdə bir neçə inquş tayfasının qala və ailə məzarlıqları yerləşir. İnquşetiyada həyəcanları coşduran bir də bu olmuşdu ki, Çeçenistanın hakimiyyət orqanları bu yerlərə yol çəkməyə başlamışdılar.

Yol-tikinti işləri silahlı adamların mühafizəsi ilə aparılırdı. Onlar yerli adamları tikinti ərazisinə buraxmırdılar.

Bu hərəkətdən hiddətlənmiş inquş fəallar öz regionlarının rəhbərliyinə şikayət etmişdilər.

Çeçenistan, İnquşetiya və Dağıstan
Çeçenistan, İnquşetiya və Dağıstan

Sentyabrın sonlarında Çeçenistan və İnquşetiyanın liderləri – Ramzan Kadyrov və Yunusbek Yevkurov iki respublika arasında “bərabər dəyərli” ərazilərin dəyişdirilməsi barədə saziş imzalamışdılar.

Lakin İnquşetiya fəalları bu sazişin inquşlara münasibətdə ədalətli olmadığını bildirilər.

Bundan sonra Rusiya Konstitusiya Məhkəməsi sözü gedən sazişi tanımış və beləliklə inquşları ərazi dəyiş-düyüşü barədə referendum keçirmək imkanından məhrum etmişdi.

Bununla yanaşı torpaq məsələlərinin onun sakinləri yox, regionların rəhbərləri tərəfindən müəyyən edilməsini təsbit edən qanun qəbul olunmuşdu. Bu, Maqasda və İnquşetiyanın bir sıra başqa şəhərlərində kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Bu etirazlar bir neçə ay davam etmişdi.

Dağıstan fəalları Kizlyar rayonunun bəzi sahələrinin Çeçenistana verilməsinə görə Dağıstan hökuməti rəhbərinin əvəzi Artem Zdunovu və Dağıstan Xalq Məclisinin sədri Khizri Shikhsaidov-u ittiham edirlər.

Dağıstan və Çeçenistan arasında mübahisə nəyin üstündədir?

2019-cu il, fevralın 7-də məlum olmuşdu ki, Çeçenistan Dağıstanın Gumbetovski rayonunun Mexelta kəndi yaxınlığındakı bir sıra ərazilərə iddialıdır.

Tarixçi və Dağıstanla Çeçenistan arasında sərhədlərin razılaşdırılması üzrə ictimai komissiyanın sədri Shakhban Khapizov-un verdiyi məlumata görə sözü gedən sahə Çeçenistana martın 16-da “verilib”.

Fevralın 13-də Botlix rayonu Ansaltı kəndinin, habelə Tsumadinsk rayonunun Qakko kəndinin sakinləri Çeçenistanla sərhəddə mübahisəli ərazilərin olduğunu bildirmişdilər.

Martın sonlarında məlum olmuşdu ki, Çeçenistanın hakimiyyət orqanları Kizlyar rayonundakı Novomonastrsk kəndinin mübahisəli ərazisini heç bir razılaşma olmadan öz torpaq reyestrlərinə daxil edib.

Aprelin 2-də Dağıstanın Xalq Məclisi “sərhədlərin birtərəfli qaydada müəyyənləşdirilməsinin yolverilməzliyinə” dair müraciət qəbul etmişdi. Lakin heç bir sutka keçmədən həmin müraciəti məclisin saytından silmişdilər.

Azay Quliyev beynəlxalq parlament platformasının koordinatoru seçildi – FOTOLAR

Bu gün Bakıda Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı və ATƏT PA ilə yaxından əməkdaşlıq çərçivəsində “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı” və “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransı keçirilib.

Turkustan.info xəbər verir ki, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın koordinatoru seçilib.