Ca. İyn 27th, 2019

Bu sahədə yoxlamalar başlayır – PREZİDENT SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1603-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncam imzalayıb.

Turkustan.info xəbər verir ki, dəyişikliyə əsasən yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilib.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.

Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqların müdafiəsi məqsədilə qeyd olunan hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Xarırladaq ki, bir neçə gün əvvəl tikinti sahəsində ciddi yoxlamaların başlayacağı haqda məlumat vermişdik. Bununla bağlı Milli Məclisdə də müzakirələr aparılmışdı. Bu xəbərlərdən isə ən çox tikinti biznesi ilə məşğul olan məmurların narahatlıq keçirdiyi bildirilirdi. Prezidentin etdiyi bu dəyişiklikdən sonra oliqarxların tikinti biznesində mövcud olan problem və qanunsuzluqların üzə çıxacağı ehtimal olunur. Yoxlamalar obyektiv aparılarsa, o zaman həmin məmurların biznesinə ciddi zərbə dəyəcəyini gözləmək olar.