Ca. İyn 27th, 2019

Ərdoğan səlahiyyətlərini niyə və kimə təhvil verdi?

Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib. Onun bu addımı Tacikistana səfəri ilə əlaqədardır.

Məlumata görə, R.T.Ərdoğan 14-15 iyun tarixlərində Düşənbədə keçiriləcək Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak etmək üçün Tacikistana səfər edir. (teleqraf.com)