Ca. İyn 27th, 2019

Bakıda iş adamını qətlə yetirən “Hozu Rauf” TUTULDU

Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

Məmmədov Ramiz Hümbət oğlu öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla qətlə yetirilib.

Sabunçu rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi ərazidə müayinələr aparıb. R.Məmmədovun güllələndiyi yerdən cinayətdə istifadə olunmuş odlu silahın gilizləri də aşkar edilib.

Onu da qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən R.Həsənov “Hozu” ləqəbi ilə tanınır. Mərhum R.Məmmədovun isə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.

Keçirilən əməliyyat təqdbirləri nəticəsində Hozu” ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, qətlin dəqiq səbəbləri araşdırılır.