Ca. İyn 27th, 2019

“Cəbhədə hərbi fəallıq, Bakının zərərinə ola bilər” – Politoloqdan ŞOK

Torpaqlarımız işğal altında qaldığı müddətdə, həmişə müharibə riski olacaq və Azərbaycan heç vaxt bunu istisna etməyib.

Turkustan.info bildirir ki. Redaktor.az-a müsahibəsində, millət Hikmət Babaoğlu müharibə olacağı təqdirdə beynəlxalq, yaxud xarici güclərin müdaxiləsinin mümkünlüyü məsələsinə toxunub:

“Bütün müharibələr tarixində xarici faktorlar həmişə olub və şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi tarixində də bu müşahidə edilib. Ona görə də Azərbaycan daima öz tərəfdaşlarını artırmaqla, onlarla əməkdaşlığı dərinləşdirməklə xarici faktorları öz lehinə dəyişməyə, yaxud neytrallaşdırmağa nail olur. necə ki, 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik  Şurasına qeyri- daimi üzv seçilərkən 155 ölkənin dəstəyini almağı bacarmışdı və bu olduqca mühüm göstəricidir. Ona görə də, əminliklə deyə bilərik ki, işğalçı Ermənistan xarici himayəyə çox da bel bağlamasın. Çünki Azərbaycan düşünülmüş xarici siyasət strategiyası ilə Ermənistanın ənənəvi müttəfiqlərini də öz tərəfdaşına çevirməyi bacarıb və onlar kritik vəziyyət yarandığı halda, mütləq Azərbaycanın maraqlarını nəzərə almalı olacaqlar”.

Politoloq Əhməd Əlili də məsələ ilə bağlı saytımıza danışıb.

O, hesab edir ki, indiki zamanda cəbhə xəttində Azərbaycan tərəfinin hərbi aktivlik göstərməsi diplomatik və siyasi baxımdan Bakını geri ata bilər:

“2016-ci ilin sonlarından etibarən Ermənistan üzərində çox ciddi diplomatik basqı formalaşıb. Bu basqının intensivliyi 2018-ci ilin dekabr ayından etibarən özünün pik nöqtəsindədir. Ermənistan diplomatik fonda olan basqıları neytrallaşdırmaq üçün cəbhə xəttində aktivləşmə arzulayır. Bu bəhanə onlara danışıqlar prosesinin son fazasında əldə olunmuş uğurları neytrallaşdırmaq üçün lazımdır”.

Politoloq qeyd edib ki, Ermənistan daxilində baş verən proseslər nəticəsində, Paşinyana qarşı ciddi daxili qüvvələr birləşib:

“Qarabağ klanı, Qarabağda olan hərbi birləşmə komandirləri Paşinyanın danışıqlar prosesindəki mövqeyini zəiflətmək üçün cəbhə xəttində insidentlər törədirlər. Görünür, bu məsələ Balasardyanın istefası ilə bitməyib. Digər tərəfdən, Paşinyan ətrafında olan şəxslər də bu cür aktivlikdə maraqlıdırlar. Qarabağı satmaqda ittiham olunan Paşinyan, bu cür insidentlərdən daxili auditoriya üçün istifadə etməyə çalışır. Bununla Qarabağ uğrunda vuruşduğunu, heç kəsi, heç nəyi satmadığını göstərmək istəyir. Tonoyanın cəbhə xəttinə səfəri, əsgərləri mükafatlandırması da bu sıradan olan addımlardandır”.

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi cəbhədə baş verənlərə “müşahidəçi” olduğu müddətdə, Ermənistan daxilində neqativ dinamika sürətlənir:

“Ermənistana diplomatik təzyiqlər getdikcə artır. O baxımdan, nə qədər “qeyri-patriotik” görünsə belə, “cavab verməmək” indiki zamanda, düzgün qərardır”.