Ca. İyn 27th, 2019

Elçibəyin bu gün vəfat edən xanımı… FOTOLARDA

Xəbər verdiyimiz kimi Azərbaycanın məhhum eks-prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva dünyasını dəyişib.

Bu barədə sabiq baş nazir Pənah Hüseyn məlumat yayıb. O qeyd edib ki, Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib.

Məlumatı Elçibəyin kürəkəni, sabiq millət vəkili Arzu Səmədbəyli də Axar.az saytına təsdiqləyib. O bildirib ki, Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşib və dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb:

“Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi”.

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtın hələ müəyyənləşmədiyini deyib: “Xərçəng xəstəsi idi, kimyaterapiya alırdı. Ancaq belə tez dünyasını dəyişəcəyini gözləmirdik. Ona görə şokdayıq”.

Turkustan.info Həlimə xanımın əks olunduğu fotoları təqdim edir: