Ca. İyn 27th, 2019

Saakaşvili əsgər gedir

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, bu yaxınlarda Ukrayna Prezidenti tərəfindən vətəndaşlığı bərpa edilən Mixail Saakaşvili maraqlı addımla gündəmə gəlib.
O, Ukrayna hərbi xidmətə yollanmaq üçün Kiyevdəki Svyatoşinski hərbi komissarlığına gedib.
Tibbi yoxlanışdan keçən Saakaşvili hərbi xidmətə yollanmağa və Ukraynanı silahla müdafiə etməyə hazır olduğunu bildirib.

O, komissarlıqda qeydiyyata yazılıb. (baku.ws)