Ca. İyn 27th, 2019

Türkiyə Prezidenti öz səlahiyyətlərini təhvil verdi – SƏBƏB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Turkustan.info xəbər verir ki, bu barədə “Resmi gazete” nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Tacikistana səfəri ilə əlaqədardır.

Bildirilir ki, R.T.Ərdoğan Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak etmək üçün Tacikistana səfər edir.

Qeyd edək ki, Asiya Əməkdaşlıq və Münasibətlər Konfransı (CICA) 14-15 iyun tarixlərində Düşənbə şəhərində keçiriləcək.  /yenicag.az/