Be. İyl 22nd, 2019

Mehriban Əliyeva adından Elçibəyin xanımının vida mərasiminə göndərilən əklil – FOTO

Xəbər verdiyimiz kimi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

Həmçinin, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Turkustan.info xəbər verir ki, bu gün Orbubad rayonunun Kələki kəndində dəfn olunan Həlimə xanımla vida mərasimində Mehriban Əliyevanın adından əklil qoyulub. 

Xatırladaq ki, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb.