Be. İyl 22nd, 2019

Rusiya zəbt edilmiş torpaqlara S-400-lər yerləşdirib – ABŞ ŞOK FAKTLARI AÇDI – FOTOLAR

Rusiyanın Krıma yerləşdirdiyi S-400 hava hücumundan müdafiə sisteminin peyk görüntüləri yayımlanıb.

Görüntülər ABŞ Müdafiə Nazirliyinə yaxınlığı ilə bilinən xəbər saytında dərc olunub.

Xəbərdə Rusiyanın Krıma 5 ədəd S-400 yerləşdirdiyi yazılıb. Əlavə olaraq bildirilib ki, bu batareyalar Qara dəniz və Aralıq dənizinə təhdid yaradır.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krım yarımadasını ilhaq edib. 2015-ci ildə aparılan referendumdan sonra yarımada hüquqi baxımdan Rusiyaya aid olub.

İlhaqdan sonra Rusiyan Krımda hava limanları, həbri-dəniz limanları, ağır zirehli silahlar, dəniz donanması və hava qüvvələrini yerləşdirib. Bunlardan ən diqqətçəkəni S-400 hava hücumundan müdafiə sistemidir. (publika.az)