Ca. İyn 27th, 2019

Üzərində Rəsulazdənin və Nuru Paşanın rəsimləri olan evro hədiyyəlik pul nişanı basıldı

“Euro Souvenir bank” layihəsi çərçivəsində üzərində Məhəmməd Əmin Rəsulzadənin və Nuru paşanın rəsimləri olan əskinaslar basılıb.
Avropa Mərkəzi Bankının çatısı altında Fransada fəaliyyət göstərən “EBM Euro banknote memory” mətbəəsinə bağlı “Obertur” mətbəəsində çap olunan 0 göstərişli evro xatirə pul nişanı dövriyyədə istifadə olunan evro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir, eyni əskinasdan istifadə olunub və Euronun çap olunduğu mətbəədə basılıb. Euro ilə eyni dəyərə malikdir, lakin dövriyədəki evro kimi istifadə olunmur.
“0 Euro Banknotes” şirkətinin Türkiyə euro hədiyyəlik əşya banknotları üzrə yönəticisi İbrahim Gölgəli əskinaslar satışa çıxanda Azərbaycandan da sifariş vermək mümkün olacağını bildirmişdir.
Hədiyyə xarakterli euro pul nişanı layihəsini gerçəkləşdirənlər – yəni layihə üzərində işləyib onu həyata keçirənlər Türkiyəli kolleksiyoncu Ozgur Honça bəy, layihənin gerçəkləşməsi üçün dəstəyini əsirgəməyən Serhat Cemil Küçük bəy, şəkilləri seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli tarixci-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və “Nuri Killigil” kitabının müəllifi Atilla Oral bəydir.
Layihənin müəllifi Özgür Honça: “Bundan öncə Qazi Mustafa Kamal Atatürk ve daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Bu da qardaş Azərbaycana hədiyyəmiz olsun. Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir, dövriyyədə olan pul vəsaiti kimi istifadə oluna bilməz. Eyni məqsədlə qardaş Azərbaycana etdiyimiz hədiyyə 10 min ədəddir. 5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək”.
Araşdırmaçı yazar Atilla Oral: “Özgür bəyin böyük zəhmətilə meydana gələn evro xatirə pul nişanının üzərində Türkiyə və Azərbaycanın ayulduzlu bayraqları fonunda iki böyük tarixi şəxsiyyətin rəsmini görmək olduqca qürurvericidir. Eyni zamanda birliyimizin, sevgimizin, sevdamızın misalıdır. İnanıram ki, hədiyyə Azərbaycan xalqı tərəfindən böyük maraqla, sevgilə qarşılanacaq.

Ozgur Honça

Avropa Mərkəz Bankasının

 

   Rəsmiyyə Rzalı-Qarayeva