Be. İyl 22nd, 2019

Putini toyuma bu cür dəvət etdim – Eks-nazir

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl ötən ilin avqust ayında keçirilən toyundan danışıb.

Turkustan.info xəbər verir ki, eks-nazir Rusiya Prezidenti Vladimir Putini toyuna necə dəvət etməsinə aydınlıq gətirib.

“Putini toyuma dəvət etmək fikri onun 2018-ci ildə Vyanaya səfəri zamanı yaranmışdı. Əlimdə bir dəvətnamə qalmışdı. Həyat yoldaşımdan soruşdum: “Putinə bu son təklifi etməyimizə və onunla xoşbəxtliyimizi paylaşmağa nə deyirsən? Bu, əyləncəli olar, yaşımız 50-dən çoxdur və ilk dəfədir evlənirik”, – Knaysl deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən il avqustda Avstriyanın xarici işlər naziri xanım Karin Knayslın toy mərasimində iştirak edib.

Knaysl 2019-cu il 3 iyunda istefaya gedib.  /Axar.az/