Be. İyl 22nd, 2019

Hərbi operator Ağdərənin necə boşaldılmasından bəhs etdi – VİDEO

REALTV I Qarabağ Müharibəsi illərinə dair arxivləri işıqlandırmaqda davam edir.

Kanalın “Mir Şahinin vaxtı” proqramı yenidən hərbi operator İlham Ələkbərovla birlikdə yaxın keçmişə səyahət edib.

Budəfəki proqramda Ağdərə rayonunun işğalından bəhs olunub.

Qeyd olunub ki, həmin dövrdə Azərbaycan Ordusu yarıtmaz rəhbərlərin siyasəti nəticəsində rüsvayçı günlər yaşayırdı.

1992-ci ilin ortalarından sonra isə bu rüsvayçılıq həm də Ağdərə rayonunun boşaldılması ilə nəticələndi.

İ.Ələkbərov həmin vaxt Ağdərə rayonunda şahidi olduğu hadisələrdən ətraflı danışıb.