Be. İyl 22nd, 2019

Sabirabadda manyak peyda olub – FOTO

Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Sabirabadın Nizami kəndində cərəyan edir. Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir təxminən axşam saat 10-11 arasında naməlum şəxs tərəfindən ot tayaları yandırılır. 
Sakinlərin dediyinə görə, manyak tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb. Bu da onların narahatlığına səbəb olub. 
Hətta evlərinin yandırılmasından ehtiyat edən sakinlər gecələr yatmadan gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.
Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir.

Bizimlə