Be. İyl 22nd, 2019

Azercell-in 4G istifadəçilərinin sayı artıb

Məqsədi abunəçiləri üçün həyatı asanlaşdırmaq və rəqəmsallaşdırmaq olan  Azercell şirkəti ölkənin telekommunikasiya sektorunda 49% payla lider mobil operator mövqeyində qərarlaşıb.

Azercell ölkədə telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, fəaliyyət göstərdiyi 22 il ərzində isə 1 milyard 527 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkət 2018-ci ildə insan qaynaqlarının inkişafına 880 000 min ABŞ dollarına yaxın, sosial layihələrə isə 266 000 ABŞ dollarından çox vəsait xərcləyib.

İl ərzində şirkətin yeni sərmayələri nəticəsində 4G istifadəçilərinin sayı 3 dəfə artıb. 4G-nin əhatə etdiyi coğrafi ərazidə 61.4%, əhali sayında isə 86.2% artım qeydə alınmışdır. Günlük 4G internet istifadəsində müşahidə olunan artım 49.6% təşkil edib.

4G üzərindən sürətli mobil internetdən faydalana biləcək insanların sayının artması üçün şirkət il boyu müştərilərə yeni və əlverişli telefon kampaniyaları təqdim edib. Nəticədə Azercell müştərilərinin 60%-dən çoxu smartfon istifadəçisinə çevrilib.

Azercell-in ötən ildə ümumi mobil internet trafiki 55%, LTE mobil trafiki isə 199% artmışdır.

Hazırda regionlarda şəbəkənin genişləndirilməsi üzərində fəal iş gedir, mart ayında rayon mərkəzlərində 4G şəbəkəsi təmin edilib. Bu müddət ərzində ümumilikdə 770 4G stansiyası quraşdırılıb.