Be. İyl 22nd, 2019

Həbsdə olan Fədayə Laçının heç yerdə olmayan görüntüsü yayıldı – VİDEO

Həbsdə olan müğənni Fədayə Laçının nadir arxiv videosu üzə çıxıb.
Görüntünü 104 FM-in aparıcısı Famil Məcidli özünün İnstaqram səhifəsində paylaşıb.
F.Məcidli paylaşıma belə bir şərh yazıb:

“Son dönəmlər Fədayə Laçının başı “musiqili meyxana” tipli mahnılara o qədər qarışmışdı ki, akademik səsə sahib olduğunu belə unutmuşdu. Bir müğənni yaxşı olar ki, sənətdən başqa heç nəyə bulaşmasın. 1998-ci ilin videosudur.  İfadakı kolorit könül oxşayır. Fədayə xanım bu tempdə davam etsəydi, bəlkə də indi Respublikanın xalq artistiydi”.
Video 1998-ci ildə “Gəl səhərim” verilişində lentə alınıb.

(baku.ws)