Be. İyl 22nd, 2019

“Rəmişdən başqa heç kimim yoxdu, nə övladım, nə də qohumum var…”- Güllü xanım kövrəldi…

“Deyirlər Mehriban xanım Azərbaycanın birinci xanımıdır, amma mən deyərdim ki, o, dünyanın birinci xanımıdır”
Bunu Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib. G.Hüseynova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib:
“Rəmiş müəllimin səhhəti indi yaxşıdır. Allah prezidentimizi, Mehriban xanım Əliyevanı ölkəmizdən əskik eləməsin. Allah ölkəmizi qorusun. Deyirlər Mehriban xanım Azərbaycanın birinci xanımıdır, amma mən deyərdim ki, o, dünyanın birinci xanımıdır. Onun göstərişi ilə Rəmiş müəllim müalicə olunur. Artıq 75 yaşı var, özüylə məşğuldur. Efirlərə dəvət edəndə gedir. İndi əsas gənclərə yer verirlər və belə də olmalıdır. Xalqımız sağ olsun vaxtında Rəmişə qulaq asıb. Ölkə başçımız onu fəxri adlarla təltif edib, ev verib. Biz ölkə başçımızdan çox razıyıq. Şəhidlərimizə Allah rəhmət eləsin, əsgərlərimizi Allah qorusun”.
G.Hüseynova bəzi jurnalistlərdən də gileylənib və bildirib ki, onların yazdığı yazıya görə biz pis oluruq:
“Mənim 65 yaşım var, uşaq deyiləm. Bəzi jurnalistlər bizi incidirlər. Bir dəfə biri zəng vurub dedi ki, “Rəmiş müəllim toylara gedir?” Dedim ki, 2011-ci ildən Rəmiş toylara getmir. Sonra gördüm ki, yazının başlığında yazıblar ki, “Rəmiş dilənir”. Onda Rəmiş çox pis oldu. Onun dərdindən jurnalist adı gələndə daş atıb, başımızı tuturuq. Xahiş edirəm siz də bizdən inciməyin”.
G.Hüseynova kövrəlib və deyib ki, onun Rəmişdən başqa kimsəsi yoxdur:
“Rəmişdə onsuz da oksigen çatmır və bir az da əsəbiləşəndə görürəm ki, tamam boğulur. Mən onu üfürə-üfürə, körpə uşağı ana qucağında saxlayan kimi saxlayıb qoruyuram. Onun başından bir tük əskik olmasın. O, mənim həyatımdı, nəfəsimdi. Mənim Rəmişdən başqa heç kimim yoxdu. Nə övladım, nə qohumum var, internatda böyümüşəm. (Ağlayır) Rəmişi yad etdiyiniz üçün çox sağ olun”.  (moderator.az)