Be. İyl 22nd, 2019

Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb.

Turkustan.info AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat katibi Yevgeni Anoşin məlumat verib. O bildirib ki, iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli şəxslərin Rusiyanın Ufa şəhərində keçirilən X beynəlxalq görüşü çərçivəsində baş tutan ikitərəfli görüşdə güc və xüsusi xidmət idarələrinin qarşılıqlı fəaliyyəti, eləcə də bu ilin sonunadək təhlükəsizlik sahəsində əməkdaşlıq planı müzakirə olunub.