Ça. İyl 23rd, 2019

ABŞ İrəvana yardımı artırdı – 40 milyon

ABŞ Konqresi Ermənistana ayrılan maliyyə yardımının 40 milyon dollara qədər qaldırılmasını təklif edən düzəlişi təsdiqləyib.

Turkustan.info xəbər verir ki, bu məlumatı Amerika Erməni Milli Komitəsi (ANKA) yayıb. Məlumata görə, 2020-ci fiskal ilində xarici yardım haqqında qanun layihəsinə düzəlişi konqresmen Ceki Spiyer təklif edib.

Nümayəndələr Palatası həmçinin Qarabağda mina təmizləmə proqramları və reabilitasiya xidmətləri üçün 1,5 milyon dollar həcmində yardım ayrılmasını təklif edən düzəlişi də təsdiqləyib. Bu təklifi Konqresdə Tice Koks irəli sürüb.

Qeyd edək ki, Ermənistana ediləcək yardımın 40 milyon dollara qədər qaldırılmasını məhz Spiyer gündəmə gətirib. Onun bu fikrini erməniyönlü konqresmenlər Frenk Pallone və Adam Şif dəstəkləyib.

Spiyer Konqresin Erməni Məsələləri üzrə Komitəsinin həmsədridir. Həm Spiyer, həm də Koks ANKA ilə çox sıx əlaqələrə sahibdirlər. Bu şəxslər bir müddət əvvəl ABŞ-ın Ermənistana yardımlarının 100 milyona çatdırılmasını təklif edən 35 konqresmen arasında yer almışdılar.