Be. İyl 22nd, 2019

Akademik Qərib Məmmədov ADAU-da seminar keçirib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində AMEA-nın aqrar məsələlər üzrə müşaviri, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiri akademik Qərib Məmmədov universitetin professor-müəllim heyəti ilə “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqi” haqqında seminar keçirib.
Tədbirdə giriş sözüylə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetdə alimlərlə görüşlərin mütəmadi olduğunu bildirib. O, həmçinin akademik Qərib Məmmədovla olan seminarın professor-müəllim heyəti üçün xüsusi bir fürsət olduğunu da vurğulayıb.
Daha sonra akademik Qərib Məmmədov coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verib. Aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtib prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin və torpaqların CİS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin hazırlanması məsələlərinə aydınlıq gətirən akademik ilkin hazırlanmış interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrini nümayiş edib. Həmçinin torpaq, aqrokimyəvi, o cümlədən multidissiplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası nümayiş olunub.
Sonda geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Görüntünün olası içeriği: 3 kişi, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: 1 kişi, ayakta, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, oturan insanlar, masa ve iç mekan

Görüntünün olası içeriği: 13 kişi, oturan insanlar, masa ve iç mekan