Ça. İyl 16th, 2019

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Sumqayıt-70” layihəsi çərçivəsində rəqs-tamaşa təqdim olunub

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə  Sumqayıt şəhər N. Nərimanov adına Mədəniyyət Mərkəzində “Dəcəllər” rəqs qrupunun təqdimatında “Naz naz” adlı rəqs gecəsi keçirilib.

Abdulla Şaiqin  “Tıq-tıq xanım” nağılının motivləri əsasında xareoqraf Fərhad Dadaşov tərəfindən hazırlanan rəqs-tamaşa Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilib.

Rəqs-tamaşanın mövzusuna görə Naz naz özünə rəqs eləməyə dost axtararaq bütün ölkələri gəzir. Nəhayət, öz rəqs dostunu Azərbaycanda tapır.

Tədbirdə rəqs kollektivinin üzvlərinin ifasında Azərbaycan, ispan, ərəb, Meksika, hind, Çin, rus, özbək rəqsləri təqdim olunub.

Sonda tədbirdə iştirak edən rəqs qrupunun bütün üzvlərinə fəxri fərman və hədiyyələr, balaca fidanlara tədbirdə böyük dəstək olan valideynlərə təşəkkürnamələr təqdim olunub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti