Be. İyl 22nd, 2019

SON DƏQİQƏ: İran ABŞ hərbi texnikasını vurdu, Vaşinqton cavab verdi – Müharibə BAŞLAYIR?

ABŞ ordusu İranın onlara aid PUA-nı vurması ilə bağlı məlumata aydınlıq gətirib.

ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Bil Urban iddianı təkzib edib və PUA-larının İran ərazisinə daxil olmadığını bildirib.

***

09:27

İran İslam Respublikası Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusu ABŞ ordusuna aid “Global Hawk” tipli Pilotsuz Uçuş Aparatını vurub.

Hadisə İranın Hörmüzgan əyalətində – Oman körfəzinin sahilində baş verib.

Korpusun Aviasiya-Kosmos Qüvvələri bu barədə məlumat yayıb.

Qeyd edək ki, ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına daxil edib. (publika.az)