Be. İyl 22nd, 2019

Ərdoğan ilk mesajını verdi: “Ankara-İstanbul bütünləşməsini vacib hesab edirəm”

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan bələdiyyə seçkilərində iştirak edib. Türküstan.info Türkiyə mediasına istinadən xəbər verir ki, səsverməyə həyat yoldaşı Əminə Ərdoğan, kürəkəni, Xəzinə və maliyyə naziri Berat Albayrakt və Esra Albayraktla birgə gələn prezident jurnalsitlərə qısa açıqlama verib. Ərdoğan bildirib ki, İstanbulun böyük şəhər bələdiyyə başqanlığı seçkisi bu şəkildə olmamalıydı: “Nə yazıq ki,  31 martdan sonra baş verən hadisələrlə YSK təkrar seçkilərin keçirilməsinə qərar verdi. 

Gözləntim odur ki, İstanbulumuzun gələcəyinə, təcrübəsiylə, dinamizmi ilə və Ankara-İstanbul bütünləşməsiylə bir prosesin gətirilməsini çox faydlı bilirəm. Onun üçün də istanbul seçiciləri İstanbul üçün ən lazımlı qərarı verəcyini düşünürəm”.

Ərdoğan daha sonra seçkiləri İstanbuldan izləyəcəyini bildirib.