Ça. İyl 23rd, 2019

Abdulla Güldən maraqlı mesaj: “İnşallah, hər şey Türkiyə üçün gözəl olar” – VİDEO

Türkiyənin 11-ci prezidenti Abdulla Gül İstanbul bələdiyyə seçkilərində səsvermədə iştirak etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. Türküstan.info Türkiyə mediasına istinadən xəbər verir ki, Gül bildirib: “Səsimizi verdik, Türkiyə üçün, məmləkət üçün xeyirli nəticə nədirsə, o olsun. Bundan sonra önümüzdə 4, 4.5 illik dönəm var. İnşallah, hər şey məmləkət üçün gözəl olar, yaxşı olar. Ümid edirəm ki, insanların gözləntiləri qarşılanar. Ümid edirəm ki, məmləkətimzin ehtiyacları qarşılanacaq bir dönəm başlayar”.