Be. İyl 22nd, 2019

Təbrizin “Traktorsazi” klubunun adı dəyişdirildi

Güney Azərbaycanın “Traktorsazi” klubunun adını dəyişdirdiyi barədə məlumatlar yayılıb.

Turkustan.info xəbər verir ki, bu barədə klubun sosial şəbəkələrdəki səhifələrində bildirilib.

Qeyd edilib ki, Təbriz klubunun adındakı fars ifadəsi olan “sazi” sözü yığışdırılıb və əvəzində “Azərbaycan”la əvəzlənib

Yəni, komanda bundan sonra İran çempionatında “TRACTOR AZERBAIJAN” F.C. (TRACTOR AZERBAIJAN FOOTBALL CLUB ) adı altında çıxış edəcək.

Qeyd edək ki, Təbriz klubu bu yaxınlarda türkiyəli mütəxəssis Mustafa Dənizlini baş məşqçi postuna gətirib. 69 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalanıb.