Be. İyl 22nd, 2019

Saatlı rayonunda DATÜB-ün yardımı ilə məscid təmir edilib

Saatlı rayonunun Smadakənd kəndində dam örtüyü köhnəlmiş vəziyyətdə olan məscid binası təmir edilib.

Təmir Dünya Axısxa Türkləri Birliyi (DATÜB) sədri Ziyəddin Kassanovun yardımı ilə gerçəkləşdirilib. Məscidin təmirinə DATÜB Azərbaycan təmsilçiliyi sədri Məmməd Şamilov nəzarət edib. Məscidin damı yenilənib və bütün binası yenidən təmir edilib. Ziyarət edənləri narahat edən dam örtüyündən su damması ilə bağlı problem həll edilib. Hal-hazırda məscid bütün ibadət edənlər üçün fəaliyyət göstərir. Kənd ziyalıları və sakinlər bu addımdan razı qalıblar və DATÜB sədri və təşkilat nümayəndələrinə təşəkkürlərini bildiriblər.

Ümumiyyətlə bu addım DATÜB-ün Axısxa icması və region əhalisi üçün gördüyü işlərdən biridir. Bundan başqa da DATÜB bir çox sosial tipli layihə və tədbirlərə imza ataraq xalqa xidmət edir.

Saatlı rayonunda DATÜB-ün yardımı ilə məscid təmir edilib

Saatlı rayonunda DATÜB-ün yardımı ilə məscid təmir edilib
Saatlı rayonunda DATÜB-ün yardımı ilə məscid təmir edilib