Be. İyl 22nd, 2019

Şirməmməd Hüseynov vəfat etdi

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov bu gün 95 yaşında evində vəfat edib. 

Turkustan.info bildirir ki, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat verib.

Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU-nun filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU-da Jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.
1954-1961-ci illərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasının müəllimi, dosenti vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU-nun Filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU-nun Jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb.
1971-1988-ci illərdə BDU-da Mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU-da Mətbuat tarixi kafedrasının professorudur.
Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.

 Allah rəhmət eləsin!