Be. İyl 22nd, 2019

SSRİ-nin süqutu Yeri xilas etdi – ARAŞDIRMA

SSRİ-nin süqutu Yer atmosferinə atılan zərərli qazların azalmasına səbəb oldu.

Bu iddia ilə Almaniya, Avstriya, Belçika, Rusiya və ABŞ-dan olan alimlər çıxış edib.

Alimlərin araşdırmasına görə, SSRİ-nin süqutundan sonra atmosferə atılan zərərli qazların həcmi 7,61 milyard ton azalıb.

“SSRİ-nin süqutundan sonra bazar iqtisadiyyatına keçid kənd təsərrüfatı sektoru və sənaye sistemi üçün ciddi nəticələrə səbəb oldu. Qiymət artımı və aşağı alıcılıq qabiliyyəti əhalinin ətə, ilk növbədə isə mal ətinə tələbatını azaltdı. Təkcə Belovejsk müqaviləsinin (1991-ci il) imzalanmasından sonrakı 10 il ərzində keçmiş SSRİ ərazisində iribuynuzlu mal-qara və donuz sayı iki dəfə azalıb”, – araşdırmada qeyd edilib. (axar.az)