Be. İyl 22nd, 2019

Ağ Evdən AÇIQLAMA: 8 liderdən biri Ərdoğandır

ABŞ Prezidenti Donald Tramp iyunun 28-29-da Yaponiyada keçirilən G20 sammtində 8 ölkə lideriylə görüşəcək.

Bu barədə Ağ Evdən açıqlama verilib.

8 liderdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Donald Tramp Çin dövlət rəhbəri Si Szinpin, Rusiya Prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman, Yaponiya Baş naziri Şinzo Abe, Almaniya kansleri Angela Merkel, Hindistan Baş naziri Narendra Modi, Avstraliya Baş naziri Skott Morrisonla da bir araya gələcək.

Rəcəb Tayyib Ərdoğanla görüşdə Türkiyənin Rusiyadan almağa hazırlaşdığı S-400 raket komplekslərinin əsas müzakirə mövzusu olacağı gözlənilir. (teleqraf.com)