Be. İyl 22nd, 2019

Bu rayonun polis rəisi İŞDƏN ÇIXARILDI

Samux rayon Polis Şöbəsinin rəisi, polkovnik Akif Nəbiyev vəzifəsindən çıxarılıb.

Bir müddət əvvəl nazirliyin aidiyyatı xidməti tərəfindən aparılan daxili yoxlamalar nəticəsində şöbənin fəaliyyətində nöqsanlar aşkarlanıb. Buna görə də polkovnik A.Nəbiyev vəzifəsindən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, A.Nəbiyevin işdən çıxarılması bir neçə gün əvvəl baş verib. Onun vəzifəsindən çıxarılması haqda əmri keçmiş nazir Ramil Usubov verib.   /Qafqazinfo/