Be. İyl 22nd, 2019

Haqq adamı Haqqa qovuşdu

Onun yaşıdlarının dilindən qopan kəlmə çoxdan kəsərini itirmişdi- 95 yaşı vardı. Aclıq, müharibə, tənəzzül, tərəqqi- ötüb keçdiyi ömür yolunda rast gəldikləri idi. “Mövcud olmaq hələ yaşamaq deyil” – o, demişdi. Bəli, yaşının çoxluğuna baxmayaraq o, yaşadı, həm mövcuddluğunu, həm də varlığını sübut etdi…

Deyirdi ki,- “Abbas Səhhət M.Ə.Sabirin ölümündən sonra, “Hophopnamə”nin çapı üçün pul yığılmasını təklif edir. Nəticədə 126 manat pul yığılır. Bunun 26 manatı azərbaycanlılardan, 100 manatı isə erməni qadınlarından gəlir.”
Bu hadisəni, eləcə də xalqımızın başına gətirilən oyunlardan elə yana-yana danışırdı ki, sözlərindəki alovun şölələrini görməmək olmurdu. Onu yandırıb yaxan milli təəssübkeşlik hissləri, qeyrəti idi…

Bütün ömrü boyu cumhuriyət tarixini araşdırdı. Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri var idi. Mətbuat tariximizin araşdırılmasında böyük zəhməti olan tədqiqatçıların sırasında adı həmişə ön cərgədə çəkiləcək. Bəli, xalqımız onu çox sevir. Bu boyda qeyrət sahibini sevməmək mümkün deyil…

Yeriniz behişt olsun, Şirməmməd müəllim!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan