Be. İyl 22nd, 2019

Pompeonun qəfil səfəri: 2 ABŞ əsgəri öldürüldü

Əfqanıstandakı NATO qüvvələrinin tərkibində xidmət edən 2 ABŞ əsgəri həlak olub.

Turkustan.info xəbər verir ki, adları açıqlanmayan əsgərlərin hansı səbəbdən öldüyü bilinmir.

Hadisədən sonra Taliban ölkənin Vərdək vilayətinə təşkil etdikləri hücumda 2 ABŞ əsgərinin öldüyünü açıqlayıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın Dövlət katibi Mayk Pompeo əvvəlcədən bəyan edilmədən Əfqanıstanın paytaxtı Kabilə gedib. O, Talibanla danışıqlarda irəliləyiş olduğunu bildirmişdi.  /Axar.az/