Be. İyl 22nd, 2019

Rusiya böyük faciədən döndü – VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terrorçularının partlayıcı qurğular hazırlanan laboratoriyasını aşkara çıxarıb.

Bu barədə TASS FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzinə istinadən məlumat yayıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində terrorçuların vətəndaşların sıx olduğu ərazilərdə partlayış törətmək planları hazırladığı müəyyən edilib.

Xüsusi təyinatlı qüvvələrin əməliyyatı zamanı İŞİD-çilərdən biri müqavimət göstərsə də, dərhal zərərsizləşdirilib.

Əməliyyat zamanı FTX əməkdaşlarından və vətəndaşlardan xəsarət alan olmayıb.

Bundan əlavə, əməliyyatın keçirildiyi ərazidə odlu silahlar, döyüş ləvazimatları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.     /oxu.az/