Be. İyl 22nd, 2019

Dünya nəfəsini tutdu, bütün hazırlıqlar tamamlandı – 9 İYULDA BAŞLAYIR/FOTO

Rusiya Türkiyəyə tədarük edəcəyi S-400 hava hücumundan müdafiə kompleksinin təhvil və nəqliyyat prosesi ilə bağlı bütün hazırlıqlarını tamamlayıb.

Turkustan.info Publika.az-a istinadənxəbər verir ki, ilk mərhələdə prosesi yerində izləmək üçün 9 nəfərlik xüsusi heyət Türkiyəyə yola düşəcək.

Moskva S-400 batareyalarını hərbi hava bazasından yük təyyarələri ilə Türkiyəyə göndərməyi planlaşdırır. Hətta batareyalar yük təyyarələrinin yerləşdiyi aviabazaya aparılıb.

Rusiyanın diplomatik qaynaqlarının verdiyi məlumata görə, batareyaların təhvilinin ilk mərhələsi ən gec 9 iyula qədər baş tutacaq. Türkiyəyə göndəriləcək xüsusi heyətdən müsbət rəyin gəldiyi anda S-400 batareyaları yola dşüəcək.

Qeyd edək ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 ədəd S-400 Triumf hava hücumundan müdafiə kompleksi alıb. Rusiyanın “Rosoboronexport” dövlət müdafiə sənayesi şirkətinin rəhbəri Aleksandr Mixeyev S-400 sisteminin Türkiyəyə təhvil verilməsi üçün 99% hazır olduqlarını açıqlamışdı. Hazırlıqların 100% başa çatması üçün logistik analizlərin aparıldığını da qeyd etmişdi.

Xatırladaq ki, ABŞ NATO ölkəsi olan Türkiyənin Rusiyadan silah almasından dərin narahatlıq duyur. Buna görə də rəsmi Ankaraya müxtəlif sanksiyalar tətbiq edir.