Be. İyl 22nd, 2019

Mingəçevir SES-də qəza – Bəzi yerlərdə işıqlar sönüb

Bu dəqiqələrdə Mingəçevir Su Elektrik Stansiyasında tüstülənmə baş verib.

Turkustan.info xəbər verir ki, bu barədə Mingəçevi sakinləri baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.

Verilən məlumata görə, hadisə yarım saat bundan əvvəl qeydə alınıb.

Hadisə nəticəsində bəzi yerlərdə işıqların söndürüldüyü qeyd edilir.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyilndən baku.ws-ə bildirilib ki, stansiyada yaranmış problem aradan qaldırılıb.

“Xırda texniki hadisə olub. Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb. Problem aradan qaldırılıb”, – deyə məlumatda bildirilib.