Be. İyl 22nd, 2019

Prezident Ramil Usubovun köməkçisini mükafatlandırdı

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Turkustan.info xəbər verir ki, sərəncamla cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər.

Təltif olunanlar içərisində Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin oğlu Elsevər Mirzəyev də var.  Hazırda polis polkovnik-leytenantı rütbəsində olan Elsevər Mirzəyev həm də daxili işlər naziri Ramil Usubovun köməkçisi işləyib. Və hazırda da vəzifəsini davam etdirir.