Ça. İyl 16th, 2019

Sumqayıtın mədəniyyət işçiləri Xızıda Cəfər Cabbarlının 120 illik yubileyini keçirib

Görkəmli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi  Kitabxananın uşaq şöbəsinin təşəbbüsü, AYB-nin Sumqayıt bölməsinin və Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin birgə təşkilatçılığı ilə ədibin Xızı rayonundakı ev muzeyində  “Orada bir ev var, Xızıda” adlı tədbir keçirilib.

Tədbiri balaca qiraətçi İnci Hüseynzadə Cəfər Cabbarlının “Azərbaycan bayrağına” şeri ilə açıb.

Tədbirə aparıcılıq edən yazıçı Hafiz İmamnəzərli C.Cabbarlının yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, keşməkeşli həyat yolu haqqında geniş məlumat verib.

Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəıiyi üzrə baş məsləhətçisi Mövsüm Bağırov, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Xızı rayon Mərkəzi Kitabxananın direktoru Ayşən Əliyeva, qocaman pedaqoq, Xızı rayon sakini Nurulla Nuriyev, Nizami Gəncəvi adına ədəbiyyat  muzeyinin əməkdaşı Təbəssüm Muxtarova, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova çıxış edərək dövlətin mədəni-ədəbi tarixi irsə, müasir ədəbi prosesin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.

Sonra Sabir Sarvan adına uşaq poeziya teatrının balaca aktyorları Cavidan Mirzəzadə, İsmayıl Hüseynov, Nihad Bədəlli, Aynur Kərimova,  Mirvüqar Seyidzadə, Lətifə və Mirkənan Mahmudovların İfasında yazının 1925-ci ildə qələmə aldığı “Yaylağa gedir” adlı natamam pyesinin müasir versiyası: “Şair və artist” satirik şeiri əsasında səhnəcik nümayiş olunub.

Sonda  Ayan Ağayevayevanın ifasında ədibin “Gözəllik” şeiri, “Dostluq” mədəniyyət evinin özfəaliyyət ansanblının  üzvlərinin ifasında  C.Cabbarlının şeirlərinə yazılmış mahnılar maraqla dinlənilib.

Tədbirin sonunda tədbir iştirakçıları ədibin ev muzeyi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti