Ç. İyl 17th, 2019

İran arxivini ələ keçirən MOSSAD-çılar təltif edildi

İsrail Baş naziri Benyamin Netanyahu İranın gizli nüvə proqramı ilə bağlı arxivlərini ələ keçirən kəşfiyyatçıları təltif edib.

Təltifetmə mərasimi zamanı Netanyahu kəşfiyyatçıların Tehran əməliyyatı ilə bağlı yeni detalları da açıqlayıb.

“Biz Davosda Trampla görüşəndə öz adamlarımızı Tehranın “qəlbindəki” arxivlər üçün göndərəcəyimizi dedim. O, bunun təhlükəli olub-olmadığını soruşdu. Mən isə riskin qaçılmaz olduğunu, lakin nəticənin buna dəyəcəyini söylədim. Belə ki, mən arxivlərin əsaslarını Oval Ofisə təqdim edəndə söhbətin nədən getdiyini anladım”, – Netanyahu bildirib.

İsrail rəsmisi əlavə edib ki, bu sənədlər Trampın İranla nüvə razılaşmasından çıxması ilə bağlı qətiyyətini gücləndirdi.

Qeyd edək ki, ötən il B.Netanyahu MOSSAD kəşfiyatçılarının İranın gizli nüvə proqramı ilə bağlı yarım tonluq arxiv sənədləri ələ keçirdiyini bildirmişdi. (axar.az)