Ç. İyl 17th, 2019

İran bütün dünyaya ELAN ETDİ – Ruhani tarix açıqladı

İran zənginləşdirilmiş uranın səviyyəsini 3,67-ə çatdıracaq.

Bunu ölkə prezidenti Həsən Ruhani deyib.

Prezident bildirib ki, artım iyulun 7-dən etibarən başlayacaq.

“Nüvə sazişinə bağlı qalan tərəflər verdikləri vədi yerinə yetirməsələr, Araq Nüvə reaktoru keçmişdəki fəaliyyətinə yenidən başlayacaq”,- Ruhani qeyd edib.

Bildirib ki, razılaşmanın digər tərəfləri vədlərinə sadiq qalsa, İran da öhdəliklərini yerinə yetirəcək.

İran prezidenti, həmçinin, Avropa və ABŞ-a müzakirə çağırışı edib.

Qeyd edək ki, İran mayın 8-də ABŞ-ın sanksiyalarına qarşı zənginləşdirilmiş uranın həcmini artıracağını açıqlamışdı. (publika.az)