Ç. İyl 17th, 2019

Vilayət Eyvazov göstəriş verdi- BƏHRUZ BAYRAMOVUN SÜRÜCÜLÜK VƏSİQƏSİ QAYTARILDI

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tanınmış vəkil Bəhruz Bayraçovun sürücülük vəsiqəsini özünə qaytarıb.

Bu barədə Gununsesi.org-a vəkilin özü bildirib.  

Qeyd edək ki, vəkil Bəhruz Bayramov BDYPİ-də süründürməçiliyə məruz qaldığını və sürücülük vəsiqəsini bu idarədən ala bilmədiyi barədə Gununsesi.org-a açıqlama vermişdi.

Əldə etdiyimiz məlumata görə, Daxili işlər naziri Vilayət Eyvazovun göstərişi ilə Bəhruz Bayramovun sürücülük vəsiqəsi özünə qaytarılıb.

Belə ki, məsələ ilə bağlı vəkilin Gununsesi.org-da yayımlanan açıqlaması nazirin diqqətini cəlb edib və dərhal göstəriş verib.

Xatırladaq ki, BDYPİ-nin ötən il keçirdiyi reyddə Bəhruz Bayramovun guya sərxoş avtomobil idarə etməsi barədə ölkə KİV-lərinə yalan məlumat verməsi böyük rezonansa səbəb olmuşdu.

Bununla bağlı keçirilən məhkəmə proseslərində yol polisi çıxılmaz duruma düşdüyündən sonradan məhkəmə iddiasından əl çəksə də vəkilin vəsiqəsini və lazimi sənədləri verməkdən boyun qaçırırdı.