Ç. İyl 17th, 2019

Çinə gələnlərin telefonlarına bu gizli proqram yazılır

Çinə Uyğur Muxtar Bölgəsi üzərindən gələn turistlərin telefonlarına gizli casus proqramları köçürülür.

Belə bir iddia ilə “Qardian” qəzeti çıxış edib.

Bildirilib ki, sözügedən proqramlar cihazdakı bütün məlumatları Çin hakimiyyətinə ötürür.

Məlumatda deyilir ki, bu proqram hökumətin ekstermizm və terrorizmlə mübarizə üsulları çərçivəsində tətbiq edilir.

“Qardian” iddia edir ki, sirli yükləmə bütün android-smartfonlara, o cümlədən ayfonlara sərhəd-keçid məntəqəsində quraşdırılır. (axar.az)