Ç. İyl 17th, 2019

Nursultan Nazarbayevin nəvəsi intihara cəhd etdi – FOTO

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev intihara cəhd edib.

Bu barədə Rusiya mətbuatı informasiya yayıb.

Xəbərə görə, sabiq prezidentin qızı Dariqa Nazarbayevanın oğlu olan Aysultan İngiltərənin paytaxtı Londonda yerləşən hotellərdən birində özünə qəsd edib.

Hadisə şahidləri ona kömək etmək məqsədilə polis çağırıblar. Lakin Aysultan ona mane olmaq istəyənlərə sərt reaksiya verib.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, 28 yaşlı Aysultan Nazarbayev təhsilini Londonda alıb. Daha sonra bir müddət futbolla məşğul olub. O, Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti vəzifəsini də daşıyıb. (publika.az)