Ç. İyl 17th, 2019

Trampı kim əvəz edəcək? – 18 nəfərlik SİYAHI

ABŞ prezidenti Donald Trampın ölüm xəbərlərinin yayılması ABŞ-da rezonans doğurub.

Xəbərlər əsassız çıxsa belə, amerikalılar bu ehtimalın gerçəkləşəcəyi təqdirdə prezident səlahiyyətlərini kimin icra edəcəyini müzakirə edir.

Belə ki, ABŞ prezidentinin başına bir iş gəlməsi təqdirində, onun yerinə köməkçisi Mayk Pens keçəcək. Pensin prezident səlahiyyətlərini icra edə bilməməsi halında isə 1792-ci ilə yazılan ABŞ Prezidentliyi Vərəsəlik Qanununda detallı və uzun siyahıya müraciət olunacaq.

Siyahı belədir:

1. Prezident köməkçisi

2. Nümayəndələr Palatasının sədri

3. ABŞ Senatının müvəqqəti prezidenti

4. Dövlət katibi

5. Maliyyə naziri

6. Müdafiə naziri

7. Baş prokuror

8. Daxili işlər naziri

9. Kənd təsərrüfatı naziri

10. Ticarət naziri

11. Əmək və sosial müdafiə naziri

12. Səhiyyə və humanitar xidmətlər naziri

13. Mənzil və şəhərsalma naziri

14. Nəqliyyat naziri

15. Enerji naziri

16. Təhsil naziri

17. Veteranların işi üzrə nazir

18. Daxili Təhlükəsizlik naziri

(publika.az)