Ç. İyl 17th, 2019

Bakıda polislər fahişələrə qarşı mübarizəyə başladı – Ərəblərə görə… (VİDEO)

Bakının mərkəzində, “Torqovı” kimi məşhur olan Fəvvarələr meydanında polislər “ərəb ovu”na çıxan qadınlara qarşı əməliyyat keçirib.

Turkustan.info xəbər verir ki, hadisə şəhərin mərkəzində gəzən sakinlərin də diqqətini çəkib.

Mülki geyimli polislər ərəb turistlərlə sövdələşən qadınlara yaxınlaşır, onların qolundan yapışıb yaxınlıqdakı polis bölməsinə aparmaq istəyirlər. Bu zaman qadınlar müqavimət göstərir, onların əlindən çıxmağa çalışırlar. Polislər bu cür əməliyyatlarla şəhərin mərkəzində tüğyan edən əxlaqsızlığın, fahişəliyin qarşısını almağa çalışırlar.  /Unikal.org/