Ç. İyl 17th, 2019

Həsən Ruhanidən Ermənistana GÖZLƏNİLMƏZ TƏKLİF: razılaşma əldə olundu

İran prezidenti Həsən Ruhani Ermənistanla qarşılıqlı ticarətdə milli valyutalara keçirməyi təklif edib.

Bu barədə Ermənistan mediası informasiya yayıb.

Xəbərə görə, prezident milli valyutalara keçidin iki ölkə arasında ticarət həcminin artmasına səbəb olacağını deyib. Tehran siyasi və iqtisadi sahələrdə İrəvanla münasibətləri inkişaf etdirmək və dərinləşdirməyə hazırdır.

Qeyd edək ki, bu ilin iyun ayında İran parlamenti Avrasiya İqtisadi Birliyi (EAEU) ilə sərbəst ticarət zonası (ETA) ilə bağlı müvəqqəti razılığa imza atıb. Bu razılaşma İran və ittifaq ölkələri arasında əməkdaşlığı genişləndirmək üçün yaxşı bir imkan yaradır. (publika.az)