Ç. İyl 17th, 2019

Zelenski səfər etdi, komandası məsxərəyə qoyuldu

Ukrayna Prezidenti Vladimir Zelenskinin komandasının Kanada səfəri ilə bağlı açıqlaması ölkədə geniş müzakirə mövzusuna çevrilib.

Yerli mətbuat prezidentin komandasını coğrafi biliklərinin olmamasında ittiham edib və gülüş hədəfinə çevirib.

Belə ki, Zelenskinin komandasının mətbuat bölməsi yayımlanan məlumatda Kanadanın paytaxtı kimi Torontonu (Ottava əvəzinə) göstərib.

“Dövlət başçısı Kanadanın paytaxtı Torontoda Ukraynadakı islahalatlara dəstək xarakterli beynəlxalq konfransda iştirak edəcək”, – məlumatda deyilib. (axar.az)