Niyam Salami yeni klip çəkilişinə start verib.

Turkustan.info Milli.Az-a istinadla xəbər verir ki, qızmar istilərdən istifadə edən ifaçı Bakıda Xəzərin sahilində açıq-saçıq kadrlarla zəngin olacağı ehtimal edilən klip çəkilişlərinə başlayıb.

Bu barədə Niyam özü məlumat verib. Müğənni sosial şəbəkə hesabından yaxtada qızla səmimi bir kadrı izləyicilərinin ixtiyarını verib:

“Aaa haaa, yayın mahnısına, klipinə hazırlıq. İnşAllah tezliklə…”.